Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 



İstehlakçıların maarifləndirilməsi tədbirləri davam etdirilir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə aprelin 14-də Zərdabda  maarifləndirici konfrans keçirilib. “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri, inzibati məsuliyyət tədbirləri və s. barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.





Bakı Musiqi Akademiyasında istehlakçı hüquqlarına dair seminar keçirilib

İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. Ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti belə tədbir martın 29-da Bakı Musiqi Akademiyasında  keçirilib. 

“İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib. Tədbirdə istehlakçıların hüquqlarının qorunması sahəsində maarifləndirmənin təşkili, bu sahədə istehlakçıların biliklərinin artırılmasının zəruriliyi barədə ətraflı müzakirələr aparılıb, iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib.
Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara müxtəlif maarifləndirici  materiallar paylanıb.




15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür

"Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır!"
mövzusunda dəyirmi masa keçirilib

Bu gün Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. 1983-cü ildən etibarən hər il qeyd olunan bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də qeyd edilir.
Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə martın 15-də "Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır!" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə işlərin daha da gücləndirildiyini vurğulayıb. İstehlakçı hüquqlarının qorunmasının ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu qeyd edən Zahid İsayev bu istiqamətdə Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, Dövlət Xidməti tərəfindən maarifləndirmə, təbliğat-təşviqat tədbirləri çərçivəsində kompleks işlərin həyata keçirilməsinin davam etdirildiyini vurğulayıb.
Tədbirdə bildirilib ki, istehlak bazarında satılan malların, görülən iş və göstərilən xidmətlərin keyfiyyət və təhlükəsizliyi ilə bağlı bir sıra müsbət dəyişikliklər müşahidə olunur. Aparılan maarifləndirmə tədbirlərinin nəticəsi olaraq istehlakçı hüquqlarının müdafiəsində ictimai nəzarətin rolu əhəmiyyətli dərəcədə artıb.
Dəyirmi masada həmçinin, yerli və beynəlxalq ictimai təşkilatların nümayəndələri və sahibkarlar istehlakçı hüquqlarının qorunması sahəsində görülən işlər, bu sahədə sahibkarların vəzifələri barədə məlumat verib, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması istiqamətində müxtəlif təkliflər səsləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.




Qobustanda konfrans və seminar keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı, aidiyyəti dövlət orqanlarının, sahibkarların, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə martın 3-də Qobustanda maarifləndirici konfrans keçirilib.

"Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik, istehlakçıların bilməli olduğu vacib məsələlər, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri, inzibati məsuliyyət tədbirləri və s. barədə ətraflı məlumat verib, sualları cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.
Həmin gün həmçinin, Qobustan rayonunda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda seminar təşkil edilib. Tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb. 



Əvvəlki xəbərlər, Sonrakı xəbərlər


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az