Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 



Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər üçün növbəti təlim kursu keçirilmişdir

Dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, satınalan təşkilatların mütəxəssislərinin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların mütəxəssisləri üçün təlim kursu  təşkil olunmuşdur.   

Dekabrın 26-da keçirilən təlim kursunda ASC-nin dövlət satınalmalarına cəlb olunan 60-a yaxın mütəxəssisi iştirak etmişdir. Tədbirdə iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.





Mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün növbəti təlim kursu keçirilmişdir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün dekabrın 21-də növbəti təlim kursu keçirilmişdir.  

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunmuş budəfəki tədbirdə Səhiyyə Nazirliyinin Aparatının müvafiq bölmələrinin, strukturlarına daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların dövlət satınalmalarına cəlb olunan 50-dən artıq mütəxəssisi iştirak etmişdir.
“Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda keçirilən təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.




Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədilə təlim kursları davam etdirilir

Yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan maarifləndirmə tədbirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda növbəti təlim kursu 13 dekabr tarixində keçilmişdir.     

Dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi daşıyan tədbirlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu dəfəki təlimlərdə 40-ə yaxın şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirak etmişdir.




Yerli icra hakimiyyəti orqanları üçün “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda təlim kursları keçirilmişdir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə yerli icra hakimiyyəti orqanlarının aparatının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlim kursları başlanıb. Təlim kurslarının təşkilində məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasından ibarətdir.    

Dekabrın 7-də “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda keçirilən tədbirdə respublikanın 40-ə yaxın şəhər və rayon icra hakimiyyətinin nümayəndələri iştirakı edib.
Tədbirdə dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin və nəzəri biliklərinin artırılması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlimlər davam etdiriləcək.




Əvvəlki xəbərlər, Sonrakı xəbərlər


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az