Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


Güzəştlərin həcmi və tətbiqi

AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİ

QƏRAR
№ 165
Bakı şəhəri, 28 oktyabr 2002-ci il

Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərindədəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiqedilməsi və Bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında

«Dövlət satınalmaları haqqında» Azərbaycan RespublikasıQanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ciil 29 yanvar tarixli 668 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 8-ciabzaslarının və 2-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi iləAzərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Güzəştlərin həcmi və tətbiqi Qaydası» təsdiq edilsin(əlavə olunur).

2. «Malların (işlərin və xidmətlərin) qiymətlərindədəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu» təsdiqedilsin (əlavə olunur).

3. «Dövlət satınalmaları haqqında» Azərbaycan RespublikasıQanunun 11.5 maddəsinə uyğun olaraq bölünən hissələrin məbləği 250 (iki yüzəlli) milyon manat müəyyən edilsin.

4. Bu qərar imzalandığı gündənqüvvəyə minir.

Azərbaycan Respublikasının

 

Baş naziri

A.Rasi-zadə







 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 oktyabr tarixli 165 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Güzəştlərin həcmi və tətbiqi Qaydası

1. Bu Qayda «Dövlət satınalmaları haqqında» AzərbaycanRespublikası Qanunun 36.10 maddəsinə uyğun olaraq hazırlanıb və dövlət müəssisəvə təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və dahaçox olan müəssisə və təşkilatlar tərəfindən tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrətender təkliflərinin xeyrinə güzəştli düzəlişlərin həcmini və tətbiqi qaydasınımüəyyən edir. 

2. Malların satın alınmasında keçirilən tenderlərdəiddiaçılar tərəfindən təklif edilən malların istehsalında istifadə olunan yerlixammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıqtəşkil edərsə, yerli malların xeyrinə güzəştli düzəliş tətbiq oluna bilər.Yerli malların xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdənİNKOTERMS qaydalarının SİF/SİP şərtləri ilə idxal olunan eyni malların təklifolunan qiymətinin 15 faizinə qədər həcmində qəbul edə bilər. Bu hallardagüzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

/

Yerli xammal və materialların 
və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli
düzəlişin həcmi

1

50%-dən 60%-zə qədər

5%

2

60%-dən 70%-zə qədər

9%

3

70%-dən 80%-zə qədər

12%

4

80%-dən 90%-zə qədər

14%

5

90%-dən 100%-zə qədər

15%

3. İşlərin satın alınmasında keçirilən tenderlərdəiddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadəolunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50faizdən artıq təşkil edərsə bu işlərin xeyrinə 7,5 faiz qədər güzəştli düzəliştətbiq oluna bilər. Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyənolunur:

/

Yerli xammal və materialların 
və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli
düzəlişin həcmi

1

50%-dən 75%-zə qədər

6%

2

75%-dən 100%-zə qədər

7,5%

4. Xidmətlərin satın alınmasında keçirilən tenderlərdəiddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadəolunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 60faizdən artıq təşkil edərsə bu xidmətlərin xeyrinə 7,5 faizinə qədər güzəştlidüzəliş tətbiq oluna bilər. Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimimüəyyən olunur:

/

Yerli xammal və materialların 
və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli
düzəlişin həcmi

1

60%-dən 80%-zə qədər

6%

2

80%-dən 100%-zə qədər

7,5%

5. Yerli mallar (işlər və xidmətlər) üzrə tendertəkliflərinin xeyrinə güzəştli düzəlişlər tenderin əsas şərtlər toplusundanəzərdə tutulduğu halda və satınalan təşkilata əsaslandırıcı sənədlər təqdimolunduqda tətbiq olunur.







 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 28 oktyabr tarixli
165 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Malların (işlərin və xidmətlərin) qiymətlərində
dəyişikliklərin satınalma müqaviləsinə
təsirinin hesablanması üsulu

1. Bu üsul «Dövlət satınalmaları haqqında» AzərbaycanRespublikası Qanunun 51.2 maddəsinə uyğun olaraq hazırlanmışdır və satınalmamüqaviləsinin yerinə yetirilməsi müddətlərində, satınalan təşkilatla qalibgəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqaviləninqiymətində dəyişikliklərin edilməsini tənzimləyir.

2. Bu üsul yalnız tenderin əsas şərtlər toplusunda nəzərdətutulduğu hallarda tətbiq olunur.

3. Bu üsul yalnız icra müddəti bir ildən yuxarı olanmüqavilələrə şamil olunur.

4. Satınalma müqaviləsinin qiymətində dəyişikliklərinedilməsi aşağıdakı düstur əsasında aparılır:

P1= P0 (a(M1/ M0) + b(L1/ L0) + c) - P0

Burada:

P1-müqavilənin qiymətinin dəyişməsi nəticəsində malgöndərənlərə (podratçıya)odənilməli məbləğ;

P0L0-bağlanmışmüqavilənin qiyməti;

a-müqavilənin qiymətində mallarınnisbi qiymətini əks etdirən əmsalı;

b-müqavilənin qiymətində işçiqüvvəsinin nisbi qiymətini əks etdirən əmsalı;

c- müqavilənin qiymətində nəzərdətutulmuş gəlirin, gəlirin və digər xərclərin nisbi qiymətini əks etdirənəmsalı;

M0 ,M1-müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinəmənşə ölkəsində malların qiymət indeksləri;

L0 ,L1-müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinəmənşə ölkəsində işçi qüvvəsinin qiymət indeksləri.

Qeyd. a,bc – əmsallarının cəmi vahidə bərabər olmalıdır (a+b+c=1).

5. a,bc əmsalları iddiaçı tərəfindən tender təklifində göstərilirvə tender təkliflərinin qiymətləndirilməsində və müqayisəsində satınalantəşkilat tərəfindən nəzərə alınır.

6. Malgöndərən (podratçı) tender təklifində baza tarixinəmövcud olan indekslərin (L0 , M0) və qiymətlərə dəyişikliklərin edilməsitarixinə mövcud olan indekslərin (L1 , M1) mənbəyini göstərməlidir. AzərbaycanRespublikasıda qeyd olunan indekslər Azərbaycan Respublikası Dövlət StatistikaKomitəsinin rəsmi məlumatlarına əsaslanmalıdır. Digər ölkələrdən bu rəqəmlərmüvafiq dövlətlərin (hökümətlərin) rəsmi məlumat mənbələrinə əsaslanmalıdır vəmüəyyən olunmuş qaydada təsdiq edilir (leqallaşdırılır).

7. Baza tarixi tender prosedurlarının başlanması günündən 30(otuz) bank günü əvvəl müəyyən olunur. Bağlanmış müqavilənin qiymətlərindədəyişikliklərin edilməsi tarixi işlərin görülməsi müddətində müəyyən olunur.

8. Bağlanmış müqavilənin qiyməti (P0) dəyişdirilirsəaşağıdakı şərtlərə riayət olunmalıdır:

bağlanmış müqavilənin qiyməti (P0) yalnız ümumi artımın vəya azalmanın həcmi 2 faizdən artıq olduqda dəyişdirilə bilər;

bağlanmış müqavilənin qiyməti (P0) 10 faizdən çoxdəyişdirilmir;

bağlanmış müqavilənin ilkin (və ya uzadılmış) müddətibitdikdən sonra ona dəyişikliklər edilmir;

malgöndərənin (podratçının) səhlənkarlığı nəticəsindəmüqavilənin yerinə yetirilməsində yol verilən gecikmələrə görə bağlanmışmüqavilənin qiyməti (P0) dəyişdirilmir. Satınalan təşkilat bu gecikmələrə görəmüqavilənin qiymətini azaltmaq hüququna malikdir;

bağlanmış müqavilədə göstərilən valyuta təqdim edilmişsənədlərə əsasən digər ölkələrin valyutasından fərqlənirsə, onların məzənnəsimüqavilə qiymətlərində dəyişikliklərin edilməsi tarixinə AzərbaycanRespublikası Milli Bankının müəyyənləşdirdiyi məzənnə əsasında hesablanır;

bağlanmış müqavilə üzrə malgöndərənə (podratçıya) avansformasında ödənilmiş hissədə dəyişikliklər edilmir.

 

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az