Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


Şikayət vermə qaydaları

Qanunun 55-ci "Şikayət vermək hüququ" nun müddəaları yalnız malgöndərən (podratçı) təşkilatlara şamil edilir. Qanunda şikayətvermə hüququnun təsir dairəsində subpodratçı nəzərdə tutulmur. Bu məhdudiyyətin mənası ondadır ki, satınalma prosedurları zamanı subpodratçılar tərəfindən  çoxsaylı pozuntulara yol verərək, dövlət satınalmalarının səmərəliliyi və qənaətliliyi prinsipi pozulmasın. 
Satınalma metodunun seçilməsi, satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması və satınalan təşkilatın bütün tender təkliflərini, ofertaları və ya kotirovkaları rədd etmək  qərarından malgöndərən (podratçılar) şikayət verə bilməzlər.
Qanunun  56-jı "Satınalan təşkilata və ya təsdiq edən orqana şikayət" maddəsinə uyğun olaraq satınalma müqaviləsi qüvvəyə minənə qədər, 15 gün ərzində şikayət yazılı şəkildə satınalan təşkilatın (ona aidiyyəti vardırsa) rəhbərinə verilir. Həmin müddət keçdikdən sonra verilən şikayətə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri  baxmır. Əgər şikayətdə göstərilənlər malgöndərən (podratçı) ilə satınalan təşkilat arasında qarşılıqlı razılaşma yolu ilə aradan qaldırıla bilinmirsə, satınalan təşkilatın (və ya təsdiq edən orqanın) rəhbəri həmin şikayətin verildiyi vaxtdan 20 bank günü ərzində yazılı qərar çıxarır, qərarda onun səbəbləri əsaslandırılır və şikayət tam və ya qismən təmin edilirsə, vəziyyətin düzəldilməsi üçün görüləjək tədbirlər göstərilir. Əks təqdirdə  göstərilən müddət ərzində qərar çıxarılmırsa, şikayəti vermiş malgöndərən (podratçı və ya satınalan təşkilat) bundan dərhal sonra inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ qazanır.
Şikayətin  Satınalan təşkilat tərəfindən baxılması qaydasının tətbiq edilməsinin məqsədi  Satınalan təşkilatın rəhbərinə ixtiyar verilir ki, hər hansı bir səbəbdən düzgün olmayan hərəkət, qərar və prosedur pozuntuları baş verərsə, onları düzəldə bilsin. Bu yanaşmanın tətbiqi daha yüksək orqanlara verilən şikayətlər zamanı qarşıya çıxan çətinlikləri, süründürməcilikləri, məhkəmələrdəki gecikdirmələri aradan qaldırmaq üçün, elə birinci mərhələdə tərəflərin özlərinin məsələni həll etmələrinə şərait yaradır.
    Şikayətin təsdiq edən orqana verilməsinin əsas məqsədi ondadır ki, şikayət  Satınalan təşkilatın hərəkətindən, tender komissiyasınını qeyri obyektivliyindən edilir. Belə şikayət, satınalma barədə müqavilə qüvvəyə minməmiş verilir. Müqavilə qüvvəyə mindikdən sonra  Satınalan təşkilatın və təsdiq edən orqanın rəhbərinin sonra  Satınalan təşkilatın və təsdiq edən orqanın rəhbərinin düzəlişlər aparmaq imkanları olduqça məhdud olur.  Satınalan təşkilatın rəhbəri və ya təsdiq edən orqan satınalmalar haqqında müqavilə qüvvəyə mindikdən sonra şikayətə baxmağa məjbur edə bilməz.  Satınalan təşkilatdan tələb etmək olar ki, satınalma proseduruna yenidən baxaraq, onları satınalmalar üzrə qanunvericiliyə satınalmalar barədə normativ aktlara və yaxud başqa hüquqi normalara uyqunlaşdırsın.
Bu maddəyə müvafiq olaraq nəzərdə tutulan şikayətvermə prosedurları şikayətlərin vaxtında baxılmasına yönəldilmişdir.
    Əgər şikayətlərə qısa müddətdə baxmaq mümkün deyilsə, bu prosedurlar əsaslandırılmadan inzibati qaydada və yaxud yuxarı orqan, məhkəmə qaydasında şikayət verilməsini gecikdirə bilməz.
    Qanunun 57-ci "İnzibati qaydada şikayət vermə" maddəsinə uyğun satınalma  müqaviləsinin qüvvəyə minməsi səbəbindən şikayət 56-jı maddəyə uyğun  verilə bilməzsə və ya şikayətə həmin maddəyə uyğun baxıla bilməzsə, satınalma  müqaviləsinin qüvvəyə minməsi səbəbindən  Satınalan təşkilatın rəhbəri şikayətə baxmırsa və ya onun çıxardığı qərar nətijəsində, malgöndərən (podratçı) zərərə düşdüyünü iddia edirsə  inzibati qaydada şikayət verilə bilər.  
Müvafiq ijra hakimiyyəti orqanı şikayəti aldıqdan sonra dərhal bu barədə  Satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərir. Əgər  şikayət rədd olunmursa aşağıda göstərilən  hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə edir:
-    şikayətin predmetinə aid məsələləri tənzimləyən hüquq normalarını və ya prinsiplərini müəyyənləşdirmək;
-  Satınalan təşkilata qanunsuz hərəkətlər etməyi,  qanunsuz qərarlar qəbul etməyi və ya qanunsuz prosedurlar tətbiq etməyi qadağan etmək;
- qanunsuz hərəkətlər etmiş, qanunsuz  prosedurlar tətbiq etmiş, qanunsuz qərarlar qəbul etmiş  Satınalan təşkilatı qanunvericiliyin tələblərinə riayət etməyi tövsiyyə  etmək;
-  Satınalan təşkilatın qanunsuz  hərəkətini dayandırmaq, qanunsuz qərarını tam  və ya qismən ləğv etmək;
-  Satınalan təşkilatın qanunsuz  qərarına yenidən baxmaqı təklif etmək;
- kompensasiya ödənilməsi barədə iddia qaldırmaq;
- satınalma prosedurlarına xitam verilməsi barədə təkliflər vermək vermək.
    Müvafiq ijra hakimiyyəti orqanı baxılan şikayət üzrə 20 bank günü ərzində  yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini göstərir.
 Qanunun  58-ci  maddəsinə əsasən bu  Qanunun  56  və  57-jı  maddələrinə   uyğun şikayət verildikdən dərhal sonra  Satınalan təşkilatın və ya müvafiq ijra hakimiyyəti orqanının rəhbəri satın alma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərir və onların maraqlarına toxunan məqamlarla bağlı şikayət etmək hüququ vardır. Qərarın bir nüsxəsi qərar çıxarılmasından 3 bank günü keçənədək şikayəti vermiş malgöndərənə (podratçıya),  Satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına   göndərilir.
Qanunun 59-ju "Satın alma prosedurlarının dayandırılması" maddəsinə əsasən vaxtında verilən şikayət əsaslı olduqda, şikayətin araşdırılması məqsədilə satınalma proseduru 7 bank günü müddətinə dayandırılır və müddət ən çoxu 15 bank  gününədək uzada bilər.
Satınalma prosedurlarının dayandırılması qaydasının məqsədi ondadır ki, şikayət vermiş malgöndərən (podratçı) təşkilatın hüquqları əsas qərar, yəni müqavilə bağlanması proseduru barədə qərar qəbul edilməzdən əvvəl qoruna bilsin.   Əks halda, satınalma prosedurunu dayandırmadan şikayətvermiş podratçı təşkilatın vaxtı çatmayajaq ki, lazımi müvəqqəti tədbirlərin görülməsini tələb  etsin.
Malgöndərən (podratçı) üçün çox vacibdir ki, satın alma proseduruna qarşı qaldırılmış iddia təmin olunana qədər satınalma üzrə müqavilə qüvvəyə minməsin. Əgər, müvafiq qərar qəbul etmək üçün və müvəqqəti qərar qəbul etdirmək üçün müəyyən sübutların təqdim edilməsi lazım gələrsə, müəyyən işlərin görülməsi və eyni zamanda şikayətverilmiş müqavilənin qüvvəyə minməsinin qarşısını almaq üçün podratçının vaxtı kifayət etməz.
Satınalma prosedurlarının müəyyən müddətə avtomatik dayandırılması verilmiş şikayətlərin aşağı səviyyələrdə həll olmasına səbəb olar və yaranmış mübahisələrin məhkəmə orqanlarının müdaxiləsi olmadan daha qənaətlə və effektiv həll edilməsinə şərait yaradır.
Bununla yanaşı satınalma proseslərinin avtomatik dayandırılması prosesinin bir sıra çatışmayan jəhətləri də vardır. Belə ki, avtomatik dayandırılmalar zamanı  Satınalan təşkiları satınalma prosedurunun uzadılmasına gətirib çıxara bilən risklə qarşılaşdıra bilər.
Satınalma prosedurunun dayandırılması ona yönəldilmişdir ki, şikayətvermiş podratçı təşkilatın hüquqları vaxtında qorunsun, eyni zamanda lüzumsuz gecikmələr və fasilələr olmadan  Satınalan təşkilatların satınalma prosedurunun nətijələri barədə,qənaətli və səmərəli müqavilələr bağlana bilsin.
Odur ki, satınalma prosedurunun dayandırılmasının neqativ nətijələrini azaltmaq  məqsədilə yuxarıda qeyd edildiyi kimi nəzərdə tutulan sadə prosedurdan istifadə edilir ki, buda ilkin mərhələdə prosedurun qısa müddətli, yəni, satınalmaların 7 gün müddətinə dayandırılmasını nəzərdə tutur.
Bu qasa müddətli ilkin mərhələdə satınalmalar prosesinin dayandırılması proseduru  Satınalan təşkilata və ya digər şikayətə baxan inzibati orqana imkan verir ki, şikayətin mahiyyətini qiymətləndirsin, ilkin dayandırılmanın müddətinin uzadılması yaxud uzadılmaması və ya prosesin araşdırılmasından daşınma barədə  müəyyən qərar qəbul etsin.
Qanunun 60-jı "Məhkəmə qaydasında şikayət" maddəsinin müddəalarına əsasən şikayətlərə  məhkəmə qaydasında baxıla bilər.
Satınalmalar haqda normativ aktlara və maddəyə müvafiq olaraq şikayətvermə prosedurunun aparılmasına dair müfəssəl normalar da əlavə edilə bilər (məsələn, satınalma prosesində iştirak edən, lakin şikayətvermədə tərəf kimi hesab edilmədən, şikayət verən podratçının sübutların təqdim edilməsi; şikayətvermə prosedurunun aparılmTası qaydaları; qaydaların düzəldilməsi tədbirlərin qəbul edilməsini  Satınalan təşkilatın adından onun rəhbəri və yaxud təsdiq edici orqanın rəhbəri tələb edə bilər).
Bu maddənin məqsədi ondadır ki, məhkəmə yolu ilə şikayətvermə prosedurunu ya məhdudlaşdırsın, ya da tamam ləğv etsin. Məhkəmə qaydasında şikayətvermənin prosedur və başqa aspektləri, hüquqi müdafiə vasitələri də daxil olmaqla qanunvericiliklə tənzimlənir.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az