Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Satınalma planları

Satınalan Təşkilatın Adı
Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərc maddəsinin kodu və adı Xərc maddəsi üzrə ayrılmış məbləğ (manat) Xərc maddəsinin maliyyələşmə mənbəyi
Xərc maddəsi üzrə həyata keçiriləcək satınalmanın predmeti Planlaşdırılan satınalmanın rüblər üzrə tarixi (ay göstərilməklə)
Rüb 1 Rüb 2 Rüb 3 Rüb 4
Qeyd
AR Prezidenti yanında Elmin İnkişafı Fondu
251200 - maliyyə təşkilatları üzrə ödəmələr 2432500 Dövlət büdcəsi vəsaiti
Elmin İnkişafı Fondunun qalib qrant layihələri çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitlərin (elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlərin və s.), iş və xidmətlərin satınalınması
ilboyu ilboyu ilboyu ilboyu
İl boyu müxtəlif vaxtlarda 10-dək müsabiqə keçirildiyindən (müsabiqə elanı, sənədlərin qəbulu, texniki və elmi ekspertiza işi, qaliblərin təsdiqi, müqavilələrin bağlanılması və Ədliyyə nazirliyində qeydiyyatı, maliyyələşdirilmə və s. kimi işlər yerinə yetirilir), bu müsabiqələr çərçivəsində hansı xarakterli və maliyyə həcmli layihənin və neçə layihənin qalib gələcəyini, konkret olaraq isə hansı cihaz, avadanlıq, qurğuların, iş və xidmətlərin satınalınmasını (bunlar layihə rəhbəri və icraçıları tərəfindən müəyyənləşdirilir) bir il və ya bir neçə ay qabaqdan müəyyənləşdirmək mümkün deyildir. Bu səbəbdən, həmçinin Fondun fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, qrantlar üzrə planlaşdırılan satınalmalar haqqında ümumi məlumat verilir. Elmin İnkişafı Fondunun Nizamnaməsinin 5.8. maddəsinə əsasən "Maddi formada verilən bütün qrantların dəyəri Fond üçün maliyyə ili ərzində dövlət büdcəsindən ayrılmış ümumi məbləğin 35 faizindən artıq ola bilməz". 2015-ci ildə qrantlar üçün nəzərdə tutulan 6950000 manatın 35%-i 2432500 manat təşkil edir və bu məbləğ çərçivəsində elmi məqsədlər üçün tələb olunan əsas vəsaitlərin (elmi cihazlar, avadanlıq və qurğular, elmi fəaliyyət üçün məmulatlar, ləvazimat və qeyri-maddi aktivlərin və s.), iş və xidmətlərin satınalınması planlaşdırılır. Qeyd olunmalıdır ki, müəyyən satınalmalar 5 min manatdan aşağı ola bilər və birbaşa müqavilə əsasında reallaşdırıla bilər. Bu səbəbdən, il ərzində cəmi son satınalma məbləği göstərilən məbləğdən az ola bilər. Nəzərə alınmalıdır ki, Elmin İnkişafı Fondunun bütün xərcləri (Fondun saxlanılması və qrant layihələrinin maliyyələşdirilməsi) bir xərc maddəsi 251200 üzrə formalaşır.
251200 - maliyyə təşkilatları üzrə ödəmələr 118000 Dövlət büdcəsi vəsaiti
Elmin İnkişafı Fondu üçün yeni rəsmi internet səhifəsinin yaradılması
yanvar-mart
Elmin İnkişafı Fondu üçün ən müasir tələblərə cavab verən və yeni texnologiyalardan istifadə olunmaqla əsas fəaliyyətin tələblərini tam ödəyən, elektron-hökümət tələblərinə uyğun gələn yeni rəsmi internet səhifəsinin yaradılması nəzərdə tutulur
Elmin İnkişafı Fondu üçün “Qrant Layihələrinin Elektron İdarəetmə Sistemi”nin yaradılması
yanvar-mart
Elmin İnkişafı Fondu üçün ən müasir tələblərə cavab verən və yeni texnologiyalardan istifadə olunmaqla əsas fəaliyyətin tələblərini tam ödəyən, elektron-hökümət və elektron-sənəd dövriyyəsinin tələblərinə və beynəlxalq standartlara uyğun gələn, qrant iddiaçılarının, elmi ekspertlərin və Fondun icraçı direksiyasının fəaliyyətini virtual şəkildə əlaqələndirən “Qrant Layihələrinin Elektron İdarəetmə Sistemi”nin yaradılması nəzərdə tutulur.
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az