Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


Sual-Cavab(FAQ)

Dövlət satınalmalarının təşkilində və keçirilməsində verilən suallar.

Sual: - «Malın, işin və ya xidmətin satın alınması məqsədilə keçirilmiş satınalma proseduru nəticəsində bağlanmış satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklərin əsasları haqqında bildirilməsi xahiş olunur».

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 51.1-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklər edilməsi qaydaları tenderin əsas şərtlər toplusunda nəzərdə tutulmalı və dəyişikliklər yalnız bu şərtlər daxilində həyata keçirilməlidir. Qanunun 51.2-ci maddəsinə uyğun olaraq malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli 165 №-li Qərarı ilə təsdiq olunmuşdur. Həmin qərar www.tender.gov.azİnternet səhifəsindən əldə oluna bilər. 


Sual: - «Dövlət satınalmaları haqqında» Qanunun 33.1-ci maddəsinə əsasən satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1-5 faizinədək məbləğdə müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. Təminatın qüvvədə olma müddətinin nəzərdə tutulan müddətdən az olması halda tender təklifinin kənarlaşdırılması üçün əsas hesab edilib-edilməməsi haqqında bildirilməsi xahiş olunur». 

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 36.3-cü maddəsinə uyğun olaraq satınalan təşkilat tender təklifmi yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. Göstərilənlərə əsasən tender təklfınin qüvvədə olma müddəti əsas şərtlər toplusunda nəzərdə tutulan müddətdən az olduğu halda, satınalan təşkilat həmin iddiaçının tender təklifini kənarşlaşdıra bilər. Bununla yanaşı, Qanunun 36.4-cü maddəsinə əsasən tender təklifində onun mahiyyətini dəyişdirməyən və ya tenderin əsas şərtlər toplusunda göstərilmiş xüsusiyyətlərdən, şərtlərdən və başqa tələblərdən əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xətalar olduqda və ya tender təklifinin mahiyyətinə xələl gətirmədən aradan qaldırılması mümkün olan səhvlər və çatışmazlıqlar olduqda belə satınalan təşkilat həmin təklifə tender tələblərinə uyğun gələn təklif kimi baxa bilər. 


Sual: - «Malların, işlərin və ya xidmətlərin satın alınması zamanı təqdim edilmiş tender təklifinin nisbi qiymətləndirilməsi üçün tender təklifinin qiymətinə, iddiaçının ixtisas uyğunluğunu müəyyənləsdirən meyarlara, tender təklifinin texniki və maliyyə gostəricilərini əks etdirən meyarlara hansı bal nisbətləri tətbiq edilir? 

Cavab: 
«Dövlət satınalmaları haqqında» Qanunun 36.6-cı maddəsinə əsasən qalib gəlmiş tender təklifıni müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş tender təkliflərini tenderin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara müvafıq surətdə qiymətləndirir və müqayisə edir. Satınalmalar üzrə Dövlət Agentliyi satınalan təşkilatlarda tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsini asanlaşdırmaq məqsədilə «Malların və işlərin dövlət satınalmaları üzrə tender təkliflərinə baxılması, onların qiymətlədirilməsi və müqayisəsinə dair» Metodiki təlimat hazırlamışdır. Qeyd olunan təlimat www.tender.gov.az İnternet səhifəsindən əldə oluna bilər. 


Sual: - «Dövlət satınalmaları haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir. Həmin Qanunun 11.5-ci maddəsinə əsasən tenderin davamından imtina və ya bütün tender təkliflərinin, oferta və kotirovkalar rədd olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) alınması üçün yeni tender elan edə bilər və ya malların (işlərin və xidmətlərin) alınması üçün təcili tələbat yarandıqda, Satınalmalar üzrə Dövlət Agentliyinin icazəsi ilə təkliflər sorğusu keçirilə bilər. Satınalan təşkilat tərəfindən təkliflər sorğusu keçirilərkən öncə qiymət təklifi təqdim etmiş iddiaçılara həmin təkliflər sorğusunda iştirak etmək üçün dəvətin göndərilməli olduğu haqqında bildirilməsi xahiş olunur».

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 25-ci maddəsinə uyğun olaraq açıq tenderdən başqa satınalmaların digər metodlarında (o cümlədən təkliflər sorğusu) təkliflərin, ofertaların və kotirovkaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara eyni vaxtda fərdi dəvət göndərilir. Bununla yanaşı, Qanunun 48-ci maddəsinə əsasən satınalan təşkilat bildiriş dərc edilməsini qənaət və səmərəlilik baxımından məqsədəuyğun saymadığı hallar istisna ohnaqla, təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc etdirir. 


Sual: - «Müəssisə tərəfindən keçirilən Açıq tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etmiş iddiaçıdan birinin tender təklifi tenderin əsas şərtlər toplusunun formal tələblərinə cavab vermədiyindən kənarlaşdırıdıqda, həmin açıq tenderin baş tutmuş hesab edilməsinin əsasları haqqında bildirilməsi xahiş olunur». 

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, satınalan təşkilat tender təklifıni yalnız o halda formal tələblərə uyğun hesab edə bilər ki, bu təklif tenderin əsas şərtlər toplusunda göstərilmiş bütün tələblərə cavab versin. Tenderin əsas şərtlər toplusunda göstərilmiş hər hansı formal tələblərə cavab verməyən tender təklifı Qanunun 36.5.3-cü maddəsinə uyğun olaraq kənarlaşdırılır, əsas şərtlər toplusunun tələblərinə cavab verən digər tender təkliflərinin qiymətləndirilməsi davam etdirilir. 
Dövlət satınalma prosedurları üzrə keçirilən müsabiqələrdə ədalətli rəqabət şərait təmin edilməli və dövlət vəsaitlərinin səmərəli xərclənməsi məqsədilə   tenderdə   iştirak   edən   malgöndərənlər   (podratçılar)   arasında qiymətlərin qaldırılmasma yönəldilmiş sövdələşmənin qarşısının aınnmasına xüsusi diqqət yetirilməlidir.


Sual: - «Tender prosedurası kimi müəyyən edilmiş vaxtda tender komissiyasının üzvlərindən üzrlü səbəbdən dörddə üçündən az iştirak etdiyi halda tender prosedurası vaxtını dəyişmək olarmı?

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 30.2-ci maddəsinə uyğun olaraq, satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna (o cümlədən tender prosedurunun keçirilməsi vaxtını) öz təşəbbüsü ilə və ya hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişiklik edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir. Bununla yanaşı, tender komissiyası üzvlərinin komissiyanın işində iştirak etməməsinin səbəbləri araşdırılır və ehtiyac olduğu halda, satınalan təşkilat tender komissiyasının tərkibində lazımi dəyişiklik edir.


Sual: «Xüsusi rəy ilə imzalanmış tenderin yekun protokolu satınalma müqaviləsinin bağlanması üçün əsas olub-olmaması barədə bildirilməsi xahiş olunur.»

Cavab: «Dövlət satınalmaları haqqında» Qanunun 37-ci maddəsinə uyğun olaraq tender komissiyası tərəfındən tenderin nəticələri haqqında yekun protokol tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rəylərini təqdim edərək protokolu imzalamalıdırlar. Xüsusi rəy azlıqda qalanların ümumi rəyi, yaxud fərdi rəyləri şəklində tərtib edilə bilər. Təqdim olunan xüsusi rəydə (və ya rəylərdə) qaldırılan məsələlərə dair tender komissiyası digər üzvləri tərəfindən verilən izahat məqbul və əsaslandırılmış olduqda, bu barədə müvafıq məlumat xüsusi rəyi təqdim edən tender komissiyasının üzvünə rəsmi çatdırılmalıdır. Əks halda xüsusi rəyin tələblərinə uyğun müvafıq tədbirlər görüməlidir.


Sual: - Ehtimal olunan qiymət necə hesablanır?

Cavab: Ehtimal olunan qiymət hesablanan zaman müxtəlif mənbələrdən, o cümlədən müvafıq tələbatın ödənilməsi üçün əvvəlki dövrdə bağlanmış müqavilə qiymətindən, hal-hazırda bazarda mövcud olan qiymətlərdən, internet və ya sorğu vasitəsi ilə bir neçə malgöndərən (podratçıdan) əldə olunan qiymətlərdən istifadə olunmalıdır. Eyni zamanda tikinti işləri üzrə bazis qiymətlərdən və əmsallardan istifadə oluna bilər. Ehtimal olunan qiymət hesablanan zaman nəqliyyat xərcləri, sığorta xərcləri, vergilər, kömrük rüsumları və s. qiymətin yaranmasma təsir edən amillər də nəzərə alınmalıdır.


Sual: Tender komissiyasının üzvləri kimlərdən ibarət olmalıdır və hansı şəxslər tender komissiyasının üzvü ola bilməzlər?

Cavab: Tender komissiyasının sədri satınalan təşkilatın birinci şəxsi istisna olmaqla vəzifəli şəxslərindən biri (məsələn, rəhbərin müavini) təyin olunur. Tender komissiyasının üzvləri satınalan təşkilatın hüquqşünaslarından, maliyyə-mühasibat işçilərindən, satınalma müqaviləsinin icrası, eyni zamanda satın alınan malların (işlərin və xidmətlərin) qəbul olunması, keyfıyyətinin yoxlanması ilə məşğul olacaq mütəxəssislərindən ibarət olmalıdır. Satınalan təşkilatın satınalma predmeti ilə bağlı müvafiq mütəxəssisləri olmadıqda əlaqədar təşkilatların səriştəli nümayəndələri də daxil edilir. Bundan əlavə tender predmetinin ehtimal olunan qiyməti 1.000.000 manat, büdcədən maliyyələşdirilən təşkilatlarda isə 300.000 manatdan (digər valyutalarla bu məbləğlərə ekvivalent məbləğdən) yüksək olduqda tender komissiyasmın tərkibinə Maliyyə və Iqtisad İnkişaf Nazirliklərinin nümayəndələri mütləq daxil edilməlidir.


Sual: - Tender təklifınin təminatı olmadıqda həmin təklifi vermiş malgöndərən (podratçı) iddiaçı statusu almış hesab olunurmu?

Cavab: Bu halda həmin malgöndərən (podratçı) iddiaçı statusu almış hesab olunur.


Sual: - İlin əvvəlində illik tələbatın ödənilməsi üçün müqavilə bağlanmışdır. İlin son aylarında satın alınan mallara (işlərə və xidmətlərə) tələbat artmışdır. Yeni yaranmış tələbatın ödənilməsi üçün satınalmalar necə həyata keçirilməlidir.

Cavab: Bu halda Satınalmalar üzrə Dövlət Agentliyinin müvafiq razılığı ilə müqavilədə mövcud qiymətləri saxlamaq şərti ilə müqavilənin həcmi tələb olunan miqdarda artırıla bilər. Yaxud əlavə tələbatın ödənilməsi üçün yeni müsabiqə həyata keçirilə bilər.


Sual: -Tender komissiyası üzvlərindən biri yekun protokolu imzalamaqdan imtina edirsə hansı tədbirlər görülməlidir?

Cavab: Tender komissiyasının üzvü hər hansı bir əsas göstərmədən yekun protokolu imzalamaqdan imtina edirsə, bu həmin şəxsin «Dövlət satınalmaları haqqında» Qanunun 37.5-ci maddəsinin tələblərini pozması kimi qiymətləndirilir. Belə halda bu hərəkət tender komissiyası tərəfındən aktlaşdırılmalıdır.


Sual: -Dövlət büdcəsindən bir maddə üzrə 100.000 manat vəsait ayrılmışdır. Tələbat üzrə ehtimal olunan qiymətin 98.900 manat olduğu hesablanmışdır. Yekun protokolun ehtimal olunan qiymət bəndində hansı məbləğ yazılmalıdır.

Cavab: Yekun protokolun ehtimal olunan qiymət bəndində hesablanmış məbləğ - 98900 manat göstərilməlidir.


Sual: -özəl şirkətlər «Dövlət satınalmaları haqqında» Qanuna uyğun satınalmaları həyata keçirə bilərlərmi?

Cavab: özəl şirkətlərin öz satınalmalarını «Dövlət satınalmaları haqqında» Qanunun tələblərinə uyğun həyata keçirmələri məcburi deyil. Lakin səmərəlilik və müsabiqənin ədalətli olması baxımından özəl şirkətlər öz satınalmalarını müsabiqə əsasında «Dövlət satınalmaları haqqında» Qanunun müddəalarına uyğun keçirmələri tövsiyyə olunur.


Sual: -Tender komissiyası üzvlərinin mükafatlandırılması qanuna uyğundurmu?

Cavab: Verilmiş tapşırığın lazımi səviyyədə yerinə yetirilməsinə görə tender komissiyasının üzvlərinin mükafatlandırılması mümkündür.


Sual: -Tenderin əsas şərtlər toplusunda tender təklifınin təminatının qüvvədə olma müddəti ən az 60 bank günü olması tələb edilmişdir. Təqdim olunmuş tender təklifınin təminatının qüvvədə olma müddəti 59 bank günüdür. Bu təminatı məqbul hesab etmək olarmı?

Cavab: Tender təklifınin təminatının tələb olunan müddətdən bir-iki bank günü az olması əhəmiyyətli dərəcədə kənara çıxmayan xırda xəta kimi baxılır. Bununla da sualda göstərilən təminatı məqbul hesab etmək olar.


Sual: -Təklifın təminatı növləri hansılardır?

Cavab: Təklifın təminatı bank zəmanəti, akkreditiv, qiymətli kağızlar, nağd pul vəsaiti, depozitlər və digər maliyyə aktivləri ola bilər. Təklifın təminatının hansı formada təqdim olunması əsas şərtlər toplusunda göstərilməlidir.


Sual: -Dünya bankının və digər beynəlxalq maliyyə institutlarının kreditləri ilə keçirilən tenderlərin nəticələri haqqında tender komissiyasının yekun protokollarının surəti Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunmalıdırmı?

Cavab: Bütün satınalma müsabiqələrinin, o cümlədən Dünya bankının və digər beynəlxalq maliyyə institutlarının kreditləri ilə keçirilən tenderlərin nəticələri haqqında tender komissiyasının yekun protokollarının surəti 3 (üç) bank günü ərzində Satınalmalar üzrə Dövlət Agentliyinə təqdim olunmalıdır.

Sual:Açıq tender üsulu ilə keçirilən satınalmalar barədə elanlar respublikanındövlət qəzetləri ilə yanaşı mütləq rəsmi internet səhifəsindəyerləşdirilməlidir ?

 

Cavab:“Dövlət satınlamaları haqqında” Qanunun 25-ci maddəsində edilmiş dəyişikliklərəuyğun olaraq açıq tender üsulu ilə keçirilən bütün satınalmalar barədə elanlarmütləq Satınalamalar üzrə Dövlət Agentliyinin www.tender.gov.az saytında mütləqyelərşdirilməlidir. 

 

Sual:“Dövlət satınalmaları haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən təkliflərsorğusu üsulu ilə keçirilən satınalamalar barədə elanlar kütləvi informasiyavasitələrində yerləşdirilməlidir ?

 

Cavab: Bəli, “Dövlət satınalmaları haqqında”Qanuna dəyişikliklər edildikdən sonra təkliflər sorğusu üsulu ilə keçirilənsatınalmalar barədə məlumatlar da bütün hallarda kütləvi informasiyavasitələrində dərc olunmalıdır.

 

Sual:Tenderin əsas şərtlər toplusu tender komissiyası tərəfindən təsdiq olunmadan satınalmaprosedurlarına başlamaq olar mı?

 

Cavab:Xeyr, satınalma prosedurlarına başlamaq üçün tenderin əsas şərtlər toplusumütləq satıalana təşkilatın yaratdığı tender komissiyası tərəfindən təsdiqedilməlidir.


 

Satınalmalar üzrə Dövlət Agentliyi

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az