Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


Xaricdə keçirilən dövlət satınalmaları, müsabiqələri haqqında məlumat

Bu səhifə Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən qeyri-neft sektorunun inkişafına dəstək məqsədilə və yerli məhsulların xarici bazarlara çıxarılması üzrə dövlət strategiyasınının tərkib hissəsi olaraq yerli şirkətlər üçün yaradılmışdır.

Səhifədə xarici ölkələrin dövlət satınalmaları haqqında geniş məlumatlar  yerləşdirilmişdir. Bu məlumatlara xarici ölkələrdə mallar işlər və xidmətlərə olan tələbatlar, keçiriləcək dövlət satınalmaları barədə elanlar,  müsabiqələrdə iştirak şərtləri və s. daxildir.

Agentlik  beynəlxalq  standartlara  cavab verən malların, işlərin və xidmətlərin xarici bazara çıxarılması üçün yerli istehsalçıların aşağıda  göstərilən linklərdəki məlumatlardan istifadə edərək bu istiqamətdə aktiv iştirakçılığa dəvət edir və yerli iş adamlarına bu istiqamətdə hər cür köməklik göstərə bilər.

Bu istiqamətdə çalışmaq istəyən iş adamları xarici ölkələrin dövlət satınalmalarında iştirak imkanları haqqında əlavə məlumatlar, Avropa İttifaqının dövlət satınalmalarını tənzimləyən direktivləri, xarici ölkələrin ticarət rejimləri və dövlət satınalmaları qaydaları haqqında məlumat, həmçinin hüquqi və praktiki məsləhətləri Azərbaycan  Respublikası Satınalmalar üzrə Dövlət Agentliyindən əldə edə bilərlər.


Telefon:   (99412) 493-76-62

               (99412) 493-86-79

               (99412  493-76-95

 

Faks:        (99412) 498-24-01

e-mail:     mail@tender.gov.az




ABŞ
www.gsa.gov
www.fbo.gov

Rusiya
zakupki.gov.ru
www.i-tenders.ru
www.is-zakupki.ru
trade.su
tender.bposd.ru
www.sberbank-ast.ru
etp.zakazrf.ru
rts-tender.ru
www.rts-tender.ru
www.ist-budget.ru
infoarena.ru
ex-periment.ru/a>
www.world-xps.ru

BMT
www.devbusiness.com

Avropa Birliyi
ted.europa.eu

Türkiyə
ekap.kik.gov.tr
www.ibb.gov.tr

Böyük Britaniya
tendersdirect.co.uk/

Dünya bankı
www.worldbank.org

Ukrayna
tenders.in.ua
tendergid.ua

Avstraliya
www.finance.gov.au

İsveçrə
www.simap.ch

Gürcüstan
procurement.gov.ge

Qazaxstan
www.goszakup.gov.kz
goszakup.gov.kz

Qırğızıstan
goszakupki.gov.kg

Slovakiya
uvo.gov.sk

Finlandiya
www.hansel.fi

Özbəkistan
www.dgmarket.uz

Belarus
www.icetrade.by

Polşa
www.europa.eu

Avstriya
www.europa.eu

Belçika
www.europa.eu

Bolqarıstan
www.europa.eu

Kipr
www.europa.eu

Çex Respublikası
www.europa.eu

Danimarka
www.europa.eu

Almaniya
www.europa.eu

Yunanıstan
www.europa.eu

Macarıstan
www.europa.eu

İrlandiya
www.europa.eu

Litva
www.europa.eu

Lüksemburq
www.europa.eu

Malta
www.europa.eu

Hollandiya
www.europa.eu

Norveç
www.europa.eu

Portuqaliya
www.europa.eu

Rumıniya
www.europa.eu

İspaniya
www.europa.eu

İsveç
www.europa.eu

BƏZİ XARİCİ ÖLKƏLƏRDƏ DÖVLƏT SATINALMALARININ TƏŞKİLİNƏ DAİR MƏLUMAT










Xaricdə dövlət satınalmaları: ümumi və xüsusi


Sifarişlərin müsabiqə yolu ilə yerləşdirilməsi məsələləri üzrə qanunvericilik strukturu


Bütün dünyada dövlət satınalmalarının tənzimlənməsi məsələləri qanunvericilərin diqqət mərkəzindədir, çünki bu halda alıcının özü, yəni dövlət prosesin maksimum effektli olmasına maraqlıdır. Qanunyaratma fəaliyyətinin bütün dünyada ən vacib istiqamətlərindən biri ədalətli rəqabət uğrunda mübarizədir, bu da iqtisadi nəzəriyyəyə görə qiymətlərin aşağı düşməsinə gətirib çıxarmalıdır. Müasir dövlət satınalmaları praktikasında ən vacib problem – korrupsiyanı və vicdansızlığı törədən «insan faktorudur». Söhbət məmurların ara-sıra satın alınması barədə deyil, hakimiyyətin və biznesin uzlaşması barədə gedir, bunun da nəticəsində təchizatçıların rəqabət metodu vasitəsilə seçilməsi ilə yanaşı, mühüm rolu lobbiləmə oynamağa başlamışdır. Lakin xaricdə belə hesab edirlər ki, yaxşı işlənib hazırlanmış normativ baza və satınalmaların savadlı idarə edilməsi səmərəliliyin itkilərini minimuma endirə bilər, bu vaxt lobbi «hamı ilə bərabər» şəraitdə işləyən seçki faktorlarından birinə çevrilər.

Xarici satınalmalar praktikasında əsas baza prinsiplərinə aşağıdakıları aid edirlər: şəffaflıq (transparency) — satınalmalar haqqında informasiyanın açıqlığı və hamıya müyəssər olması; hesabatçılıq və prosedurlara riayət edilməsi (accountability and duprocess) — dövlət və ictimai nəzarət zamanı satınalma prosedurlarına dəqiq riayət edilməsi; açıq və effektli rəqabət (open and effective competition) — ayrı-seçkiliyə yol verilməməsi; ədalətlilik (fairness) — satınalmanın bütün iştirakçılarına bərabər imkanların verilməsi.

Dünya praktikasında satınalmaların həyata keçirilməsinin və sifarişlərin yerləşdirilməsinin ümumən qəbul olunmuş prinsipləri ayrı-ayrı ölkələrin qanunvericiliyində formalaşdırılmış və Aİ direktivləri, ÜTT çərçivəsində dövlət satınalmaları haqqında çoxtərəfli Sazişlərdə, Asiya-Sakit okean iqtisadi əməkdaşlığı və digərləri kimi bir sıra beynəlxalq sənədlərdə təsbit edilmişdir. Ayrı-ayrı ölkələrin qanunvericiliyində olan fərqlər bu və ya digər dövlətin iqtisadi siyasətinin prioritetlərinə əsaslanır. İqtisadiyyatın mərkəzləşdirilməsi dərəcəsi əhəmiyyətli təsir göstərir. Dövlətin iqtisadi siyasətinin xüsusiyyətləri nəzərə alınmaqla milli qanunvericilik səviyyəsində beynəlxalq durumun dəqiqləşdirilməsi, konkretləşdirilməsi baş verir. Bir sıra ölkələrdə ümumi milli qanunvericilik bazasında konkret müddəaları formalaşdırmağa imkan verən bu və ya digər sahənin spesifikasını əks etdirən sahə normativ aktları buraxılır.


Dövlət satınalmaları üzrə müasir beynəlxalq qanunvericilik beynəlxalq ticarət hüququ üzrə Birləşmiş Millətlər Təşkilatı Komissiyasının Nümunəvi qanunu (UNSİTRAL), habelə UNSİTRAL nümunəvi qanununun qəbul olunması üzrə rəhbərlik üzərində qurulmuşdur. «Malların (işlərin) və xidmətlərin satınalınması haqqında» UNSİTRAL nümunəvi qanunu 6 fəsildə qruplaşdırılmış 57 maddədən ibarətdir: ümumi müddəalar; satınalma metodları və onlardan istifadə şərtləri; alver prosedurları; satınalmaların əsas metodu; alternativ metodlarla satınalmalar zamanı tətbiq olunan prosedurlar; şikayət vermə.

Nümunəvi qanun o ölkələr (hökumətlər) üçün nəzərdə tutulmuşdur ki, onlar malların (işlərin) və xidmətlərin alınmasını nizama salmağı daha məqsədəuyğun sayırlar və aşağıdakı məqsədi güdürlər: satınalmaların maksimum qənaətcilliyinin və effektliyinin təmin edilməsini; dövlət mənsubiyyətindən asılı olmayaraq satınalmalarda təchizatçıların (podratçıların) iştirakının genişləndirilməsini və həvəsləndirilməsini, bu da beynəlxalq ticarətin inkişafına xidmət edəcək; satın alınan mallara (işlərə) və ya xidmətlərə münasibətdə təchizatçılar (podratçılar) arasında rəqabətin alqışlanmasını; bütün təchizatçılara (podratçılara) ədalətli və qərəzsiz münasibətin təmin edilməsini; satınalmalar prosesinin obyektivliyinə və qərəzsizliyinə, habelə ictimaiyyətin ona etimadının təmin edilməsinə şəraitin yaradılmasını; satınalmalar prosedurunun aşkarlığının təmin edilməsini.

UNSİTRAL Nümunəvi qanununda satınalınma metodlarına və onlardan istifadə şərtlərinə böyük diqqət yetirilir.

Sifarişlərin müsabiqədənkənar yerləşdirilməsinə, kotirovkalardan istifadə etməklə, malların yeganə mənbədən satın alınması xüsusiyyətləri nəzərə alınmaqla və i.a. iştirakçıların sayının məhdudlaşdırılması ilə sifarişlərin müsabiqədə yerləşdirilməsinə baxılır. Müsabiqə ərizələrini və ixtisasdan əvvəl seçilmə ərizələrini cəlb edən təşkilata irəli sürülən nümunəvi tələblər verilmişdir. Müsabiqə sənədlərinin tərkibinə irəli sürülən nümunəvi tələblərə və təqdimetmə qaydalarına baxılmışdır. Qanun təkliflərin qiymətləndirilməsinin qayda və meyarlarını tənzimləyir. Satınalan təşkilat təkliflərin qiymətinin meyarlarını müəyyən edir və hər bir belə meyarın nisbi qiymətini və onların tətbiqi qaydalarını müəyyənləşdirir. Qalibin seçilməsi proseduru aşağıdakıları nəzərə ala bilər: danışıqlar aparılmadan seçmə (müstəsna olaraq müəyyən edilmiş qiymət meyarları üzrə); eyni zamanda danışıqlar aparmaqla seçmək yolu ilə; ayrı-ayrılıqda danışıqlar aparmaqla seçmək yolu ilə.

İnkişaf etmiş ölkələrdə dövlət satınalmaları və sifarişlərin yerləşdirilməsi ümumən qəbul olunmuş metodlar əsasında aparılır: müsabiqə prosedurları (açıq, qapalı, ikimərhələli, selektiv), bir neçə potensial təchizatçılarla danışıqların aparılması əsasında satınalmalar, adi ticarət şəbəkəsindən satınalmalar (kotirovkaların sorğu metodu), yeganə mənbədən satınalmalar.

Ən çox məhz müsabiqə prosedurlarından istifadə olunur, çünki bunlar dövlət satınalmalarına bərabər şəraitin yaradılmasını, bütün prosedurların aşkarlığını və şəffaflığını və seçim meyarlarını təmin edir. Digər üsulların tətbiqi imkanı müvafiq əsaslandırmaların olmasını tələb edir.

İnkişaf etmiş ölkələrin çoxu bazar iqtisadiyyatının qədim ənənələrinə baxmayaraq, öz milli qanunvericiliklərində beynəlxalq tələbləri nəzərə alırlar.

Almaniyanın qanunvericiliyinə müvafiq olaraq, dövlət təsərrüfatçı subyekt qismində çıxış edərkən, o da iqtisadiyyatın şəxsi sektorunun nümayəndələrinin riayət etdiyi elə həmin hüququ və iqtisadi prinsiplərə riayət etməlidir. Alıcı (istehlakçı) qismində o, şəxsi sektorun nümayəndələri ilə rəqabətə girir, onlarla birgə bazarda baş verən dəyişiklikləri izləyir, habelə malların (xidmətlərin) alınması üçün müsabiqələr elan etməklə bazarı öz tələbatları barədə məlumatlandırır. Bu vaxt münaqişələrin tənzimlənməsi qismində mülki qanunvericilik çıxış edir. «Büdcə vəsaitlərindən qənaətlə istifadə etməli» tələblərindən çıxış edərək, dövlət təşkilatları iqtisadi cəhətdən sərfəli bazar təkliflərinə üstünlük verməlidirlər. Bu o deməkdir ki, dövlət hər hansı digər istehlakçı kimi, malların (xidmətlərin) təchizi üçün açıq (aşkar) alverlərdən istifadə edərək, qiymətlərin müqayisəsini aparır. Müsabiqələrin (tenderlərin) keçirilməsi və Dövlət sifarişlərinin yerləşdirilməsi qaydası ölkənin iqtisadiyyat nazirliyi tərəfindən işlənib hazırlanmış dövlət sifarişlərinə podratların keçirilməsi haqqında normativ sənədlərdə əks edilmişdir.

ABŞ-da federal dövlət satınalmalarının tənzimlənməsi üzrə birinci qanun 1792-ci ildə qəbul olunmuşdur. O vaxtdan bəri Amerika qanunvericiliyi dəyişərək müasir federal kontrakt sistemi formasını almışdır. ABŞ-da dövlət satınalmalarının həyata keçirilməsi mexanizmi qanunverici və qanunaltı aktlar toplusuna əsaslanır və «Federal ehtiyaclar üçün satınalmalar qaydası» (FAR) adlanır. Bu sənəddə satınalmalar sahəsində siyasətin prinsipləri, habelə satınalmaları həyata keçirərkən və sifarişləri yerinə yetirərkən bütün federal orqanların riayət etməli olduğu qayda və prosedurlara münasibətdə irəli sürülən çoxsaylı tələblər ətraflı təsvir və müəyyən edilir. Dövlət satınalma qaydalarının eyni cür tətbiqi və bu sahədə normaların yaradılmasının koordinasiyasına nəzarəti Federal satınalmalar siyasəti İdarəsi aparır. Maraqlıdır ki, ABŞ-ın federal qanunvericiliyi rəsmi olaraq müstəqil büdcəyə malik ayrı-ayrı ştatların və digər ərazi vahidlərinin hökumətlərinin fəaliyyətinə şamil olunmur. Dəfələrlə satınalmalar haqqında qanunvericiliyin eyniləşdirilməsi cəhdləri göstərilmişdir, lakin bütün ştatların qanunları ümumən qəbul olunmuş prinsiplərə əsaslandığına baxmayaraq, yalnız bəzi ştatlar öz normativ aktlarını federal qanunvericiliyə uyğunlaşdırdılar.

Müsabiqələr sahəsində Böyük Britaniyanın müasir qanunvericiliyi «Müsabiqə satınalmaları üzrə Tövsiyələrə» əsaslanır. Birləşmiş Krallığın Xəzinədarlığı yanında mərkəzi metodik və nəzarətedici orqan qismində «Satınalmalar üzrə Mərkəzi Təşkilat» yaradılmışdır. Bundan başqa, hökumətin nəzdində satınalmalar strategiyası üzrə şöbə mövcuddur. Hər bir nazirlikdə kontrakt işləri üzrə departament vardır. Xəzinədarlıq vəsaitlərə sərəncam hüququnu sahə nazirliklərinə həvalə edir, bu vaxt məsrəflər Xəzinədarlığın nazirliklə əlaqələr yaradan məmuru ilə razılaşdırılır. Xəzinədarlığın nümayəndəsi (maliyyə müfəttişi) xərclərin büdcə təxsisatlarına uyğunluğunu təmin edir, hər bir kontrakt onun tərəfindən bəyənilməlidir.


Milli təchizatçıların qorunması


Bu yaxınlarda Mərkəzi və Şərqi Avropanın qanunvericiliyində əhəmiyyətli dəyişikliklər baş vermişdir. Onların əsas məqsədi – unifikasiya, yəni Avropa Birliyi direktivlərinin konkret ölkələrin hüquqi zəmininə keçirmək olmuşdur. Potensial məhsul/xidmət təchizatçılarının nöqteyi-nəzərindən bu proses onlara müxtəlif ölkələrdə (təchizatçının milli mənsubiyyətindən asılı olmayaraq) bərabər şərtlərlə tenderlərdə iştirak etmək imkanı verəcəkdir. Təxminən elə bu cür məqsədlər də № 94-FQ qanununun işlənib hazırlanmasında iştirak edən Rusiya qanunyaradıcıları qarşısında qoyulmuşdu.

Dünya iqtisadi qanunlarının birində deyilir ki, dövlətin proteksionist siyasətindən milli istehlakçıların itkiləri, həmişə milli istehsalçılar tərəfindən qazanılan faydadan çox olur. Lakin bəzi ölkələr öz sənayelərini dəstəkləmək məqsədilə dövlət satınalmaları zamanı yerli təchizatçılara və podratçılara müxtəlif imtiyazlar verirlər. Əlbəttə, bu praktika getdikcə azalmağa başlayır, bu da bir çox cəhətdən ÜTT kimi beynəlxalq təşkilatların fəaliyyəti sayəsində baş verir. Lakin hələ yaxın vaxtlarda bu praktikadan birdəfəlik əl çəkmək mümkün olmayacaqdır.


Bir çox ölkələrdə xarici sahibkarlıq kapitalı axınının qaydaya salınması və yerli firmaların maraqlarının müdafiəsi məqsədilə beynəlxalq tender prosedurlarının dövlət tənzimlənməsi həyata keçirilir. Məsələn, yerli şirkətlərin qiymət səviyyəsində üstünlük hüququ qanuni olaraq təsbit edilir, yəni digər bərabər şərtlər zəminində qaliblik, hətta onun təklif etdiyi qiymət xarici iştirakçılardan yüksək olsa belə, yerli təchizatçıya verilir. Qiymət «üstünlüyü» yerli oyunçular üçün 6%-dən (ABŞ, Kanada) 15%-dək (Küveyt, Hindistan) və daha çox təşkil edə bilər. Bir sıra ölkələrdə öz təkliflərində podratın bir hissəsinin yerli firmalara həvalə etməyi nəzərdə tutmayan xarici iştirakçılar alverə buraxılmırlar. Xarici iştirakçının mütləq yerli firmalara həvalə etməli olduğu işlərin və xidmətlərin siyahısı müəyyən edilmişdir.

Bir çox dövlətlərdə xarici şirkətlərin tenderdə iştirakı yalnız yerli agentlər və ya tərəfdaşlar vasitəsilə mümkündür (Misir, Oman). Bəzən xarici podratçılara yerli sənaye tərəfindən buraxılan avadanlığı xaricdən idxal etmək qadağan olunur, podrat obyektləri üçün yerli işçi heyətinin xaricilərdən üç dəfə artıq olması qaydası mövcuddur. Bəzi ölkələrdə dövlət sifarişinin bir hissəsi kiçik biznes, əlillər təşkilatı, penitensiar idarələri və s. kimi müəyyən təchizatçılar üçün ayrılır. İri kontraktlar milli istehsalçılara müyəssər olması məqsədilə qəsdən xırdalanır. Belə məhdudiyyətləri dəf etmək və sifarişi udmaq imkanını artırmaq üçün xarici şirkətlər yerli firmaların iştirakı ilə konsorsiumlar yaratmaq məcburiyyətində qalmışlar.

Bundan başqa, alver təşkilatçılarının huquqları genişləndirilir, bunlar da dövlətin milli istehsalçıların qorunması üzrə cəhdlərinə əlavə olunur. Qiymətlərin aşağı salınması üçün təkrar alverlər praktikasından geniş istifadə olunur.

Qiymət siyasəti ilə yanaşı, tender komitələri sifarişçilərin mənafeyi naminə «kreditlərin rəqabəti» praktikasından geniş istifadə etməyə başlamışlar, bu da tender iştirakçılarını obyektlərin qurulması üzrə xərclərin kreditləşdirilməsini və hətta maliyyələşdirilməsini məcbur etməyə imkan verir. Çox vaxt tender təkliflərinin kredit-maliyyə şərtləri qalibin müəyyən edilməsində həlledici meyar sayılır. Müasir dövrdə gömrük rüsumları, qeyri-tarif tədbirləri (standartlar, sertifikatlar, lisenziyalar və i.a.) kimi daha az nəzərə çarpan məhdudiyyət üsullarından istifadə etməyə başlanmışdır.

Beləliklə, qeyd etmək olar ki, çox ölkələr xarici rəqiblərin öz bazarlarına yol tapmasını məhdudlaşdırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Lakin Almaniya qanunvericiliyini istisna etmək olar, bu ölkənin qanunvericiliyi milli iştirakçılara üstünlük verilməsini qadağan edir.


Avstaliyada və Yeni Zelandiyada dövlət satınalmaları sahəsini xüsusi olaraq tənzimləyən qanunvericilik aktları mövcud deyildir. Bununla yanaşı, məhz bu ölkələrdə dövlət sifarişlərinin gerçəkləşdirilməsinin müsabiqə metodlarından geniş istifadə olunur, bunlar hakimiyyətin icra və inzibati orqanlarının (hər şeydən əvvəl, bu, istər federal səviyyədə, istərsə də ştatlar səviyyəsində maliyyə nazirliyi və işlər nazirliyidir) qanunaltı normativ sənədləri ilə tənzimlənir. Özü də ştatlar və ərazilər ümumi dövlət satınalmaları siyasəti çərçivəsində əhəmiyyətli muxtariyyətdən istifadə edirlər. Dövlət xərcləri üzərində nəzarət, qüvvədə olan qanunvericiliyə əsasən Xəzinədarlıq (maliyyə nazirliyi) xətti üzrə həyata keçirilir.

Fransada və Belçikada qüvvədə olan dövlət satınalmalarının təşkili sxemi bütün mərhələlərdə (qərarın qəbulu, xərclər smetasının hesablanması, xərclər sənədlərinə dərkənarın qoyulması, kontraktların ödənilməsinə nəzarət) dövlət xərcləri üzərində nəzarəti nəzərdə tutur. Fransa üçün kontraktların bağlanmasının düzgünlüyünü seçmə üsulla yoxlamaq məqsədilə xüsusi komissiyaların yaradılması xasdır. Hər bir idarə və yerli hökumət orqanı özünün satınalmalar üzrə bölməsini formalaşdırır, bunların funksiyasına kontraktların bağlanması və onun icrasına nəzarət daxil edilir.


Qeyd etmək lazımdır ki, Birləşmiş Avropada Avropa İttifaqının inteqrasiya tələbləri getdikcə böyük rol oynamağa başlamışdır, o da son 10 il ərzində satınalmalar fəaliyyəti məsələləri üzrə bir çox müxtəlif direktivlər qəbul etmişdir. Satınalmaların həyata keçirilməsi qaydalarının unifikasiyası çərçivəsində vahid standartlara daha çox diqqət yetirilmişdir. Avropanın çox ölkələri getdikcə öz qanunvericiliklərini Aİ direktivləri əsasında təshih etməyə başlamışlar.


Şərqi Avropanın satınalmalar müsabiqəsinin təşkili ənənələri mövcud olmayan ölkələr də 90-cı illərin ortalarında UNSİTRAL nümunəvi qanununun tələblərinə cavab verən qanunlar və normativ aktlar qəbul etdilər. Avropa Birliyinə gedən yolda bu ölkələr dövlət sifarişlərinə aidiyyəti olan qanunvericilik aktlarını birliyin qanunvericilik normaları ilə uyğunlaşdırmalı idilər.

ESTONİYADA DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


Estoniyada dövlət tenderləri 2000-ci il tarixli Dövlət tədarükləri haqqında Antikorrupsiya Qanunu ilə tənzimlənir. Bu qanuna müvafiq olaraq, Estoniyanın tender təklifləri internet şəbəkəsində yerləşən (http://register.rha.gov.ee/index.jsp?pagelD=Q) tenderlərin ictimai registrində dərc edilir. Qeyd etmək lazımdır ki, Aİ-də müsabiqə layihələrinin nəzərdə tutulan qayda ilə və yaxud elektron formada TED-bazada «Tenders Electronic Daily»

(http://ted.publications.eu.int/static/home/en/homepage.ini) ictimaiyyətə çatdırılması bir vəzifə olaraq tapşırılır. Aİ-nin tenderlər siyahısında Aİ-nin ərazisinidə elan edilən bütün müsabiqələr dərc edilmir. Avropa komissiyası müəyyən maliyyə normaları qoyur və əgər söhbət az məbləğdə sifarişlərdən gedirsə, onlar haqqında məlumat yalnız yerli mənbələrdən əldə edilir.


Estoniya Ticarət-Sənaye Palatası nəzdində Avropa İnformasiya Mərkəzi yaradılmışdır, bu mərkəz eston tenderləri, habelə maraqlanan şəxslərə Aİ tenderləri barədə elektron poçt vasitəsilə 29 məlumat göndərməklə gündəlik nəzarət üzrə pullu xidmətlər göstərir.

Əldə olan məlumatlara görə Estoniyada Aİ çərçivəsindən kənarda yerləşmiş hər hansı şirkətin iri tenderi udması presendenti qeydə alınmamışdır, baxmayaraq ki, tenderlərdə vasitəçilərin, nümayəndələrin, dilerlərin, distribyutorların və xarici müəssisələrin iştirak etməsi üzrə qanunvericilik maneəsi aşkar edilməmişdir.


MACARISTANDA DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


2003-cü ilin sonunda Macarıstanda Dövlət Satınalmaları haqqında Avropa Şurasının bütün tələblərinə tam cavab verən CXXXIV (Public Procurement Act) qanunu qəbul olundu, bu qanun 01.05.2004-cü ildən qüvvəyə mindi. 2005-ci ildə Macarıstan hökuməti tərəfindən bu qanunun praktikada tətbiqini dəqiqləşdirən qərarlar paketi qəbul olundu (qanunun ingilis dilində olan bütün mətni ilə Şuranın tenderlərin keçirilməsi saytında www.kozbeszerzes.hu tanış olmaq olar). Belə ki, normativ sənədlərdə Dövlət Satınalmalarına tenderin elan edilməsi qaydaları, elanın səciyyəvi verilmə forması, tender elan edilə bilən malların və xidmətlərin siyahısı və təsnifatları formalaşdırılmışdır.


Dövlət satınalmaları haqqında qanuna müvafiq olaraq dövlət satınalmaları ilə bağlı təşkilatlar Dövlət satınalmaları üzrə Şurada qeydiyyata alınmalıdırlar. Bu vaxt qanun bu təşkilatları nəinki klassik dövlət idarələrinə (büdcə təşkilatları) və adətən şəxsi sahibkarlar tərəfindən nəzarət edilən enerji və nəqliyyat şirkətləri kimi strukturlara bölür, həmçinin onlar üçün tenderin keçirilməsinin müxtəlif qaydalarını müəyyən edir.


Məsələn, qanun satınalmalar dəyərinin müxtəlif limitlərini müəyyən edir, bundan yuxarı olanlar üçün tender elan edilməlidir. Dövlət idarələrinin malların və xidmətlərin əldə edilməsi üçün limit 25 mln. forint (96 min avro, müqayisə üçün deyə bilərik ki, AŞ-nin əksər ölkələrində 130 min avrodur) miqdarında, işlərin aparılması üçün (məsələn, tikinti) –70 mln. forint (270 min avro), konsessiya müqavilələri üzrə həyata keçirilən işlərdə iştirak üçün – 100 mln. forint (384 min avro) müəyyən edilmişdir. Dövlət satınalmaları ilə bağlı şirkətlərin malların və xidmətlərin əldə edilməsi üçün limit 50 mln. forint (192 min. avro, Aİ-nin əksər ölkələrində – 400 min. avro), işlərin yerinə yetirilməsi üçün 100 mln. forint (384 min avro) müəyyən edilmişdir.


Daha böyük transparentliyi təmin etmək məqsədilə Dövlət satınalmaları haqqında qanun tenderlərin keçirilməsi zamanı qiymətləndirmənin metod və meyarlarını öncədən dərc etməyi tapşırır (əvvəllər yalnız son nəticələr elan edilirdi).

Qüvvədə olan qanun idarə və şirkətləri hər ilin əvvəlində 12 ay üçün aparılacaq satınalmalar planının tərtib edilməsini bir vəzifə olaraq tapşırır. Bircinsli satınalmaların dəyəri cəmlənməlidir ki, təşkilat tenderi limitə çatmayan xırda dəyərlərə bölmək yolu ilə onun elan edilməsindən qaçsın. Təşkilatlar dövlət satınalmaları haqqında müqavilədə edilən istənilən dəyişiklik, habelə başa çatmış layihələr haqqında məlumatlar barədə xəbərdar etməlidirlər.

Dövlət satınalmaları haqqında Şuranın (DSŞ) hüquqları genişləndirilmişdir, əgər tenderin qalibi qanuni yolla seçilməmişsə, o, artıq imzalanmış müqaviləyə xitam verə bilər (əvvəllər ancaq cərimə qoya bilərdi, müqavilənin özünə isə DSŞ xitam verə bilməzdi).

Əvvəlki praktika ilə müqayisədə tenderin keçirilməsinə nəzarət orqanlarına– Dövlət auditor ofisinə (State Audit Office) və Nəzarətin Hökumət ofisinə (Government Supervisory Office) böyük hüquqlar verilmişdir. Qanun pozulduğu hallarda bu orqanlar hətta bir il keçdikdən sonra da işi məhkəməyə verə bilərlər (əvvəllər bu müddət 90 gün ilə məhdudlaşırdı).


Yeni qanun Aİ-da qeydiyyata alınmış şirkətlərə, hətta onlar yerli şirkətlərdə iştirak etmirlərsə və Macarıstan ərazisində layihələrin həyata keçirilməsi təcrübəsi olmadıqda belə, Macarıstan tenderlərində iştirak etməyə imkan verir. Qanun– milli firmaların xeyrinə ayrı-seçkiliyi qadağan edir.

Yeni qanun Dövlət satınalmaları üzrə tender iştirakçılarının, dəyəri Aİ-da müəyyən edilmiş limiti aşan təkliflərini qiymətləndirmək üçün peşəkar məsləhətçiləri cəlb etməyi məsləhət görür, bu da konsaltinq bazarını canlandırır. DSŞ dövlət satınalmaları tenderi üzrə 41 rəsmi məsləhətçini (700 namizəd arasından) seçmişdir. Məsləhətçilər birbaşa tenderdə iştirak edən idarələr və şirkətlərlə işləyirlər və onların xidmətinin ödənilməsi saatda 15 min forintə çata bilər.

Bir faktı da qeyd etmək lazımdır ki, qanunun 17/A maddəsi «əlil işəgötürənlərin» də tenderdə iştirakını nəzərdə tutur, bir şərtlə ki, müəssisənin və ya təşkilatın ştatında 50% əlil işçilər olsun. Qanun xarici iştirakçılar barədə ayrı-ayrı normalar ehtiva etmir. Bununla da Macarıstan qanunvericiliyi formal olaraq ən liberal sayıla bilər.


İTALİYADA DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


İtaliya qanunvericiliyinə (Prezidentin 25.01.2000-ci il tarixli 34 №-li dekretinə –Barqone dekreti adlanan) müvafiq olaraq İtaliyanın ərazisində 150 min avronu aşan məbləğdə açıq tenderdə iştirak etmək üçün namizəd şirkətlər bir sıra ümumi spesifik ixtisas tələblərini yerinə yetirməlidirlər.


Ümumi tələblər:


1) İtaliyanın və ya Aİ-nın digər dövlətinin vətəndaşlığı, yaxud qarşılıqlı prinsiplər əsasında İtaliya vətəndaşlarına analoji rejim təqdim edən ölkənin xarici sahibkarlarının və kommersiya müəssisə-rezidentlərinin rəhbərliyinin daimi yaşayış yerinin İtaliyada olması;

2) 27 dekabr 1956-cı il tarixli, 1423 nömrəli qanunun 3-cü maddəsində nəzərdə tutulmuş qabaqlayıcı tədbirlərdən birinin tətbiqi ilə və ya 31 may 1965-ci il tarixli, 575 nömrəli qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qadağanedici əsasların biri ilə cari təhqiqatın aparılmaması;

3) İtaliyanın sahibkarlara, hüquqi nümayəndələrə, idarəedicilərə və ya texniki direktorlara münasibətdə Cinayət-prosessual Məcəlləsinin 444-cü maddəsində nəzərdə tutulan qüvvəyə minmiş son mühakiməedici hökmlərin, yaxud cəza tədbirlərinin tətbiqi barədə qərarların olmaması;

4) İtaliyanın və şirkətin mənşəyi olan ölkənin sosial sığorta haqqında qüvvədə olan qanunvericiliyin kobud surətdə pozulmasının təsdiq olunmuş hallarının olmaması;

5) İtaliyanın və şirkətin mənşəyi olan ölkənin qüvvədə olan qanunvericiliyinin vergilərin və yığımların ödənilməsi hissəsinin kobud surətdə pozulmasının təsdiq olunmuş hallarının olmaması;

6) müvafiq TSP-də şirkətlərin registrində, yaxud mənşə ölkəsinin registrində şirkətin fəaliyyət növü göstərilməklə qeydiyyata alınması;

7) Müflisliyə, ləğvedilməyə və ya fəaliyyətinin dayandırılmasına ilkin şəraitin olmaması;

8) Müflislik prosedurunun, borclularla razılaşmaların, nəzarət edilən və fövqəladə idarəetmənin olmaması;

9) ictimai işlərin yerinə yetirilməsi zamanı kobud səhvlərin olmaması;

10) iş yerində təhlükəsizlik texnikası ilə təminatın və bədbəxt hadisələrin qarşısının alınması haqqında təsdiq olunmuş normaların kobud surətdə pozulması hallarının olmaması;

11) tenderlərə buraxılma üzrə tələblərin qane edilməsində, habelə ixtisas attestatının alınmasında yanlış məlumatların olmaması.


Yuxarıda verilən 1, 2 və 3 bəndlərinin tələbləri təsərrüfatçılıq subyektlərinin təşkilati-hüquqi formalarından asılı olaraq müxtəlif cür şərh edilir. Məsələn, adi yoldaşlıqlarda onlar texniki direktora və bütün tərəfdaşlara (yoldaşlara); kommandit yoldaşlıqlarda –texniki direktora və bütün fəal tərəfdaşlara; qalan bütün təsərrüfat cəmiyyətlərinin, yoldaşlıqların və birliklərin digər tiplərində– texniki direktora və nümayəndəlik hüququ olan idarə rəhbərlərinə şamil edilir.

Ümumi tələblərdən başqa, tenderin iştirakçılarına iqtisadi və maliyyə potensialına (bank zəmanətləri, dövriyyənin həcmi, şəxsi vəsaitlərin xalis həcmi və i.a.), texniki və təşkilati uyğunluğa, zəruri texnoloji avadanlıqla təchizatına, kifayət qədər işçi heyətinin olmasına aidiyyəti olan spesifik tələblər irəli sürülür.

İtaliyanın 11 fevral 1994-cü il tarixli, 109№-li baza qanununun (Merloni qanunu adlanan) müddəalarını həyata keçirən qanunvericiliyi şirkətlərin açıq tenderdə iştirakının iki səviyyəli meyarlara nəzarət sistemini nəzərdə tutur.

Bir tərəfdən – Avropa UNI EN ISO 9000 standartlarına uyğunluq sertifikasiya sistemi, yaxud «keyfiyyət sisteminin əhəmiyyətli və təshihedici elementlərinin» mövcud olması. Bu funksiya UNI CEI EN 45000 standartına müvafiq olaraq akkreditə olunmuş xüsusi təşkilatların üzərinə qoyulur (məsələn, ICIC, IGQ, Det Norske Veritas və b.).

Digər tərəfdən – şəxsi attestasiya keçirən təşkilatlar («SOA» – Societa Organismi di Attestazione) tərəfindən həyata keçirilən adı çəkilən rəylərin mövcudluğunun attestasiya sistemi. Bu təşkilatların mütəmadi olaraq təzələnən məlumatlar siyahısı www.sincert.it saytında yerləşdirilir. Attestasiya sertifikatlaşdırılmış keyfiyyət sisteminin və ya onun əhəmiyyətli və təshihedici elementlərinin mövcudluğundan başqa, yuxarıda verilmiş ümumi tələblərə uyğunluğunun təsdiq edilməsini də nəzərdə tutur.

Attestasiyanı almaq üçün namizəd şirkət attestasiya keçirən təşkilatlardan biri ilə müqavilə bağlayır.

Attestasiya keçirən şirkət, inspeksiya aparılması yolu da daxil olmaqla, yuxarıda göstərilən meyarların lazımi yoxlanışını aparır və müqavilənin imzalandığı tarixdən 90 gün ərzində attestasiyanı həyata keçirir. Müqavilə imzalandıqdan sonra 30 gün ərzində attestatın verilməsi və ya verilməsindən imtina edilməsi zamanı attestasiyanı keçirən şirkət 25 ictimai işlərə nəzarət üzrə orqanı məlumatlandırır. Attestatın qüvvədə olma müddəti 3 ildir. Onun uzadılması üçün aidiyyəti şirkət ötən attestatın qüvvədə olma müddətinin bitməsinə ən azı üç ay qalmış attestasiya keçirən şirkətlə yeni müqavilə bağlayır.


150 min avro məbləğində tenderlərdə iştirak etmək üçün namizəd şirkət aşağıdakı meyarlara cavab verməlidir:


1) tenderin keçirilməsi haqqında elanın dərc edilməsinədək 5 il ərzində həyata keçirilmiş işlərin həcmi imzalanmaq üçün təklif edilən kontraktın məbləğindən aşağı olmamalıdır;

2) işçi heyəti üçün çəkilən xərclərin ümumi həcmi tenderin keçirilməsi haqqında elanın dərc edilməsinədək 5 il ərzində həyata keçirilmiş işlərin həcminin 15%-dən az olmamalıdır;

3) texniki avadanlıq kifayət qədər olmalıdır.

Göstərilən meyarlara riayət edilməsi barədə bəyannamə tenderdə iştirak haqqında sorğuya və ya təklifə qoşulur və tenderin keçirilməsini həyata keçirən təşkilat tərəfindən yoxlanılır.

Yuxarıda sadalanmış tələblər göstərir ki, İtaliya Dövlət satınalmaları bazarının potensial xarici iştirakçılarını elə öhdəliklərlə «bağlayır» ki, onları dəf etmək çox çətin olur. Demək olar ki, İtaliyanın Dövlət satınalmaları bazarının mühafizə modeli «bürokrat» mexanizmlər üzərində qurulmuşdur.

Böyük Britaniyada dövlət və bələdiyyə ehtiyacları üçün malların, işlərin və xidmətlərin təchizi üzrə dövlət sifarişlərinin yerləşdirilməsi haqqında


Böyük Britaniyada dövlət sifarişlərinin (sonradan–dövlət satınalmaları) yerləşdirilməsi haqqında qanunvericilik dövlət və bələdiyyə ehtiyacları üçün və habelə ayrıca olaraq kommunal xidmətlər üçün malların, işlərin və xidmətlərin satın alınması məsələlərini tənzimləyir.

Böyük Britaniya Aİ üzvüdür, odur ki, dövlət və bələdiyyə ehtiyacları üçün sifarişlərin yerləşdirilməsini, işlərin görülməsini və xidmətlərin göstərilməsini tənzimləyən qanunvericilik dövlət satınalmaları haqqında Aİ-nın yurisdiksiyası müddəalarının altına düşür. Hazırki sahənin normativ hüquqi tənzimlənməsinin hazırda qüvvədə olan rejimi dövlət satınalmaları bazarının azad rəqabət üçün maksimum açıqlığının təmin edilməsinə, Aİ ölkələrinin qanunvericiliyində proteksionizmin qarşısının alınmasına və habelə Avropa İttifaqının ümumi dövlət satınalmaları bazarında malların və xidmətlərin müstəqil dövriyyəsinə şərait yaratmağa yönəldilmişdir və bütün üzv-ölkələrin milli qanunvericiliyinə tam inkorporasiya olunan Aİ direktivlər paketindən ibarətdir və istər federal, istərsə də yerli (bələdiyyə) səviyyələrdə işləyir.

Bir də qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə Aİ Ümümdünya Ticarət Təşkilatınin (ÜTT) üzvüdür, bunun çərçivəsində o, 1994-cü ilin dövlət satınalmaları haqqında fakultativ Sazişinə qoşulmuşdur, qanun 1 yanvar 1996-cı ildə qüvvəyə minmişdir və özündə ona qoşulmuş ölkələrin hamısının riayət etməsi məcburi olan müəyyən öhdəliklər ehtiva edir.


Böyük Britaniyanın qanunvericiliyi

-nin dövlət satınalmaları sahəsindəki direktivləri statutlar şəklində tam qaydada Böyük Britaniyanın1 qanunvericiliyinə daxil edilmiş və 31 yanvar 2006-cı ildən qüvvəyə minmişdir. Hal-hazırda aşağıdakılar qüvvədədir:

Statut 2006-cı il, № 5 «Dövlət kontraktları haqqında Əsasnamə» (Statutory instrument 2006 № 5 «The Public Contracts Regulations» № 5 2006,

sonra - Statut 2006-cı il (Dövlət kontraktları haqqında), bunlar da dövlət satınalmaları haqqında Aİ 2004/18/Aİ-nin yeni direktivinin müddəalarını və habelə dövlət satınalmalarının keçirilməsi zamanı hüquqi mühafizə vasitələri haqqında Aİ 89/665/AİB yeni direktivlərinin müddəalarını inkorporasiya edir.

Məlumat üçün. Statutun müddəaları -nin dövlət satınalmaları haqqında qanunvericiliyinə, xüsusilə dövlət ehtiyacları üçün işlərin yerinə yetirilməsinə və xidmətlərin göstərilməsnə sifarişlərin yerləşdirilməsi müddəalarını əlaqələndirən Aİ № 2004/18/İB-nin 31 mart 2004-cü il tarixli direktivinə (Directive 2004/18/ES of the European Parliament and of the Council of 31 March 2004 on the coordination ofprocedures for the award ofpublic works contracts, public supply contracts and public service contracts); dövlət sifarişlərinin yerləşdirilməsi üzrə tenderlərin keçirilməsi zamanı aşkarlığa, qərəzsizliyə və ədalətə riayət edilməsinə zəmanət verən, həmçinin müsabiqələr keçirilərkən qanunların pozulması zamanı effektiv əks tədbirlərin görülməsini nəzərdə tutan müddəaları ehtiva edən kontrakt öhdəliklərinin pozulması hallarında məhkəmə müdafiəsi xərclərinin əvəzinin ödənilməsi və vəsaitləri üzrə 21 dekabr 1989-cu il tarixli 89/665nömrəli AİB direktivinə;

(Council Directive 89/665/EES of 21 December 1989 on the coordination of the laws, regulations and administrative provisions relating to the application of review procedures to the award of public supply and public works contracts); və dövlət satınalmaları sahəsində ümumən qəbul olunmuş terminologiyalar haqqında 5 noyabr 2002-ci il tarixli 2195/2002№-li Qətnaməsinə əsaslanır (Regulation (ES) No 2195/2002 of the European Parliament and of the Council of 5 November 2002 on the Common Procurement Vocabulary (CPV).

______________________________

1 Böyük Britaniyanın dövlət satınalmaları haqqında qanunvericilik İngiltərənin, Uelsin və Şimali İrlandiyanın ərazisində qüvvədədir. Şotlandiyada dövlət satınalmaları keçirilməsinin normativ hüquqi tənzimlənməsi ayrı-ayrı normativ hüquqi aktlara əsaslanır.

- 2006-cı il tarixli 6 №-li Statut «Kommunal xidmətlərə kontraktlar haqqında Əsasnamə» (Statutory Instrument 2006 No. 6 «The Utilities Contracts Regulations)), sonradan –2006-ci il tarixli kommunal xidmətlər Statutu).


Məlumat üçün. Statutun müddəaları suyun, elektrik enerjisinin, nəqliyyatın təchiz edilməsi və poçt xidmətləri göstərilməsi sahəsində əməliyyatlar aparan təşkilatların dövlət satınalmaları prosedurlarını əlaqələndirən 31 mart 2004-cü il tarixli № 2004/17/ direktivinə (Directive 2004/17/ES Of The European Parliament and of the Council of 31 March 2004 coordinating the procurement procedures of entities operating in the water, energy, transport and postal services sectors);kommunal xidmətlər sahəsində məhkəmə müdafiəsi xərclərinin əvəzinin ödənilməsi və vəsaitləri üzrə 25 fevral 1992-ci il tarixli 92/13 nömrəli AİB direktivinə əsaslanır (Council Directive 92/13/EES of 25 February 1992 coordinating the laws, regulations and administrative provisions relating to the application of Community rules on the procurement procedures of entities operating in the water, energy, transport and telecommunications sectors).

Beləliklə, malların təchizatı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsinə sifarişlərin yerləşdirilməsi mexanizmləri və prosedurları yuxarıda göstərilmiş Aİ-nin dövlət satınalmalarının keçirilməsi məsələlərini tənzimləyən direktivlərində, habelə ÜTT-nin dövlət satınalmaları haqqında Sazişlərində nəzərə alınmışdır.

Böyük Britaniyanın ərazisində dövlət satınalmalarına sifarişlərin yerləşdirilməsinin normativ hüquqi tənzimlənməsinə aşağıdakı qanunlar aiddir:

  • Malların satılması haqqında 1979-cu il qanunu (Sale of Goods Act 1979);

  • Malların təchizi və xidmətlərin göstərilməsi haqqında 1982-ci il qanunu (Supply of Goods and Services Act 1982);

  • Malların təchizi və satışı haqqında 1994-cü il qanunu. (The Sale and Supply of Goods Act 1994);

  • İnformasiyanın mühafizəsi haqqında 1984-cü il qanunu (Data Protection Act 1984);

  • Ədalətli ticarət haqqında 1973-cü il qanunu (Fair Trading Act 1973);

  • Rəqabət haqqında 1980-ci il qanunu (Competition Act 1980);

  • Ədalətsiz şərtlər və kontraktlar haqqında 1977-ci il qanunu (Unfair Contract Terms Act 1977);

  • İşlərin görülməsi zamanı istehsalatda sağlamlığın və təhlükəsizliyin təmin edilməsi haqqında 1974-cü il qanunu (Health and Safety at Work etc. Act 1974);


Sənaye ixtiralarına patentlər də daxil olmaqla, əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində bir sıra qanunlar (Industrial and Intellectual Property Rights):

  • Ticarət markaları haqqında 1938 və 1994-cü illərin qanunları (Trade Marks Act 1938 and Trade Marks Act 1994);

  • Patentlər haqqında 1949 və 1977-ci illərin qanunları (Patents Act 1949 and Patents Act 1977);

  • Müəllif hüquqları, dizayn və patentlər haqqında 1988-ci il qanunu (Copyright, Designs and Patents Act 1988);

  • Dizayna hüquqların qeydiyyatı haqqında 1949-cu il qanunu Registered Designs Act 1949

  • Dizayna hüquqlar haqqında 1989-cu il qanunu (yarımkeçiricilərin topoqrafiyası) (The Design Right (Semiconductor Topographies) Regulations 1989).

Böyük Britaniyada dövlət sifarişlərinin yerləşdirilməsinə xarici malların və xarici təchizatçıların yolunun açılması məsələləri


Böyük Britaniyanın dövlət satınalmaları haqqında qanunvericiliyi, üçüncü ölkələrin ölkənin daxili bazarına yolunun açılması da daxil olmaqla, müvafiq normaların milli qanunvericiliyə inkorporasiya etmək yolu ilə bütövlükdə-nin direktivlərinə əsaslanır. Dövlət sifarişləri həyata keçirilərkən, -nin üzv ölkələri ilə münasibətdə Böyük Britaniya, eynilə -nin ticarət sazişlərində qarşılıqlı milli rejim verilməsi öhdəliyi olan üçüncü ölkələrlə münasibətdə olduğu kimi, avtomatik olaraq milli rejim verir. Dövlət satınalmaları sahəsində bazara qarşılıqlı daxilolma haqqında müddəalar -nin üçüncü ölkələrlə (İslandiya, Lixtenşteyn, Norveç) ikitərəfli ticarət sazişlərində ehtiva olunur. Ümumən götürsək, belə müddəalar -nin bağladığı region ticarət sazişlərində ehtiva edilir, məsələn, 1999-cu ildə Meksika ilə və 1994-cü ildə ABŞ ilə bağladığı azad ticarət haqqında Sazişdə. Belə ki, 1994-cü ildə ABŞ ilə bağlanmış Saziş çərçivəsində AŞ dövlət satınalmaları sahəsində hər il 100 mlrd. ABŞ dolları miqdarında qarşılıqlı milli rejim verilməsi barədə əlavə öhdəliklər qəbul etmişdir.

ÜTT-nin 1994-cü il üçün dövlət satınalmaları haqqında Sazişindəki öhdəliklər çərçivəsində Böyük Britaniya da dövlət satınalmalarına bilavasitə aidiyyəti olan bütün malların təchizi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə münasibətdə bu Sazişin bütün üzvlərinə milli rejim verir.

Britaniyanın dövlət tənzimlənməsi sahəsində Biznes, sahibkarlıq və reformlar üzrə Nazirliyinin məlumatına görə, Avropa İttifaqı çərçivəsində və habelə beynəlxalq səviyyədə Böyük Britaniyanın öhdəliklərinə, o cümlədən ÜTT-nin ayrı-seçkiliyə yol verilməməsi, milli rejimin təqdim edilməsi və ən əlverişli şəraitin yaradılması haqqında sazişlərində ehtiva olunan öhdəliklərə xarici şəxslərə və xarici kapitala münasibətdə ayrı-seçkiliyə yol verilməməsi tələbləri daxil edilmişdir.

Ölkənin hökuməti öz beynəlxalq öhdəliklərini tam həcmdə yerinə yetirməyə səy göstərir. Böyük Britaniyanın qanunvericiliyində yerli təchizatçılar üçün hər hansı imtiyazlar nəzərdə tutulmamışdır, eynilə dövlət satınalmaları sahəsində xarici təchizatçılara münasibətdə ayrı-seçkilik müddəaları da yoxdur. Yuxarıda qeyd edildiyi kimi, Böyük Britaniyada dövlət satınalmaları sisteminin söykəndiyi əsas prinsiplərdən biri xərclərin çıxılması və vəsaitlərə qənaətdir(«Value for Moneu»), buna uyğun olaraq dövlət sifarişlərinin yerləşdirilməsi zamanı əsas məqsəd ən az xərclərlə böyük nəticələrin əldə edilməsidir. Bu halda ən vacibi icraçının milli mənsubiyyəti deyil, onun münasibliyi və peşəkarlığıdır. Bu fakt dövlət satınalmalarının keçirilməsi zamanı xarici təchizatçılar üçün ayrı-seçkiliyin və milli təchizatçılar üçün üstünlük rejiminin müəyyən edilməsinə heç bir motivasiyanın olmadığını göstərir.

Bununla belə, Böyük Britaniyada dövlət satınalmalarına giriş proseduruna gəldikdə, demək olar ki, milli rejim Aİ-nin üzv dövlətlərinə, ÜTT-nin 1994-cü il tarixli dövlət satınalmaları haqqında Sazişinin iştirakçı ölkələrinə və habelə dövlət satınalmaları keçirərkən ikitərəfli qaydada milli rejimin təqdim edilməsi nəzərdə tutulmuş ölkələrə verilir. Milli rejimin bir çox üstünlüklərindən biri də xarici təchizatçıların yerli təchizatçılarla eyni qaydada dövlət sifarişlərinin yerləşdirilməsi zamanı dövlət hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən qəbul olunmuş qərarlardan Ali Məhkəməyə (High Court) şikayət vermək hüququdur (dövlət kontraktları haqqında 2006-cı il Statutunun 47-ci maddəsi, kommunal xidmətlər haqqında 2006-cı il Statutunun 45-ci maddəsi).







______________________________

2 Dövlət satınalmaları haqqında ÜTT Sazişinin üzvləri Aİ və Böyük Britaniyadan başqa həmçinin aşağıdakı ölkələrdir: Kanada, Honkonq, Çin, İsrail, Yaponiya, Koreya Respublikası, Lixtenşteyn, Sinqapur, İsveçrə və ABŞ.


Qeyd etmək lazımdır ki, xarici təşkilatlarla malların təchizatı, işlərin görülməsi və xidmətlərin göstərilməsi haqqanda kontraktlar bağlanarkən, Böyük Britaniyanın dövlət orqanları maraqlıdırlar və təkid edirlər ki, kontraktda hüququn Böyük Britaniyanın yurisdiksiyası altında olması barədə qeyd-şərt olsun, çünki məhkəmə araşdırmalarının xarici hökumətlərin qanunları ilə aparılması çox mürəkkəbdir və Britaniya tərəfi üçün iqtisadi cəhətdən sərfəli deyildir. Bununla əlaqədar olaraq, dövlət sifarişlərinin yerinə yetirilməsi barədə kontraktın standart şərtlərində mübahisələrin həlli zamanı Böyük Britaniyanın hüququnun üstünlüyə malik olduğu göstərilmişdir və bu şərtlə razılaşma təchizatçının seçilməsi zamanı çox vacibdir.

Xarici təchizatçı ilə kontrakt bağlanarkən, dövlət sifarişçisi hüquqşünaslarla məsləhətləşmələr aparmalı və müsbət rəy almalıdır.

ÇİNDƏ DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ



Çində milli bazarın qorunması bir neçə istiqamətdə həyata keçirilir. Qısa da olsa onları nəzərdən keçirək.

  1. Texniki səddlər. Daxili bazarı qorumaq üçün Çin texniki standartlar və şərtlərdən geniş istifadə edir. Beynəlxalq standartlara keçiddə müəyyən irəliləyiş olmasına baxmayaraq, bunu sürətli adlandırmaq olmaz: son 20 il ərzində beynəlxalq standartlardan istifadə sahəsi 12-dən 40%-dək genişlənmişdir. ÜTT ilə razılaşmaya əsasən Çin beynəlxalq standartlardan istifadə sahəsini hər 5 il 10% artırmağı öhdəsinə götürmüşdür.

Daxili bazarın qorunmasında baytarlıq və fitosanitar qaydaları, çoxsaylı təhlükəsizlik standartları, uyğunluğun qiymətləndirilməsi prosedurları və i.a. böyük rol oynayır. Çin bu sahədə bir çox beynəlxalq sazişlərin üzvüdür. Çində tez-tez yeni qaydalar tətbiq olunur. Məsələn, xarici ixracatçı tərəfindən bir sıra mövqelər üzrə təhlükəsizlik sertifikatının alınması Çin ekspertlərinin istehsalçı-zavoda gediş xərclərinin ödənilməsini nəzərdə tuta bilər.

Çin tərəfindən istifadə olunan daxili kənd təsərrüfatı bazarının qorunmasının yeni tədbirləri arasında 2001-ci ilin yazında tətbiq olunmuş idxal olunan məhsulların sertifikasiya qaydaları diqqəti cəlb edir. Bu qaydanın tətbiqi ABŞ-dan gələn soya ilə yüklənmiş gəmilərin ÇXR-nın limanlarında ləngiməsinə gətirib çıxarmış, boşdayanmalar yükün 1 tonunun dəyərinin 8 dollar qalxmasına səbəb olmuşdu, yalnız Çin rəhbərliyinin işə qarışması sayəsində konflikti həll etmək mümkün oldu.

Bazarın qorunmasının digər tədbiri 2001-ci ildə qüvvəyə minmiş Çində gen strukturu dəyişdirilmiş kənd təsərrüfatı məhsullarından istifadə üzrə yeni qaydalar oldu. Qaydalarda uzunmüddətli laborator və çöl şəraitində əkilməsi üzrə tədqiqatlar nəzərdə tutulurdu. Hal-hazırda ÇXR-da yalnız bir gen strukturu dəyişmiş pambıq növü əkilir. Ekspertlərin fikrincə, Çinin bu sahədə siyasəti Aİ-də olandan daha kəskin, lakin ABŞ-da olandan daha ehtiyatlı olacaqdır.

  1. Kənd təsərrüfatının dolayı maliyyələşdirilməsi. Çin mütəxəssislərinin fikrincə, beynəlxalq rəqabət üçün ən zəif yerlər – yunun, pambığın və taxılın istehsalıdır. Bu sahədə azad olunan işçi qüvvəsi 2010-cu ilə 10 mln. adama çata bilər. Bunların yüngül sənaye müəssisələrində işlə təmin edilməsi bir çox cəhətdən inkişaf etmiş ölkələrin 2005-ci ildə tekstilin və geyimin idxalının kəmiyyətinə qoyduqları məhdudiyyətlərin aradan qaldırılması üzrə üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirmələrindən asılıdır. ÜTT-yə daxil olarkən, Çin kənd təsərrüfatının qorunması üçün bir sıra imkanlar, o cümlədən kənd təsərrüfatının dolayı maliyyələşdirilməsi sahəsində qeyd-şərtlər irəli sürdü. Dəstək əmsalı (subsidiyaların istehsalın dəyərinə olan nisbəti) 8.5% səviyyəsində təsbit edildi, bu da adətən, inkişaf edən ölkələrə veriləndən 10% aşağıdır.


ÇXR-ın hökuməti taxıl istehsalını dəstəkləmək, kənd təsərrüfatı məhsullarının emalı üzrə sənayeni, qeyri-kənd təsərrüfatı sənayesini inkişaf etdirmək, kənddə vergi və pul yığımlarının reformalarını keçirmək yolu ilə kənd təsərrüfatına dolayı maliyyələşdirmə aparır. Tütün yarpağına qoyulan vergidən başqa, spesifik kənd təsərrüfatı məhsullarına qoyulan bütün vergilərin götürülməsi planlaşdırılır, bu da kəndlilərin illik 578 mln. ABŞ dolları miqdarında vergi yükünün azalması deməkdir. 2004-cü ildən başlayaraq, kənd təsərrüfatı vergisi hər il orta hesabla 1%-dən artıq azalmağa başlamışdır, yaxın beş ildə tamam götürüləcəkdir. Nəzərdə tutulur ki, 2004-cü ildə kənddə vergi və pul yığımlarının reformasını dəstəkləmək üçün mərkəzi büdcədən transfert ödənişlər qismində 4,8 mlrd. ABŞ dolları ayrılsın.

  1. Xarici ərzaq məhsullarının sertifikasiya qaydalarının tətbiqi. Keyfiyyətə, ekspertizaya və karantinə nəzarət edən Baş Dövlət İdarəsi (KEKNBDİ) (Keyfiyyətə və texnologiyalara nəzarət üzrə Dövlət İdarəsinin və idxal-ixrac ekspertizası və karantini üzrə Dövlət İdarəsi birləşdikdən sonra əmələ gələn) ərzaq məhsulunun keyfiyyətini, çəkiləri və ölçüləri, ixrac və idxal edilən malların ekspertizasını, sərhəddi keçərkən sanitar karantinini, sərhəddi keçərkən heyvan və bitkilərin karantinini, sertifikasiyanı və standartizasiyanı idarə edir. KEKNBDİ-yə tabe olan Sertifikasiyanın tənzimlənməsi və ona nəzarət üzrə Dövlət Komitəsi və Standartlaşmanın tənzimlənməsi üzrə Dövlət Komitəsi sertifikasiyanın və Dövlət standartlarının işlənib-hazırlanması, dərc edilməsi və icrasına görə cavabdehlik daşıyır.

İdxal və ixrac edilən malların ekspertizası haqqında qanun – əsas hüquqi sənəddir, bunun köməyi ilə Çin hökuməti idxal-ixrac ekspertizasını nizamlayır. Qanun 1 avqust 1989-cu ildən qüvvədədir. Xarici ticarətin inkişafının tələblərinə müvafiq olaraq malların ekspertizası üzrə dövlət orqanları illik «İdxal-ixrac mal ekspertizasına məruz qalan mal kateqoriyaları Cədvəlinin» işlənib-hazırlanmasını, təshihini və dərc edilməsini həyata keçirir. Bu «Cədvələ» daxil edilmiş malların idxalı-ixracı zamanı malların ekspertizası üzrə orqanda onların ekspertizası keçirilməlidir. İdxal-ixrac ekspertizasının vəzifəsinə keyfiyyətin, standartların, miqdarın, qablamanın və habelə təhlükəsizlik normalarına və sanitar normalarına uyğunluğun yoxlanılması daxildir.

«Cədvələ» daxil edilmiş malların idxal ekspertizası malların ekspertizası idarəsində sərhədin keçilməsi məntəqəsində aparılmalıdır. Əks təqdirdə, mallar gömrükdən buraxılmayacaq və ÇXR ərazisində satılmasına icazə verilməyəcəkdir.

İdxal edilən malın alıcısı malların ekspertizası idarəsi tərəfindən müəyyən edilmiş məntəqədə və vaxtda malların ekspertizası orqanına ekspertiza üçün ərizə verməlidir. Malların ekspertizası orqanı müəyyən edilmiş müddətdə ekspertizanı başa çatdırmalı və müvafiq sertifikat verməlidir, bu müddətə riayət edilmədikdə, xarici ticarət kontraktına müvafiq olaraq itkilərin əvəzinin ödənilməsi tələb oluna bilər.

Mühüm malların və ya komplekt avadanlığın idxalı zamanı malalan xarici ticarət kontraktına müvafiq olaraq ekspertizanı, istehsalına nəzarəti, yaxud göndərənin ölkəsindən yüklənərkən yüklənməyə nəzarəti öncədən keçirməlidir, məsul idarələr isə nəzarəti gücləndirməlidirlər. Zərurət yarandıqda, ekspertiza orqanları bu işdə iştirak etmək üçün ekspertlər göndərə bilər.

ÇXR-də ixrac və idxal edilən mühüm mallara, habelə onları istehsal edən müəssisələrə münasibətdə keyfiyyət sertifikatı sistemi fəaliyyət göstərir, bunları keyfiyyətin mühümlüyü və təhlükəsizliyi prinsipinə müvafiq olaraq keyfiyyətə, ekspertizaya və karantinə nəzarət üzrə Baş Dövlət idarəsi tənzimləyir. Bəzi xüsusi olaraq müəyyən edilmiş malların keyfiyyətinə nəzarəti həyata keçirir:


1) Dərmanların və ərzaq məhsullarının idxalı və ixracı zamanı sanitar vəziyyəti keyfiyyətinin yoxlanılması Səhiyyə Nazirliyi və onun təyin etdiyi ekspertiza orqanları tərəfindən tənzimlənir;


2) baytarlıq dərman vasitələrinin, qida üçün aşqarların, heyvani və bitki mənşəli məhsulların keyfiyyətinin yoxlanılması Kənd Təsərrüfatı Nazirliyi və onun təyin etdiyi ekspertiza orqanları tərəfindən tənzimlənir.


4. Çində gen strukturu dəyişmiş kənd təsərrüfatı məhsullarının istifadəsi üzrə qaydaların tətbiqi.


Çin rəhbərliyi tərəfindən təqdir edilmiş kənd təsərrüfatı istehsalının inkişaf proqramına müvafiq olaraq 2000-ci ildə gen strukturu modifikasiya olunmuş bitkilərin yaradılması sahəsində qabaqcıl aqrotexnologiyaların işlənib hazırlanması və tətbiq edilməsinə böyük əhəmiyyət verilir, bu da yeni və yüksək texnologiyaların inkişafı («Plan 863»), qabaqcıl texnologiyaların kənd təsərrüfatı istehsalına fəal tətbiq edilməsi (Plan «Qığılcım») və fundamental tədqiqatların inkişafı («Plan 973») üzrə dövlət proqramları ilə sıxı əlaqədə həyata keçirilir.

2000-ci ildə Çində gen strukturu dəyişmiş kənd təsərrüfatı məhsullarının istehsal həcmi üzrə birinci yeri pambıq tutmuşdu, bu da 367 min ha (bu kənd təsərrüfatı məhsulunun istehsalının ümumi həcminin 60%-dən çox) sahədə yetişdirilirdi. Pestisidlərin təsirinə dözümlü pambığın yetişdirilməsi üzrə işlər 80-ci illərdə başlanmışdı. Bu məqsədə nail olmaq üçün 50 mln. yuan (6 mln. ABŞ doll.) xərc çəkilmişdi. Nəticədə zərərvericilərə qarşı yaxşı dözümlülüyə və transgen sortlarının yüksək məhsuldarlığına malik məhsul əldə etmək mümkün oldu, bu da onun yetişdirilməsi zamanı hər hektarda 450 dollara qənaət etməyə imkan verdi.

Gen strukturu modifikasiya olunmuş məhsullardan istifadənin hüquqi tənzimlənməsinə gəldikdə, demək olar ki, Çin 23 may 2001-ci ildə «Genetik cəhətdən modifikasiya olunmuş kənd təsərrüfatı orqanizmlərinin təhlükəsizliyinə dair Qaydaları» (GMO) (Regulations on the Administration of the Safety of Agricultural Genetically Modified Organisms) dərc etdirdi. Qaydalar tədqiqat, təcrübələrin aparılması, istehsalı, emalı, işgüzar əqdlərin bağlanması və habelə genetik cəhətdən modifikasiya olunmuş orqanizmlərin idxalı və ixracı ilə bağlı münasibətlərin hüquqi çərçivəsini yaradırdı. Bu orqanizmlərin idxalı ilə bağlı «Qaydalar» ticarət münaqişələrinin predmeti oldu. Belə ki, Amerika ekspertlərinin fikrincə «Qaydalar» Amerika kənd təsərrüfatı məhsullarının Çinə ixracı yolunda «əyri» maneələr yaradır.


«Qaydalarda» GMO-nun insanlara, heyvanlara, bitkilərə, mikroorqanizmlərə və ekoloji mühitə münasibətdə təhlükəsizlik dərəcəsi nəzərə alınaraq təsnifat sistemi (4 sinif) təqdim olunmuşdu. Göstərilir ki, təhlükəsizlik məsələlərinə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan həmin orqanizmlərin təhlükəsizliyi üzrə komissiya cavabdehlik daşıyır.


«Qaydalarda» həmçinin GMO-nun tədqiqinin aparılmasına icazənin alınması, təcrübələrin aparılması, təhlükəsizlik sertifikatının alınması, istehsal üçün lisenziyanın alınması, eləcə də GMO-nun markirovkası (labeling) məsələləri də öz əksini tapmışdır. 5 yanvar 2002-ci ildə nəşr olunmuş «Kənd təsərrüfatı GMO-nun markirovkasına aid tədbirlərə» əlavə qismində ÇXR-da kənd təsərrüfatı GMO-larının siyahısı dərc olunmuşdur.

11 mart 2002-ci ildə ÇXR-in Kənd Təsərrüfatı Nazirliyi tərəfindən «Genetik cəhətdən modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə dair daxili tədbirlər» nəşr olunmuşdur. «Daxili tədbirlər» müəyyən edir ki, xarici ixracatçılar ÇXR-in Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı GMO-nun təhlükəsizliyinin idarə edilməsi üzrə ofisinə ərizə verməklə, kənd təsərrüfatı GMO-larının idxalı üçün təhlükəsizlik sertifikatı ala bilərlər. «Daxili tədbirlərdə» göstərilir ki, ərizənin verilməsi və onun təqdir edilməsi arasındakı 270 gün ərzində kənd təsərrüfatı GMO-ları ilə normal ticarətə zəmanət vermək üçün xarici ixracatçılar təhlükəsizlik sertifikatı almaq üçün verilmiş ərizənin və öz ölkəsində və ya üçüncü ölkələrdə səlahiyyətli orqanlardan aldığı həqiqi sənədlər əsasında «daxili sertifikatlardan» istifadə edə bilərlər. Kənd Təsərrüfatı Nazirliyi «daxili sertifikatı» 30 gün ərzində verir. Lakin «Daxili tədbirlər» 20 dekabr 2002-ci ildən qüvvədən düşdü.


11 oktyabr 2002-ci ildə Kənd Təsərrüfatı Nazirliyi elan etdi ki, «Daxili tədbirlərin» yerinə yetirilməsi 20 sentyabr 2003-cü ilə kimi uzadılır, 8 aprel 2002-ci ildə isə ÇXR-in Səhiyyə Nazirliyi elan etdi ki, 1 iyul 2002-ci ildə qüvvəyə minmiş «Genetik cəhətdən modifikasiya olunmuş məhsulların (GMM) gigiyenası ilə bağlı tədbirlər» GMO «Tədbirləri»nə müvafiq olaraq onların istehsalına və ya idxalına qədər tədqiq edilməli və Səhiyyə Nazirliyinin icazəsini almalıdır.

  1. Daxili bazara işləyən sənayenin xarici komponentlərdən və materiallardan asılılığının azaldılması tədbirləri. Çin reforma dövrü də daxil olmaqla, müharibədən sonrakı bütün tarixi boyu, özünün elmi-texniki potensialına və onun kompleks inkişafına söykənən aydın təzahür edən siyasət yürüdür. NİOKR-in milli işləmələri və nəticələri tətbiq edilərkən şübhəsiz ki, üstünlüyə malik olur: dövlət maşınının bütün inzibati və informasiya gücü buna yönəldilmişdir. Müvafiq satınalmaların yerli istehsalçılardan alınmasını məcbur edən çoxsaylı sərəncamlar hələ də qüvvədədir. Ölkənin elmi-texniki potensialının inkişafı iri və həddən ziyadə iri milli şirkətlərin yaradılmasını stimullaşdırır ki, bunlar da idxalın əvəzini verir.

Elmi-texniki və sənaye potensialının çatışmayan həlqələri bütün məlum yollarla, o cümlədən beynəlxalq qaydalarla «təqdir edilməyən» yollarla yerini tutur. Bu götürmələrdə yüksək texnologiyaların istehsalı ilə bağlı sahələrə xarici investisiyaların qoyulmasının alqışlanması, xarici aləmlə əlaqələr sahəsində texnologiyaların milli istehsalçıları üçün imtiyazların verilməsi, xaricdən mütəxəssislərin cəlb edilməsi və i.a. müəyyən rol oynamışdır.


Yüksək texnologiyaların inkişafı və istifadəsi zonasında güzəştli vergi rejimi qoyulmuşdur. Məsələn, Xarbində müəssisələr akkreditasiya tarixindən başlayaraq, 3 il ərzində əlavə dəyər vergisindən tam azad edilmişlər, sonrakı 3 il ərzində isə onun 50%-ni, yəni 8.5%-i miqdarında ödəyirlər. Texnologiyaların təkmilləşdiriciləri üçün cihaz və avadanlıqların idxalı da rüsumdan azad edilmişdir.


q) Ölkədə getdikcə qüvvətlənən milli maşınqayırma sənayesinin ardıcıl olaraq müdafiəsi siyasəti yeridilir. ÇXR-də aparılan sənayenin üçüncü siyahıya alınmasının (1995-ci il) göstəricilərinə görə, ölkə özünü istehsal vasitələri ilə tam təmin etmək iqtidarındadır. Xarici investorlara və milli istehsalçılara əvvəllərdə olduğu kimi, Çin avadanlığının alınması tövsiyə olunur, özü də Çin analoqlarının olmaması üzündən xaricdən avadanlığın idxal edilməsi alqışlanan sahələrin dairəsi getdikcə daralır.

Çində dövlət satınalmaları (Tenderlərin keçirilməsi haqqında ÇXR qanunu) həyata keçirilərkən tenderlərin keçirilməsindən geniş istifadə olunur. ÇXR-də gerçəkləşdirilməsi planlaşdırılan irimiqyaslı layihələr haqqında informasiya, habelə onların gerçəkləşdirilməsi ilə bağlı tenderlərdə iştirak şərtləri haqqında göstəricilər səlahiyyətli Çin şirkəti «China Bidding Ltd» tərəfindən İnternet şəbəkəsində pullu əsaslarla yerləşdirilir. Şirkətin www.chinabidding.com.cn saytında beynəlxalq maliyyə təşkilatları və ya hökumət tərəfindən maliyyələşdirilən hökumət və yerli infrastruktur layihələri, konsaltinq xidmətləri haqqında məlumatlar yerləşdirilir. Arxivdə təxminən 15 min elan vardır, hər gün isə 300-dək yeni elanlar çıxır.

Daxili bazarda işçi qüvvəsinin çox olduğu nəzərə alınaraq, Çin Hökuməti tikinti xidmətlərinin idxalını deyil, ixracını alqışlayır, bunda iştirak edən tikinti təşkilatlarına kreditlər və preferensiyalar verilir. Buna baxmayaraq, ÜTT-yə daxil olarkən Çin daxil olduqdan 3 il sonra xarici müəssisələrə, müəyyən məhdudiyyətlərlə, Çində öz tikinti şirkətlərini yaratmağa icazə verəcəyi öhdəliyini götürmüşdür. Xarici vətəndaşlara aşağıdakı obyektlərin tikintisinin podratında iştirak etməyə icazə verilir:

  • Tam xarici kapital sayəsində tikilən, yaxud xarici maliyyə dəstəyi göstərilən;

  • Beynəlxalq maliyyə təşkilatlarının köməyi ilə, habelə tender yolu ilə kreditlər üzrə razılaşma əsasında tikilən;

  • Xarici investisiyalar bərabər və ya 50% çox olan birgə layihələr;

  • Xarici investisiyalar 50%-dən az olan, lakin Çin tikinti şirkətləri onu müstəqil olaraq tikmək iqtidarında olmadıqları birgə layihələr;

  • Çin tərəfi kapital yatırır, lakin müstəqil olaraq işi yerinə yetirmək iqtidarında olmur; onda əyalətin hakimiyyətinin razılığı ilə tikintini həyata keçirmək üçün birgə müəssisənin yaradılmasına icazə verilir.

Bununla da Çin mədəni və volyuntar metodlardan effektiv istifadə etməklə yerli istehsalçını müdafiə edir.

ARGENTİNADA DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


Argentinada dövlət ehtiyacları üçün malların satınalınması haqqında milli qanunvericilik ilə təsdiq olunmuş qanun mövcud deyildir. Təcrübədən göründüyü kimi, belə satınalmalar nazirlik, əyalət, şəhər və rayon icra hakimiyyətləri səviyyəsində həyata keçirilir. Hər bir səviyyədə istər tənzimləyici, istərsə də tövsiyəedici xarakter daşıyan normativ aktlar, təlimatlar və metodik tövsiyələr qarışığı fəaliyyət göstərir. [4].


Bir qayda olaraq, dövlət ehtiyacları üçün mallar, əgər belə mallar Argentinada istehsal edilmirsə, xaricdən idxal olunur. Ölkədə istehsal olunmayan mallara idxal rüsumu ya qoyulmur, ya da çox cüzi miqdarda qoyulur. Əgər milli iqtisadiyyatın, infrastrukturun inkişafı və təxirə salınmayan sosial məsələlərin həlli üçün böyük əhəmiyyəti olan malların satınalınması həyata keçirilirsə, ixracatçı gömrük rüsumlarından azad edilməsi məsələsinin həlli üçün hökumətə müraciət edə bilər.

Satınalmanı həyata keçirən təşkilatın daxili reqlamentindən və lazımi malların miqdarından asılı olaraq tender elan edilə bilər. Belə hallarda tenderin keçirilməsinə 1-2 ay qalmış rəsmi bülletenlərdə və ya KİV-lərdə müvafiq informasiya dərc olunur. tenderin keçirilməsinin şərtləri hər bir konkret halda müəyyən edilir. Alverdə iştirak etmək istəyən hər bir şəxs müvafiq materiallarla tanış olmaq imkanına malikdir, lakin oferent qismində çıxış edərkən, tender sənədlərini almalıdır. Özü də sənədlərin dəyəri satınalmaların həcmindən asılı olaraq 1 mindən 20 min ABŞ dollarınadək tərəddüd edə bilər. Sənədlərin qiymətinin belə yüksək olması, xırda müəssisə və firmaları alverdə iştirak etməkdən məhrum edir və potensial zəif firmaları alverdən çıxarır. Müsabiqə sənədlərinin Argentinada pullu olması, bir növ, spesifik vergi rolunu oynayır. Tender sənədləri ispan dilində təqdim olunur. Sənədlərin poçtla Avropaya çatdırılması 7 gün çəkir. Bununla əlaqədar olaraq, Avropa şirkətləri tender alverində yaxşı nəticələrlə iştirak etmək imkanı qazanmaq üçün yüksək çeviklik göstərməlidirlər ki, tenderin keçirilməsinin müəyyən edilmiş müddətlərinə özlərini yetirə bilsinlər. Deməli, Argentinanın dövlət satınalmaları bazarının xarici iştirakçısı «tender sənədlərinə ödədiyi vergidən» başqa, hələ vaxt səddini də keçməlidir ki, bu da daha bir vergiyə bərabərdir.


Milli qanunvericilikdə dövlət ehtiyacları üçün satınalmaların həyata keçirilməsi müddəası olmadığına görə, bu sahədə milli istehsalçılara üstünlük verilmir. Bununla belə, tender alverlərinin keçirilməsi reqlamentinə (Hökumət dekreti №908/2000) müvafiq olaraq Argentinada belə bir müddəa qüvvədədir ki, əgər Argentina rezidentinin layihə dəyərinin göstəricisi xarici rezidentin analoji göstəricisindən 5-10% yüksəkdirsə, tenderdə üstünlük yerli təsərrüfat subyektinə verilir. Təcrübənin göstərdiyi kimi, xarici şirkətlər müstəsna hallarda tenderin qalibi olurlar. Burada söhbət yerli təsərrüfat subyektlərinin müstəqil olaraq həyata keçirə bilmədikləri mürəkkəb texnoloji layihələrdən gedir.


İdxal edilən mallara milli rejimin tətbiq olunduğu hallar zamanı olduğu kimi, ölkənin, əyalətin, şəhərin və ya rayonun iqtisadiyyatı, infrastrukturu üçün böyük əhəmiyyəti olan konkret malların satınalınması həyata keçirildikdə, müvafiq Argentina təşkilatı vergiyə cəlbedilmə üzrə imtiyazların verilməsi üçün yuxarı instansiyaya müraciət etmək hüququna malikdir.



BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


BƏƏ-də dövlət ehtiyacları üçün malların təchizi tenderində iştirak federal «Dövlət ehtiyacları üçün tenderlər haqqında» (Public Tenders Law) 1975-ci il tarixli 16№-li qanunu ilə tənzimlənir [4]. Qanunda kiçik sahibkarlıq subyektləri üçün xüsusi şərtlər nəzərdə tutulmur, bununla əlaqədar olaraq dövlət satınalmalarının yerli iştirakçılarının hüquq və öhdəlikləri fərqlənmir.

BƏƏ-nin tender qanunvericiliyinin mühüm xüsusiyyətlərindən biri xarici şirkətlərin tenderdə iştirak hüququnun yalnız BƏƏ-nin milli subyekti, yerli şirkət-agenti, yaxud yerli subyektin payı 51%-dən az olmayan birgə müəssisə tərəfindən təqdim edilmiş olduqda əldə etməsidir. Bu müddəa silahlı qüvvələr üçün bəzi təchizatlara və habelə xarici istehsalçının bilavasitə hökumət strukturları ilə razılığın əldə edilməsi ilə «nadir ixtisas sahəsinə aid» malları birbaşa təchiz etdiyi hallara şamil edilmir. Əgər tenderlərin yerli hökumətlərə aidiyyəti olursa, onda iştirakçılara qarşı əlavə tələblər, məsələn, subyektin bu əmirliyin müvafiq iqtisadi departamentində və ticarət palatasında qeydiyyata alınması kimi tələblər qüvvəyə minir.



ASİYA ÖLKƏLƏRİNDƏ DÖVLƏT SATINALMALARININ TƏŞKİLİ


İnkişaf edən ölkələrin milli sənayesinin təşəkkülü inkişaf etmiş bir çox ölkələrin XXI əsrdə öz sənayelərini yaratdıqları və qoruduqları şəraitdən köklü surətdə fərqlənən bir şəraitdə baş verir. Bu, onunla bağlıdır ki, cavan sənaye beynəlxalq əmək bölgüsündə böyük iştirakı nəzərə alınmaqla yaradılmış və yaradılır. Bununla əlaqədar və bunun üçün tətbiq olunan proteksionizm tipi özünün aşağıdakı fərqli cəhətlərinə malikdir:


1. seçimlilik


2. avtomatik təsirə malik ənənəvi vasitələrə (gömrük rüsumları) əlavə olaraq inzibati tənzimlənmənin geniş mexanizmi.


Asiya ölkələrinin gənc milli sənayesinin ən geniş yayılmış mühafizə silahlarından biri–advalor gömrük rüsumlarıdır. Bununla yanaşı, mühafizənin strukturu seçimlilik xarakteri daşıyır və bilavasitə iqtisadiyyatın inkişafı və xarici ticarət planları ilə əlaqələndirilir, idxal siyasəti də elə buna xidmət edir. Belə ki, mühafizə tədbirləri, hər şeydən əvvəl, artıq yaradılmış və ya yeni yaradılan, habelə milli panlar çərçivəsində yaradılması nəzərdə tutulan sənaye sahələri üçün öncədən əlverişli iqtisadi iqlim şəraiti yaratmaq məqsədilə tətbiq olunur və dəstəklənir.


Tailandda sənaye üçün lazım olan istehsal vasitələri və xammal, bir qayda olaraq, gömrük rüsumu alınmadan gətirilir və hətta sahibkarlığa qoyulan daxili vergidən də azad olunur. Özü də milli iqtisadiyyat üçün vacibliyindən asılı olaraq iki prioritet qrup müəyyən edilmişdir: A qrupu (qara metallurgiya, qalay, sink, volfram, kaustik soda, gübrələr sənayesi) və B qrupu (maşınqayırma məmulatlarının yığımı, dəzgahların istehsalı, gəmiqayırma, kağız sənayesi). Hər iki qrup rüsumların ödənilməsindən azad edilirlər: birinci halda 100% və ikinci halda 50%.


Filippində, hər şeydən əvvəl, ərzaq, gübrə istehsalını, tekstil və şüşə istehsalını, tikiş maşınları, soyuducular və kondisionerlərin istehsalını qoruyurlar. Əgər idxal malları yerli istehsal malları ilə rəqabətə girə bilmirsə, inflyasiya ilə mübarizə aparmaq məqsədilə tariflər götürülür. Prioritet kimi tanınmış sahələrə göndərilən mallar müəssisə işləməyə başladığı ilk üç il üçün 100%, dördüncü il üçün 75% və beşinci il üçün 50% idxal rüsumlarından və kompensasiya yığımlarından azad olunur. Bu imtiyazlar bir şərtlə verilir ki, ölkədə kifayət qədər və rəqabətedici qiymətlərlə analoji yerli mallar mövcud olmamış olsun.

Gömrük imtiyazları bazasında müəyyən milli sənaye sahələri yaratmış Asiyanın bir çox inkişaf edən ölkələri, tələbatı yerli mallara yönəltmək məqsədilə analoji idxal məhsullarına yüksək gömrük rüsumları 41 qoyurlar.

Belə ki, bir vaxtlar Hindistanda bəzi maşın növlərinə, çuğun, polad və avtomobillərə gömrük rüsumları qaldırılmışdı. Pakistanda, İndoneziyada, İranda və Filippində də buna oxşar praktika həyata keçirilir.

Hal-hazırda Asiya ölkələrində idxal mallarının qitələşdirmə və lisenziyalaşdırılma kimi qeyri-tarif səddləri geniş vüsət almışdır, bunlar idxal mallarının daxili bazara ya ciddi müəyyən edilmiş həddlərdə (qitələr, kvotalar), ya da xarici ticarət hakimiyyətinin icazəsi (bəzən hər bir əqd üzrə fərdi olaraq) ilə (lisenziyalaşdırma) daxil olmasına icazə verir. Belə ki, Tailandda malın idxalı üçün lisenziya həmin mal daxili sənayeni qorumaq məqsədilə ölkəyə idxalı qadağan edildiyi təqdirdə tələb olunur. Lisenziyalar İqtisadiyyat Nazirliyinin xarici ticarət departamenti tərəfindən verilir, özü də onun qüvvədə olma müddəti idxal rayonlarından asılı olaraq fərqlənir: Qərb yarımkürəsi ölkələri, Avstraliya, Okeaniya və Avropa üçün– verildiyi gündən etibarən altı ay; qalan ölkə və ərazilər üçün – dörd ay. İdxal üçün uzun müddət tələb olunan malların lisenziyasının vaxtı uzadıla bilər.

Qeyri-tarif səddlərinin daha bir kateqoriyası idxal əqdlərinin maliyyə məqamlarına əsaslanır, bunlar da, ilk növbədə, qiymətlər və ödəniş şərtləridir. Qüvvədə olma xarakterinə görə onlar diskret, yaxud daimi ola bilər. Belə ki, Asiya ölkələrində geniş yayılmış tədbirlərdən biri–yerli bazarda mal ixracatçıları firmalarının qazanclarını dondurmaqdır. Bu tədbir əsasən «görünməyən əməliyyatlar» üçün ödəniş zamanı tətbiq olunur. Məsələn, Hindistanda, Pakistanda və bir sıra digər ölkələrdə xarici filmlərin yayımından əldə olunan qazancın bir hissəsi dondurulur və yalnız idxalçı ölkənin daxilində sərf olunmasına icazə verilir. Hindistanda dondurulan bu pay 75% təşkil edir. Beləliklə, bəzi Asiya ölkələri idxalçı ölkənin daxilində əldə edilmiş gəlirlərin təkrar ixracına kəmiyyət məhdudiyyəti (kvota) qoymaq kimi qeyri-ənənəvi alətlərdən istifadə edirlər.

İnkişaf edən Asiya ölkələrində belə tez-tez baş verən milli valyutaların devalvasiyası da idxalı bahalaşdıran maliyyə xarakterli özünəməxsus qeyri-tarif səddi kimi qiymətləndirilə bilər. Ödəniş balansının stabilləşdirilməsi və idxalın məhdudlaşdırılması vasitəsi kimi buna bir çox ölkələr, məsələn İndoneziya, Filippin və Cənubi Koreya xüsusilə çox əl atırlar.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az