Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2007

2 mart 2008-ci ildə
«Respublika» qəzetində dərc olunmuşdur.

2007-ci il ərzində Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən
keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT

Satınalmalar üzrə Dövlət Agentliyi, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsinin müddəalarına əsaslanaraq 2007-ci il ərzində dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması istiqamətində öz fəaliyyətini gücləndirmiş və keçirilən müsabiqələrdə ədalətli rəqabətin təmin olunması üçün müvafıq tədbirləri həyata keçirmişdir.
Dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması üzrə müsabiqələrin qanunvericiliyin tələblərinə uyğun təşkili və keçirilməsində satınalan təşkilatlara metodiki köməklik göstərmək məqsədi ilə müvafıq təlimatlar hazırlanmış və onların tətbiqində satınalmalara cəlb olunan mütəxəssislərə ətraflı izahatlar verilmişdir.
Təlimatlarda dövlət satınalmaları mexanizmlərinin təkmilləşdirilməsi, müsabiqələrin şərtləri və qalibin müəyyənləşdirilməsi üçün qiymətləndirmə sistemi öz əksini tapmışdır.
Belə ki, dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçılar tərəfindən təqdim olunan təkliflərin müqayisəsinin kəmiyyətlə qiymətləndirilən meyarlar və onların nisbi qiymətləri əsasında aparılması nəzərdə tutulmuş, bu məqsədlə «bal» sistemi tətbiq olunmasına dair metodiki təlimatlar hazırlanmışdır. Bu da dövlət satınalmalarında subyektiv halların qarşısını almaqla yanaşı müsabiqələrin ədalətli rəqabət və şəffaflıq şəraitində keçirilməsinə imkan yaratmışdır.
Dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədləri geniş yaymaq, həmin sənədlərə dair ətraflı izahatlar vermək və satınalmaların təşkilində yaranan çətinlikləri aradan qaldırmaq üçün Satınalmalar üzrə Dövlət Agentliyi, fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. Bu məqsədlə nazirlik, komitə, idarə və dövlət təşkilatlarının, eyni zamanda respublikanın bütün rayon və şəhərlərinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün seminarlar və təlim-məşq kursları təşkil olunmuşdur.
Bununla yanaşı, 2007-ci ildə Respublikanm 16 şəhər və rayonunda 5 günlük seminar və məşğələlər keçirilmiş, həmin seminarlarda 840 nəfərə qədər mütəxəssis iştirak etmiş, iştirakçılar nəzəri və praktiki məlumatlarla yanaşı dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərlə təmin olunmuşlar.
Respublikada dövlət satınalmaları üzrə keçirilən müsabiqələrə yerli sahibkarları, o cümlədən kiçik və orta sahibkarhq subyektlərini geniş cəlb etmək, onlara tender təkliflərinin qanunvenricilik tələblərinə uyğun hazırlanmasına dair ətraflı izahatlar vermək məqsədi ilə Dövlət Agentliyi Sahibkarlar Konfederasiyası ilə birlikdə sahibkarlar üçün «Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) satın alınmasının təşkili və keçirilməsi» mövzusunda seminar keçirmişdir.
Seminarlarda qaldırılan məsələlər Dövlət Agentliyi tərəfındən təhlil olunur, «İqtisadiyyat və həyat» jurnalında və digər mətbuat orqanlarında mütəmadi olaraq, dövlət satınalmalarının təşkili və keçirilməsində vacib olan məsələlər üzrə məruzələr çap olunur.
Satınalmalar üzrə Dövlət Agentliyində, dövlət satınalmalarmda qanunvericilik tələblərinin gücləndirilməsi, hesabatların vaxtında tərtib edilib təhlil olunması məqsədi ilə dövlət satınalmaları sahəsində yaradılmış monitorinq sistemi təkmilləşdirilmiş və bununla əlaqədar Dövlət Agentliyində yerli kompyüter şəbəkəsi genişləndirilmişdir.
Dövlət satınalmaları haqqında məlumatları ictimaiyyətə mütəmadi olaraq vaxtında çatdınlmasını təmin etmək məqsədi ilə Dövlət Agentliyinin www.tender.gov.az internet səhifəsində Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi baza üç dildə (azərbaycan, rus və ingilis) yerləşdirilmişdir. Həmin internet səhifəsində, tenderlər haqqında elanlarla, Dövlət Agentliyi tərəfındən keçirilən seminarlar və dövlət satınalmalarına dair dərc olunmuş materiallarla tanış olmaqa imkan yaradılmışdır.
Satınalmalar üzrə Dövlət Agentliyi, hal-hazırda digər dövlətlərin təcrübəsini öyrənərək, Dünya Bankının tövsiyələri əsasında respublikada dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə rəqabəti artırmaq və subyektiv halların qarşısını almaq məqsədi ilə elektron dövlət satınalmaları sisteminin hazırlanması istiqamətində işlər aparılmışdır. Elektron dövlət satınalmaları sistemi Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində yerləşdirilmişdir. Satınalan təşkilatlar həmin saytdan istifadə edə bilərlər.
«Dövlət satınalmaları haqqında» Qanunun tətbiqində əldə olunmuş təcrübəni ümumiləşdirilərək qəbul olunmuş qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədi ilə onun müddəalarma dair təkliflər hazırlanıb, rəyin alınması üçün aidiyyatı təşkilatlara təqdim olunmuşdur.
Həmin təkliflərdə Qanunun tətbiq dairəsində «bələdiyyələrin» nəzərdə tutulması, dövlət satınalmalarında korrupsiya hallarının qarşısını almaq məqsədi ilə satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, kiçik və orta sahibkarlıq subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi, şikayətlərin baxılması ilə əlaqədar müddəalar öz əksini tapmışdır.
Dövlət satınalmaları üzrə tenderlərin təşkili və keçirilməsi ilə əlaqədar iddiaçılar tərəfindən 15 şikayət məktubu daxıl olmuşdur. Həmin şikayət məktublarında insan hüquqlarının pozulması halları aşkar olunmamışdır. Şikayətlər əsasən tender prosedurlarının təşkili və keçirilməsi ilə əlaqəli olmuş, bu da Dövlət Agentliyi tərəfındən «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun VIII fəslinin tələblərinə uyğun araşdırılmış, müsabiqələrin obyektiv şəraitdə aparılması və nöqsanların aradan qaldırılması üçün satınalan təşkilatlara müvafıq tövsiyyələr verilmiş və lazımi metodiki köməkliklər göstərilmişdir. Araşdırmaların nəticələri barədə şikayətçilər məlumatlandırılmışdır.
Görülən tədbirlər nəticəsində 2007-ci il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8312 satınalma həyata keçirilmişdir, buda 2006-cı ilin müvafıq dövrü ilə (5975) müqayisədə 28,12 faiz çoxdur. Bağlanan satınalma müqavilələrinin qiyməti 2.157.870,69 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (2.327.427,69 min manat) 169.557,0 min manatına və ya 7,29 faizinə qənaət edilmişdir. Qənaətin 160.828,35 min manatı və ya 94,85 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 8.728,65 min manatı və ya 5,15 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satmalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 6860 (ümumi sayın 82,53 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onlarm ümumi məbləği 115.877,14 min manat və ya keçirilən dövlət satınalmalarmm ümumi məbləğinin (2.160.870,69 min manat) cəmi 5,36 faizini təşkil etmişdir. Dövlət büdcəsinin vəsaitihesabına aparılan satınalmalarda 6.265 müsabiqə, o cümlədən kotirovka sorğusu üsulu ilə 5.386 müsabiqə həyata keçirilmişdir. Satınalma prosedurlarmda tender predmetinin ehtimal olunan qiyməti 1.361.022,67 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 86.909,85 min manatına və ya 6,39 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirlmiş satınalmalarda ehtimal olunan qiymət 1.274.373,26 min manat, qənaət 85.856,54 min manat və ya 6,74 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 86.649,41 min manat, qənaət isə 1.053,31 min manat və ya 1,22 faiz təşkil etmişdir, o cümlədən:
Nazirlik, komitə, dövlət müəssisə və təşkilatlar üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3.455 satınalma müsabiqəsində, 1.206.961,88 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 83.513,49 min manatına və ya 6,92 faizinə;
Respublikanın şəhər və rayonlarmın (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfmdən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 2.810 satınalma müsabiqələrində 154.060,79 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 3.396,36 min manatına və ya 2,2 faizinə qənaət edilmişdir.
Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə Institutları (Bankları) tərəfindən ayrılmış kredit vəsaitləri hesabına 26 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 255.631,63 min manat kredit vəsaitinin 9.248,94 min manatına və ya 3,62 faizinə qənaət olunmuşdur.
Dövlət müəssisə və təşkilatların xüsusi vəsaitləri hesabına 2.021 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 710.773,39 minmanat məbləğində ehtimal olunan qiymətinin, 73.398,21 min manatına və ya 10,33 faizinə qənaət olunmuşdur. O cümlədən, kotirovka sorğusu üsulu ilə həyata keçirilmiş 1.464 müsabiqədə satınalma predmetinin ehtimal olunan qiyməti 37.816,58 min manat məbləğində müəyyənləşdirilərək, 7.669,98 min manatına və ya 20,28 faiz qənaət olunmuşdur.
Respublikada aparılan islahatlar nəticəsində dövlət satınalmalarında yerli istehsalçıların kiçik və orta sahibkarlar qismində iştirakı ildən ilə artır. Dövlətin ərzaq məhsullarına olan tələbatı 1998-ci ildə 30 faiz yerli istehsalçılar tərəfindən təmin olunurdusa, 2007-cı ildə bu göstərici 90 faizə qədər çatdırılmış və orta hesabla 54.000,0 min manat təşkil etmişdir. Ət və süd məhsulları, un məmulatları, tərəvəz (kartof, soğan və s.), təbii meyvə şirələri və digər meyvə-tərəvəz məhsulları əvvəlki illərdə əsasən xaricdən satın alındığı halda, hazırda onların əksəriyyəti respublikada istehsal olunur. Respublikanın güc strukturlarının əşya əmlakına olan tələbatı üzrə satınalmalarda yerli sahibkarlarm payı 70 faizdən 95 faizə qədər artmış və orta hesabla 32 milyon manat təşkil etmişdir. Dövlət təşkilatlarmda bərk və yumşaq inventarların, digər avadanhqların satın alınmasının 60 faizə qədəri və ya 21 milyon manat məbləğində yerli müəssisələr tərəfmdən təmin olunur, bu da əvvəlki illərə nisbətən 2 dəfə çoxdur.
Aparılan təhlillər göstərir ki, respublikada dövlət satınalmalarının təqribən 19 faizi kiçik və orta sahibkarlar tərəfindən təmin edilir. Respublikada dövlət tərəfindən aparılan tikinti, təmir-bərpa işlərinin isə çox hissəsi yerli şirkətlər tərəfındən yerinə yetirilir. Bu da yerli istehsalın inkişafına təsir edən amillərdən biridir. Bununla yanaşı qeyd etmək lazımdır ki, dövlət ehtiyacları üzrə vacib olan müəyyən malların respublika daxilində istehsalının mümkün olduğuna baxmayaraq, həmin məhsullar xaricdən idxal olunur. Belə ki, ət konservasına dövlətin illik tələbatı 2000 - 2500 ton və ya orta hesabla onun dəyəri 6,5 milyon manat məbləğində olduğuna və həmin məhsulun strateji əhəmiyyət kəsb etdiyinə baxmayaraq, onun istehsalı respublikada təşkil olunmamışdır.
Müəyyən növ balıq və balıq konservalarına illik tələbat 3000-3200 ton orta hesabla onların dəyəri 4,7 milyon manat, 82%-li kərə yağı və bəzi bitki yağlarma olan illik tələbat 2200-2600 ton, orta hesabla onların dəyəri 5,3 milyon manat təşkil etmişdir. Həmin mallara olan tələbatm ödənilməsinə orta hesabla 10 milyon manata qədər, ət konservasma olan tələbat ilə birlikdə 16,5 milyon manat dövlət vəsaiti xərclənir.
Qeyd olunan məhsulların istehsalının ölkə daxilində təşkili ümumdaxili məhsulun artması ilə yanaşı Azərbaycan Respublikasının tədiyyə balansına və valyuta ehtiyatlarının vəziyyətinə müsbət təsir göstərə bilər.
ümumilikdə 2007-ci il ərzində dövlət vəsaitləri hesabına malların satınalınması 663.744,11 min manat və ya 30,8 faiz, işlərin satınalınması 1.424.853,71 min manat və ya 65,2 faiz və xidmətlərin satınalınması 69.272,25 min manat və ya 3,2 faiz təşkil etmişdir.
2007-ci il ərzində dövlət vəsaiti hesabına 103.546,3 min manat məbləğində ərzaq məhsulları, o cümlədən: 20.868,6 min manat məbləğində çörək, un və un məmulatları, 9.122,9 min manat məbləğində yarmalar, 23.032,7 min manat məbləğində ət və ət konservləri, 8.763,1 min manat balıq və balıq konservləri, 11.041.3 min manat məbləğində kərə və bitki yağları, 11.232,7 min manat məbləğində süd və süd məhsulları, 11.350,1 min manat məbləğində tərəvəz, 12.671,9 min manat məbləğində digər ərzaq məhsulları alınmışdır. Əşya-əmlak, yumşaq və bərk inventarlar 145.568,7 min manat məbləğində, bunlardan 56.798,8 min manat məbləğində geyim, 11.695,8 min manat məbləğində yumşaq inventar, yataq dəstləri, 26.486,5 min manat məbləğində bərk inventarlar, 59.820,5 min manat məbləğində digər əşya əmlakları, bundan əlavə 20.238,0 min manat məbləğində dəftərxana ləvazimatları, təsərrüfat malları, 37.918,4 min manat məbləğində dərman preparatları, 8.013,9 min manat məbləğində sarğı ləvazimatları, rentgen plyonkaları, 48.286,0 min manat məbləğində tibbi avadanlıqlar, 137.253,0 min manat məbləğində digər avadanlıqlar, 6.392,61 min manat məbləğində maşın-mexanizmlər, 94.870,4 min manat məbləğində ehtiyat hissələri, 46.270,5 min manat məbləğində digər mal-materiallar, 11.383,6 min manat məbləğində nəqliyyat vasitələri alınmış, 858.045,9 min manat məbləğində əsaslı tikinti, 402.753,1 min manat məbləğində əsaslı təmir, təmir-tikinti, bərpa, 96.635,3 min manat məbləğində cari təmir, 30.576,7 min manat məbləğində abadlıq, 23.307,6 min manat məbləğində yollarm tikintisi və təmiri, 107,8 min manat məbləğində körpülərin, yol keçidlərinin tikintisi və təmiri, 11.589,6 min manat məbləğində layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçirilmiş, 39.749.4 min manat məbləğində məsləhət xidmətləri və 28.863,4 min manat məbləğində texniki xidmətlər göstərilmişdir.
Respublikanm nazirlik, komitə və digər təşkilatları üzrə keçirilmiş tenderlərin nəticələri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir.

Azərbaycan Respublikasının müəssisə və təşkilatlarında 2007-ci il ərzində keçirilmiş satınalmalar üzrə ayrılmış dövlət vəsaitlərindən əldə edilmiş iqtisadi səmərəliliyə dair

HESABAT

Satınalmaları keçirən təşkilatın və satınalma predmetinin adları

Keçirilmiş
satın
almaların

sayı

Satınalınan malların
(işlərin və xidmətlərin)
ehtimal olunan
qiyməti
(min AZN)

Bağlan-
mış

müqav-
ilənin
ümıımi məbləği
(min AZN)

Qənaətin
məbləği
(min AZN)

ümumi
məbləğə
görə (faiz)

1
2
3 4 5 6 7
I
Bütün maliyyələşmə mənbələri hesabına keçirilmiş satınalmalar:
8312 2327427,69 2157870,69 169557 7,29
Büdcədən ayrılan vəsaitlər hesabına keçirilmiş satınalmalar üzrə :
6265 1361022,67 1274112,82 86909,85 6,39
Nazirlər Kabineti yanında Dasınmaz Əmlakın Dövlət Reyestri Xidməti iizrə:
18 1827,77 1604,09 223,68 12,24
Nazirlər Kabineti yanında "Içəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə: 22 521,46 512,13 9,33 1,79
Xarici işlər Nazirliyi üzrə: 6 9817,44 9370,44 447 4,55
Daxili Işlər Nazirliyi üzrə: 322 62063,67 59921,92 2141,75 3,45
Fövqaladə Hallar Nazirliyi üzrə: 293 38734,89 37380,74 1354,15 3,50
Milli Təhlükəsizlik Nazirliyi üzrə: 15 1137,16 1109,29 27,87 2,45
Müdafıə Nazirliyi üzrə: 97 143273,67 126217,72 17055,95 11,90
Müdafiə Sənayesi Nazirliyi üzrə: 45 2155,34 2126,2 29,14 1,35
Dövlət Sərhəd Xidməti 119 55388,91 50152,4 5236,51 9,45
Ədliyyə Nazirliyi üzrə: 124 31720,82 29390,82 2330 7,35
Maliyyə Nazirliyi üzrə: 55 4559,14 2481,67 2077,47 45,57
Vergilər Nazirliyi üzrə: 34 619,9 606,27 13,63 2,20
Iqtisadi Inkişaf Nazirliyi üzrə: 51 3412,7 3148,13 264,57 7,75
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə: 219 70175,7 66109,03 4066,67 5,79
Kənd Təsərrüfatı Nazirliyi üzrə: 116 4996,75 4830,6 166,15 3,33
Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC üzrə 135 54313,39 50609,77 3703,62 6,82
Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə: 163 7797,65 7745,35 52,3 0,67
Mədəniyyət və Turizm Nazirliyi üzrə: 98 26582,16 26386,75 195,41 0,74
Təhsil Nazirliyi üzrə: 307 77503,43 73230,37 4273,06 5,51
Səhiyyə Nazirliyi üzrə: 343 98329,5 95399,6 2929,9 2,98
Gənclər və Idman Nazirliyi üzrə: 47 21117,9 20804,25 313,65 1,49
Sənaye və Energetika Nazirliyi üzrə: 37 1048,26 984,03 64,23 6,13
Nəqliyyat Nazirliyi üzrə: 84 7449,51 6907,31 542,2 7,28
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə: 3 96,2 94,27 1,93 2,01
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə: 12 704,94 694,47 10,47 1,49
Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi üzrə: 16 1288,02 1246,77 41,25 3,20
Dövlət Statistika Komitəsi üzrə: 16 781,39 761,93 19,46 2,49
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi üzrə: 3 325,7 325,29 0,41 0,13
Ailə, Qadın və Uşaq Problemhri üzrə Dövlət Komitəsi üzrə: 3 52 50,55 1,45 2,79
Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası üzrə: 9 193,4 193,22 0,18 0,09
Milli Arxiv İdarəsi üzrə: 11 315,81 313,82 1,99 0,63
Ictimai Televiziya və Radio Yayımları Şirkəti üzrə: 45 4862,86 4614,65 248,21 5,10
Respublikanın Baş Pvokurovluğu üzrə: 1 595,75 564 31,75 5,33
Məcburi Köçkünlərin Sosial Inkişaf Fondu 15 5573,64 5304,94 268,7 4,82
Milli Elmləv Akademiyası üzrə: 236 13592,16 13456,92 135,24 0,99
Azərbaycan Dövlət Teleqraf Agentliyi üzrə: 1 60,72 60,25 0,47 0,78
Müəllif Hüquqları Agentliyi üzrə: 3 22,99 22,99 - -
Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi üzrə: 17 30945,31 27003,91 3941,4 12,74
Könüllü Həvbi Vətənpərvəvlik Texniki Idman Cəmiyyətinin Respublika Şurası üzrə: 1 158,55 148,87 9,68 6,11
Hesablama Palatası üzrə: 15 4020,93 3440,3 580,63 14,44
Ali Attestasiya Komissiyası üzrə: 8 24,04 23,97 0,07 0,29
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə: 44 652,25 585,28 66,97 10,27
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üzrə: 1 90 85,08 4,92 5,47
Mərkəzi Seçki Komissiyası üzrə: 2 26102,09 26095,32 6,77 0,03
«Azərsu» Səhmdar Cəmiyyəti üzrə: 5 149976,4 146566,81 3409,59 2,27
"Aqvolizinq " ASC üzrə: 5 10922,83 10668,78 254,05 2,33
"Azəristiliktəchizat" ASC üzrə: 110 28695,41 28431,71 263,7 0,92
Bakı Metropoliteni üzrə 74 19376,47 16335,36 3041,11 15,69
Dövlət Dəniz Administrasiyası üzrə: 9 1422,29 1417,47 4,82 0,34
II Beynalxalq Maliyyə institutlarının ayırdığı kveditlərin xərclənməsi hesabına keçirilən satınalmalar üzrə: 26 255631,63 246382,69 9248,94 3,62
Ədliyyə Nazirliyi üzrə: 4 190 180,45 9,55 5,03
Rabitə və Informasiya Texnologiyaları Nazirliyi üzrə: 2 1161,33 631,29 530,04 45,64
Təhsil Sektorunun Inkişafı Layihəsi üzrə: 6 6937,34 6363,58 573,76 8,27
"Aqrolizinq " ASC üzrə: 7 69,8 68,99 0,81 1,16
Dövlət Neft Fondu üzrə: 2 1279,82 1199,93 79,89 6,24
"Azərenerji" ASC üzrə: 5 245993,34 237938,45 8054,89 3,27
III Xüsusi vəsaitlər hesabına keçirilmiş satınalmalar üzrə: 2021 710773,39 637375,18 73398,21 10,33
Daxili Işlər Nazirliyi üzrə: 84 3119,18 3061,65 57,53 1,84
Vergilər Nazirliyi üzrə: 53 11618,45 11491,53 126,92 1,09
Təhsil Nazirliyi üzrə: 105 8781,27 8520,04 261,23 2,97
Səhiyyə Nazirliyi üzrə: 98 18487,92 18379,86 108,06 0,58
Rabitə və Informasiya Texnologiyaları Nazirliyi üzrə: 91 39166,59 37358,36 1808,23 4,62
Azərbaycan Televiziya və Radio Verilişləri QSC üzrə: 1 12676,5 12661,42 15,08 0,12
Dövlət Gömrük Komitəsi üzrə: 88 37927,24 36026,55 1900,69 5,01
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üzrə: 18 355,52 333,14 22,38 6,30
Dövlət Sosial Miidafiə Fondu üzrə: 52 4830,98 3996,86 834,12 17,27
Dövlət Neft Şirkəti üzrə: 208 207909,77 177281,03 30628,74 14,73
Azərqaz QTSC üzrə: 145 62526,35 55925,3 6601,05 10,56
"Azərenerji" ASC üzrə: 624 128190,93 105158,33 23032,6 17,97
"EkolMühəndislik Xidmətləri" QSC üzrə: 1 87 86,27 0,73 73
«Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyəti üzrə: 4 2022,05 1962,89 59,16 2,93
"Azəri Drillinq Kompani" MMC 6 36141,4 31864,02 4277,38 11,84
«Azərkimya» Dövlət Şirkəti üzrə: 20 16280,4 14321,3 1959,1 12,03
«Azərbaycan Hava Yolları» Dövlət Konserni üzrə: 169 18243,91 18064,36 179,55 0,98
Milli Bank üzrə: 80 8395,07 7343,27 1051,8 12,53
Kapital Bank üzrə: 63 1776,12 1709,99 66,13 3,72
Azərbaycan Beynəlxalq Bankı üzrə: 2 527 527 - -
"Azərtunelmetrotikinti" SC üzrə: 1 380 379,4 0,6 0,16
"Aqrolizinq" ASC üzrə: 1 4,65 4,3 0,35 7,53
Azərlotereya ASC üzrə: 1 44,2 40,12 4,08 9,23
"Azərbaycan Alüminiumu " ASC üzrə: 104 7541,49 7158,36 383,13 5,08
"Azercell" Telecom BM üzrə: 1 83329,4 83321,83 7,57 0.01
Azərbaycan-Alman MM üzrə: 1 410 398 12 2,93

Aşağıdakı təşkilatlar dövlət satınalmaları barədə məlumatlar təqdim etməyib:
Dövlət Meliorasiya və Su Təsərrüfatı ASC-nin Siyəzən Suvarma Sistemləri İdarəsi, Sabirabad Suvarma Sismetləri İdarəsi, Tovuz Suvarma Sistemləri İdarəsi, Lerik Suvarma Sistemləri İdarəsi, Yardımlı Suvarma Sistəmləri İdarəsi, Neftçala Suvarma Sistemləriİdarəsi, Xanlar Suvarma Sistemləri İdarəsi
Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş rayon Mədəniyyət və Turizm şöbəsi, Tovuz rayon Mədəniyyət və Turizm şöbəsi, Beyləqan
rayon Mədəniyyət və Turizm şöbəsi, Şəmkir rayon Mədəniyyəl və Turizm şöbəsi,Yevlax rayon Mədəniyyət və Turizm şöbəsi.

Təhsil Nazirliyinin Yevlax rayon Təhsil şöbəsi.
Səhiyyə Nazirliyinin Ağsu Mərkəzi rayon Xəstaxanası, Yevlax Mərkəzi rayon Xəstəxanası.
Dövlət Neft Şirkətinin «Azneft» İB Təchizal İdarəsi, H. Əliyev adına Dərin Ozüllər zavodu, H. Əliyev adına Neft Emalı zavodu,
Azneftyağ Neft Emalı zavodu, Abşeron Neft Donanması İdarəsi, «Azneft» İB İxtisaslaşdırımış Texnika İdarəsi, «Bakı
Neftmədəncihaz» SC, «Neftqaztikinti» tresti, «Neftqaztikinü» trestinin 1№-li Quraşdırma, «Neftqaztikinti» tresti
2

Satınalmalar üzrə Dövlət Agentliyi


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az