Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 



Ucarda istehlakçı hüquqlarına dair maarifləndirmə tədbiri və treninq keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə 2018-ci ildə ilk konfrans və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün treninq yanvarın 19-da Ucarda keçirilib. 

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda təşkil olunan tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçılarına məlumat verilib ki, ötən il istehlakçıların maarifləndirilməsi məqsədi ilə Bakıda və regionlarda 13 konfrans və dəyirmi masa keçirilib. Bununla yanaşı, 560 mindən artıq elektron ünvana ticarət qaydalarına əməl olunması ilə bağlı 10 maarifləndirici məlumat göndərilib. İstehlakçıların maarifləndirilməsi məqsədilə istehlakçı hüquqlarına dair 18 adda 32 mindən artıq buklet, 6 adda 3 minə qədər yaddaş kitabçası çap olunaraq paylanılıb. Bundan başqa, istehlakçıların maarifləndirilməsi məqsədilə gündəlik istehlakda geniş istifadə olunan məhsulların istehlak xassələri və istehlakçıların nələrə diqqət etməli olduqları məsələlərlə bağlı 54 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb.

Rayonun aidiyyəti dövlət orqanlarının, sahibkarlıq subyektlərinin, ictimai təşkilatların və 130-a yaxın istehlakçının iştirak etdiyi tədbirdə istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.

Həmin gün həmçinin Ucarda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda treninq keçirilib. Treninqdə Dövlət Xidmətinin əməkdaşları iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.




Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün növbəti təlim kursu keçirilmişdir

Dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, satınalan təşkilatların mütəxəssislərinin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların mütəxəssisləri üçün təlim kursu  təşkil olunmuşdur.   

Dekabrın 26-da keçirilən təlim kursunda ASC-nin dövlət satınalmalarına cəlb olunan 60-a yaxın mütəxəssisi iştirak etmişdir. Tədbirdə iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.





Mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün növbəti təlim kursu keçirilmişdir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün dekabrın 21-də növbəti təlim kursu keçirilmişdir.  

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunmuş budəfəki tədbirdə Səhiyyə Nazirliyinin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların dövlət satınalmalarına cəlb olunan 50-dən artıq mütəxəssisi iştirak etmişdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda keçirilən təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.




Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədilə təlim kursları davam etdirilir

Yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan maarifləndirmə tədbirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda növbəti təlim kursu 13 dekabr tarixində keçilmişdir.     

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi daşıyan tədbirlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu dəfəki təlimlərdə 40-ə yaxın şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişdir.



, Sonrakı xəbərlər


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az