Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


Təlimlər

Daxili İşlər və Müdafiə nazirliklərinin mütəxəssisləri üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan maarifləndirmə tədbirləri davam edir. “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda növbəti təlimlər 11-12 oktyabr tarixlərində keçilib. Bu dəfəki təlimlərdə Daxili İşlər və Müdafiə nazirliklərinin 70-dən çox mütəxəssisi iştirak edib. Təlimlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədi ilə keçirilir.


Səhiyyə və Ədliyyə nazirliklərinin mütəxəssisləri üçün təlimlər keçirilib

Oktyabrın 4-5-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Səhiyyə və Ədliyyə nazirliklərinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 80-dan artıq mütəxəssis iştirak edib.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və onların nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunan tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Satınalma prosesi rəqabət, ədalət və səmərəlilik” və “Dövlət satinalmaları sahəsində mövcud qanunvericilik və onun tətbiqi prosedurları” mövzularında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.  


Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər maarifləndirilir

Mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün maarifləndirmə tədbirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda növbəti təlimlər 28-29 sentyabr tarixlərində keçirilib. Təlimlərdə 100-dən artıq mütəxəssis iştirak edib.

İştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil edilir.


Beyləqanda istehlakçıların maarifləndirilməsi və dövlət satınalmaları mövzusunda tədbir keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sentyabrın 23-də Beyləqan rayonunda istehlakçıların hüquqlarının qorunması sahəsində xüsusi əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri çərçivəsində növbəti konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 130-dən çox istehlakçı iştirak edib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu və inkişaf etdiyini, aparılan məqsədyönlü siyasət nəticəsində ölkədə işgüzar fəallığın artdığını, istehlakçıların hüquqlarının qorunmasına dövlət qayğısının yüksəldiyini, bu sahədə etibarlı təminat sisteminin yaradıldığını və dövlət siyasətinin həyata keçirildiyini  diqqətə çatdırıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edərək, tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat veriblər. İstehlakçı hüquqlarının müxtəlif aspektlərini əhatə edən məruzələrdən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən istehlakçı hüquqları, ticarət və xidmət qaydaları, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə tədbir iştirakçılarının sualları cavablandırılıb, iştirakçılara istehlakçı hüquqlarına dair 18 adda maarifləndirici bukletlər paylanılıb.
Tədbir çərçivəsində həmçinin, “Dövlət satınalmaları sahəsində şəffaflıq, ədalət və səmərəlilik” mövzusunda təlim keçirilib. Təlimdə rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların mütəxəssisləri iştirak ediblər. İştirakçılar dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.


Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə sentyabrın 20-21-də dövlət qurumlarının mütəxəssisləri üçün növbəti təlim kursları keçirilib.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan tədbirlərdə müxtəlif dövlət orqanlarının 90-a yaxın əməkdaşı iştirak edib.  

Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, şəffaflığın təmin olunması, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, təlim kurslarının təşkil olunmasında məqsəd dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasıdır.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.


Dövlət satınalmaları sahəsində səmərəliliyin yüksəldilməsi üçün maarifləndirmə davam edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan 120-dək mütəxəssisi üçün təlim kursları keçirilib.

Təlim kurslarında dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə təlimlər davam etdiriləcək.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədilə təlim kursları davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 14-15-də satınalan təşkilatların dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları keçirilmişdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda iyulun 14-də təşkil olunan tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Dəniz Administrasiyasının, Mərkəzi Bankın və Milli Arxiv İdarəsinin, iyulun 15-də keçirilən tədbirdə isə Nəqliyyat, Maliyyə, Gənclər və İdman nazirliklərinin, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından dövlət satınalmalarına cəlb olunan 70-ə yaxın mütəxəssis iştirak etmişdir. 

Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi məqsədilə təlimlər davam etdiriləcək.


Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursları davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyulun 5-də dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün təlim kursu keçirilmişdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təşkil olunan növbəti tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri iştirak etmişdir.  

Təlim kursunda iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır.


Yerli icra hakimiyyəti orqanları üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursları keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə iyunun 21-22-də yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları təşkil edilib. Kurslarının təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılmasından ibarətdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda iki gün davam edən tədbirdə respublikanın 70-dən artıq şəhər və rayon icra hakimiyyətinin nümayəndəsi iştirakı edib. 

Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlər davam etdiriləcək.


“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kurslarının keçirilməsinə başlanıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlərə başlanıb.
Təlim kurslarının təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır.

Bu istiqamətdə iyunun 14-də  “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda birinci təlim kursu keçilmişdir. Təlimdə 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanının nümayəndələri iştirak edib.
Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssislərinin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təlimlər davam etdiriləcək.


8-9 iyun 2011-ci il tarixdə Satınalmalar üzrə Dövlət Agentliyi və Avropa İttifaqının Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramı - SIGMA-nın birgə təşkilatçılığı ilə "Müqavilələrin idarəedilməsinə dair seminar - təlim" keçirilmişdir.

 Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən “Azərbaycan Meliorasiya və SuTəsərrüfatı” ASC, "Azərsu" ASC, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, "Azərenerji" ASC, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Sənaye və Energetika Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bakı Şəhəriİcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, "Bakıelektrikşəbəkə" ASC-nin nümayəndələri və SDA-nın əməkdaşları iştirak etmişlər. Tədbirdə iştirakçılar SİGMA proqramının məsləhətçisi cənab C.Smisin hazırladığı "Müqavilələrin idarə edilməsi” mövzusunda təqdimatla tanış oldular. Təlim 2 gün davam etmişdir. Təlimin birinci günü cənab Smis "Müqavilədən əvvəlki mərhələ" mövzusunda, ikinci günü isə "İcra mərhələsi (müqavilənin)" mövzusunda iştirakçılara mühazirə oxumuşdur. 

May ayının 19-u Sigma layihəsi tərəfindən Tbilisi şəhərində e-satınalmalar mövzusunda seminar təşkil olunmuşdur.

Tədbirdə Agentliyin “Elektron məlumat bazasının təşkili” sektorunun müdiri iştirak etmişdir. Tədbir zamanı Gürcüstan və Makedoniya Respublikalarının e-satınalmaların tətbiqi sahəsində təcrübələri və e-satınalma sistemləri barədə ətraflı məlumat verilmişdir.

Agentliyin əməkdaşları 16-19 may 2011-ci il tarixlərində Tiflis şəhərində Dünya Bankı və digər kosponsorlar – Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının dəstəyi, o cümlədən Gürcüstan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ev sahibliyi ilə baş tutmuş 7-ci Regional Dövlət Satınalmaları Forumunda iştirak etmişlər.

“Dövlət satınalmalarının tətbiqi - Korrupsiyasız satınalmalar” mövzusunda konfransda UNCİTRALL-ın yeni model Qanun layihəsi ilə bağlı təqdimat olmuşdur. Tədbirdə səslənən əsas mövzular korrupsiya ilə mübarizə, e-satınalmalar, qanunvericiliyin təkmilləşdirilməsi, şikayətlərə baxılması meylinin çoxalması, ictimai təşkilatlarla əlaqələrin gücləndirilməsi ilə bağlı idi. 


6 aprel 2011-ci il tarixdə SDA Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramı (SİGMA) ilə birgə “Elektron satınalmalar” mövzusunda seminar keçirmişdir.

 Tədbirdəİqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TəhsilNazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və TurizmNazirliyi, o cümlədən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,Azərbaycanda Twinning, TAİEX və SİGMA əməliyyatlarının Tətbiqi (İTTSO) AİLayihəsinin nümayəndələri və Agentliyin əməkdaşları iştirak etmişlər.

Avropa İttifaqının (Aİ) TAİEX-SIGMA proqramı yardım aləti çərçivəsində 2011-ci ilin 17 mart tarixində Satınalmalar üzrə Dövlət Agentliyi və Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramının (SİGMA) birgə təşəbbüsü ilə “Satınalmalar sahəsində Potensialın Yaradılması” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Ekologiyavə Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd TəsərrüfatıNazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, o cümlədən“Azərsu” ASC,  “AzərbaycanMeliorasiya və Su Təsərrüfatı”ASC, Azərbaycanda Twinning, TAİEX və SİGMA əməliyyatlarının Tətbiqi (İTTSO) AİLayihəsi, Milli Məsləhətçi Mühəndislik Cəmiyyəti (NECSA), ASPI ConsultingEngineers, Inc. Şirkəti, «Synergetics» MMC-nin nümayəndələri və Agentliyin birneçə əməkdaşı iştirak etmişdir.


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az