Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2010

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2010-cu il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT

Satınalmalar üzrə Dövlət Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq 2010-cu il ərzində qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi sənədlərin hazırlanması, korrupsiyanın qarşısının alınması, elektron dövlət satınalmaları sisteminin yaradılması, dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması, beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafı istiqamətində öz fəaliyyətini gücləndirmiş və ədalətli rəqabətin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirmişdir.

Satınalmalar üzrə Dövlət Agеntliyi tərəfindən dövlət satınalmalarında səmərəliliyi artırmaq,satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və kеçirilməsində satınalan təşkilatların və yaradılan tеndеr kоmissiyalarının məsuliyyətini artırmaq, dövlət satınalmalarında еlеktrоn vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərin baхılmasında səmərəliliyi artırmaq məqsədi ilə «Dövlət satınalmaları щaqqında» Azərbaycan Rеspublikası Qanununun tətbiqində əldə оlunmuş təcrübəyə əsaslanaraq və digər ölkələrin qanunvеriciliyinin müsbət mехanizmlərini öyrənərək, o cümlədən bеynəlхalq qurumların - ABŞ Bеynəlхalq Inkişaf Agеntliyinin (USAID) və Dünya Bankının еkspеrtlərinin tövsiyələrini də nəzərə alaraq, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.

Agentlik tərəfindən dövlət satınalmaları sahəsində aparılmış təhlillər və fəaliyyət təcrübəsi əsasında gəldiyi qənaətlər nəticəsində standart tender sənədlərinin tətbiqinə ciddi ehtiyac duyulduğu müəyyən olunmuşdur. Bunu nəzərə alaraq Satınalmalar üzrə Dövlət Agentliyi USAİD mütəxəssisləri ilə birlikdə standart tender sənədlərinin tətbiqi istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir. “Malların satın alınması üzrə standart tender sənədləri”nin hazırlanması yekunlaşmış, satınalan təşkilatlar tərəfindən istifadə edilmək üçün Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi saytında yerləşdirilmiş, o cümlədən razılaşdırılaraq təsdiq olunması üçün 07.12.2010-cu il tarixli, İÇ/1710 saylı məktubla Nazirlər Kabinetinə təqdim olunmuşdur. Həmçinin, hazırda “İşlərin satın alınması üzrə standart tender sənədləri”nin hazırlanması üzərində iş aparılır.

Hazırda satınalan təşkilatlar tərəfindən dövlət satınalmalarının daha peşəkar həyata keçirməsi üçün Satınalmalar üzrə Dövlət Agentliyi USAİD mütəxəssisləri ilə birlikdə “Satınalma Bölmələrinin Yaradılması üçün Qaydalar” hazırlayır.

Satınalmalar üzrə Dövlət Agentliyi USAİD ilə birgə TİRSP Proyekti çərçivəsində dövlət satınalmaları vəzifəsi üzrə çalışan mütəxəssislər üçün dəyirmi masa təlimləri həyata keçirmişdir. Təlimlər 4 mövzu üzrə: - 3 avqust 2010-cu il tarixdə “Satınalma şöbələri üçün Standart Əməliyyatlar Proseduru” mövzusu üzrə, 4 avqust 2010-cu il tarixdə “Malların satın alınmasında Standart Tender Sənədləri” mövzusu üzrə, 5 avqust 2010-cu il tarixdə isə “İşlərin satın alınmasında Standart Tender Sənədləri” və “Məsləhət xidmətlərinin satın alınmasında Standart Tender Sənədləri” mövzuları üzrə həyata keçirilmişdir. Təlimlərdə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərsu” ASC və digər satınalan təşkilatların satınalmalarla bağlı, o cümlədən Qanunun tətbiqi və satınalma metodlarının seçilməsi barədə digər sualları tərəfimizdən cavablandırılmışdır ki, bütövlükdə bu tədbirlərin həyata keçirilməsi sayəsində satınalan təşkilatların satınalma mütəxəssisləri maarifləndirilmiş, onların peşəkarlıq səviyyəsi artmışdır.

İl ərzində Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri 110-dan çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermişlər.

Satınalmalar üzrə Dövlət Agеntliyi Azərbaycanda еlеktrоn щökümət layiщəsinin gеrçəkləşməsi məqsədilə Dünya Bankından Satınalmalar üzrə Aparıcı Mütəхəssis dəvət еtmişdir. Səfər 2010-cu ilin fеvral ayında həyata keçirilmiş və 12 fevral 2010-cu il tarixdə Dünya Bankı və Satınalmalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi tədbirdə mütəxəssis tərəfindən elektron satınalmalar və elektron satınalmaların tətbiqi sahəsində dünya təcrübəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.

Son illər dövlət satınalmalarının həcminin artmasına paralel olaraq Agentliyinə daxil olan sənədlərin də sayı artmışdır. Bu məsələni o cümlədən, elektron məlumat bazasının yaradılmasının e-satınalmalar sisteminin tərkib hissəsi olmasını nəzərə alaraq Agentlikdə daxili istifadə üçün elektron məlumat bazası yaradılaraq tətbiq olunmuşdur. Hazırda Agentliyə daxil olan yekun protokolları haqqında məlumatlar bu məlumat bazasına daxil edilir. Elektron məlumat bazasından istifadə satınalmalar barədə məlumatları daha operativ ümumiləşdirməyə, müxtəlif göstəricilər üzrə təsnifatlaşdırmağa və sistemləşdirməyə imkan verəcəkdir ki, bu da satınalmalar barədə informasiyaya çıxışı asanlaşdıracaqdır.

Tender elanlarının vahid portalda yerləşdirilməsinin həm statistika, həm nəzarət aspektindən vacib məsələ olduğunu və bütün iddiaçılara bir mənbədən informasiya almaq imkanı yaratdığını nəzərə alaraq Agentliyin yeni saytı fəaliyyətə başlamışdır. Artıq müsabiqələrlə bağlı elanların satınalan təşkilatların özləri tərəfindən Agentliyin rəsmi saytında yerləşdirilməsi mümkün olmuşdur. Bu da potensial iddiaçıların məlumatlandırılmasını genişləndirmiş, satınalmalarda iştirakçılığın və rəqabətin artmasına müsbət şərait yaratmışdır.

Elektron satınalmaların tətbiqinin ardıcıl 4 mərhələdə: - tender elanlarının vahid vebportalda dərc olunmasının təmin olunması, şərtlər toplusunun elektron formada rəsmi internet saytından əldə olunması, tender təkliflərinin elektron formada təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilir. Agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırmışdır. Hazırda ikinci mərhələnin tətbiqi üzrə müvafiq tədbirləri həyata keçirməkdədir. Standart tender sənədlərinin hazırlanması istiqamətində görülən işlər ikinci mərhələnin tərkib hissəsidir.

Agentlik ictimaiyyəti məlumatlandırma məsələsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə ötən il ərzində bir sıra tədbirlər həyata keçirmişdir. 12 fevral 2010-cu il tarixdə Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin Bakıda İş Birliyi məqsədi ilə Biznes İnkişafı üçün Tədbir keçirmişdir. Forumda 40-dan artıq sahibkar və əlaqədar dövlət qurumlarının nümayəndələri iştirak etmiş, tədbir kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Forum yerli sahibkarlarda xüsusi maraq doğurmuş, nəticədə sahibkarlar arasında beynəlxalq tenderlərdə iştiraka maraq artmışdır. Hazırda bu məqsədlə Agentlikdən dəstək istəyən şirkətlərin məktubları daxil olmaqdadır.

Bununla yanaşı, müxtəlif kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların, o cümlədən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin, “Turan” informasiya agentliyinin və “Neftçilərin hüquqlarının müdafiə komitəsi”nin, “Carçı” verilişində satınalmalarla bağlı sualları cavablandırılmış, “Qaynar xətt” xidməti də yaradılmış, Agentlik satınalmalar barədə informasiyanın yayılması məqsədilə satınalan təşkilatlar tərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçün müvafiq normativ hüquqi akt layihələrini hazırlayaraq müvafiq icra hakimiyyəti orqanlarına baxılmaq üçün təqdim etmişdir.

Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin nümayəndələri 29 iyun 2010-cu il tarixində Brussel şəhərində Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı-Azərbaycan Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitənin 9-cu iclasında, 16 iyul 2010-cu il tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Assosasiya sazişi üzrə danışıqların başlanmasına dair tədbirdə, 16-17 noyabr 2010 – cu il tarixlərində Brüssel şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində Dərin və Hərtərəfli Sərbəst Ticarət Sazişi ilə bağlı 4-cü ticarət və ticarət ilə əlaqəli tənzimləyici əməkdaşlıq üzrə (4th Panel on Trade and Trade related regulatory cooperation linked to DCFTAs) panelin icrası konfransında, Avropa İttifaqının (Aİ) TAİEX yardım aləti çərçivəsində 2010-cu ilin 29-30 noyabr tarixlərində Fransanın Paris şəhərində “Avropa Qonşuluq siyasətinə daxil olan ölkələrdə dövlət idarəetməsində islahatlar” mövzusunda konfransda iştirak etmişlər. Qeyd olunan tədbirlər nəticəsində Agentliyin nümayəndələri Avropanın dövlət satınalmaları sahəsində qabaqçıl nailiyyətləri, təcrübələri haqqında məlumatlar əldə etmişlər. Sadalanan tədbirlərdə əldə olunmuş bilik və təcrübələrdən dövlət satınalmalarının təkmilləşdirilməsi məqsədi ilə istifadə olunacaqdır.

Dövlət satınalmalarında kоrrupsiyanın qarşısının alınması, şəffaflıьın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə Satınalmalar üzrə Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində 2010-cu ildə satınalmaların birbaşa müqavilələr (207 sayda) və qısa müddət tələb еdən (11 sayda) satınalma müqavilə əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsasında aparılmasını tövsiyə etmişdir.

Ümumilikdə 2010-cu il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 10944 satınalma həyata keçirilmişdir. Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1.275.703,51 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (1.369.699,47 min manat) 93.995,95 min manatına və ya 6,86 faizinə qənaət edilmişdir. Qənaətin 87.006,87 min manatı və ya 92,56 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 6.989,08 min manatı və ya 7,44 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 9762 (ümumi sayın 89,2 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləьi 152.048,75 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1.275.703,51 min manat) cəmi 11,92 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 10004 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1.141.761,39 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1.084.766,71 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 56.994,68 min manatına və ya 4,99 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 997.556,96 min manat, qənaət 50.651,08 min manat və ya 5,08 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 144.204,43 min manat, qənaət isə 6.343,6 min manat və ya 4,4 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 6162 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 771.310,11 min manat təşkil etmiş və 820.618,5 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 49.308,39 min manatına və ya 6,01 faizinə qənaət edilmişdir.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3842 satınalma müsabiqələrində 321.142,89 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 7.686,29 min manatına və ya 2,39 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 23 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 90.883,45 min manat məbləğində vəsaitin 5.138,58 min manatına və ya 5,65 faizinə qənaət olunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 917 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 137.054,63 min manat məbləğində ehtimal olunan qiymətinin 31.862,7 min manatına və ya 23,25 faizinə qənaət olunmuşdur. 


Azərbaycan Respublikasının müəssisə və təşkilatları tərəfindən 2010-cu il ərzində keçirilmiş satınalmalar üzrə ayrılmış dövlət vəsaitlərindən əldə edilmiş iqtisadi səmərəliliyə dair

HESABAT

MinAZN


Satınalmaları keçirilən təşkilatın və

satınalma predmetinin adları

Keçirilmiş satınalmaların sayı

Satınalınan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti (min AZN)

Bağlanmış müqavilənin ümumi məbləği (min AZN)

Qənaətin məbləği (min AZN)

Ümumi məbləğə qörə (faiz)

1

2

3

4

5

6

7

I

Bütün maliyyələşmə mənbələri hesabına keçirilmiş satınalmalar:

10944

1369699.47

1275703.51

93995.95

6.86


Dövlət büdçəsindən ayrılan vəsaitlər hesabına keçirilmiş satınalmalar üzrə:

10004

1141761.39

1084766.71

56994.68

4.99

 

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti üzrə:

1

72.25

67.45

4.8

6.64

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Azərbaycan" Nəşriyyatı üzrə:

1

340

329.74

10.26

3.02

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi üzrə:

25

324.25

314.18

10.07

3.11

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası üzrə:

8

39.73

39.62

0.11

0.28

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu üzrə:

6

157.6

154.63

2.97

1.88

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası üzrə:

9

202.5

196.2

6.3

3.11

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurasının Katibliyi üzrə:

7

44.5

43.88

0.62

1.39

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiyası üzrə:

5

16.04

15.72

0.32

2.00

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası üzrə:

9

78.71

74.65

4.06

5.16

 

Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası üzrə:

6

29.14

29.01

0.13

0.45

 

Milli Məclis üzrə:

2

47.97

47.97

 

Nazirlər Kabineti üzrə:

1

6.9

6.9

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası üzrə:

12

124.47

105.74

18.73

15.05

 

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi üzrə:

101

5130.2

4913.65

216.55

4.22

 

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi üzrə:

10

1401.53

1388.26

13.27

0.95

 

Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti üzrə:

3

35.2

34.85

0.35

0.99

 

Milli Təhlükəsizlik Nazirliyi üzrə:

8

355.66

341.01

14.65

4.12

 

Daxili İşlər Nazirliyi üzrə:

140

22966.2

22191.11

775.09

3.37

 

Fövqəladə Hallar Nazirliyi üzrə:

171

2849.29

2806.68

42.61

1.50

 

Müdafiə Nazirliyi üzrə:

206

75975.91

59187.68

16788.23

22.10

 

Müdafiə Sənayesi Nazirliyi üzrə:

21

210.28

204.16

6.12

2.91

 

Dövlət Sərhəd Xidməti üzrə:

135

19367.44

15811.43

3556.01

18.36

 

Ədliyyə Nazirliyi üzrə:

126

24806.64

24523.08

283.56

1.14

 

Baş Prokurorluq üzrə:

2

1288.35

1163.9

124.45

9.66

 

Maliyyə Nazirliyi üzrə:

92

7018.71

6928.06

90.65

1.29

 

Vergilər Nazirliyi üzrə:

34

3574.73

3528.2

46.53

1.30

 

İqtisadi İnkişaf Nazirliyi üzrə:

69

1910.32

1770.68

139.64

7.31

 

Xarici İşlər Nazirliyi üzrə:

3

12334.16

12130

204.16

1.66

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

179

76726.96

73896.84

2830.12

3.69

 

Kənd Təsərrüfatı Nazirliyi üzrə:

227

11412.4

10225.13

1187.27

10.40

 

Meliorasiya və Su Təsərrüfatı ASC üzrə:

54

42191.44

38880.93

3310.51

7.85

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə:

214

14040.32

13506.27

534.05

3.80

 

Mədəniyyət və Turizm Nazirliyi üzrə:

467

17612.7

17118.21

494.49

2.81

 

Təhsil Nazirliyi üzrə:

1757

75019.82

71148.2

3871.62

5.16

 

Səhiyyə Nazirliyi üzrə:

503

250043.95

243531.44

6512.51

2.6

 

Gənclər və İdman Nazirliyi üzrə:

126

2849.71

2745.19

104.52

3.67

 

Sənaye və Energetika Nazirliyi üzrə:

36

2871.34

2824.42

46.92

1.63

 

Nəqliyyat Nazirliyi üzrə:

22

835.4

825.67

9.73

1.16

 

Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi üzrə:

18

316.91

313.55

3.36

1.06

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə:

8

2841.23

2142.76

698.47

24.58

 

Diasporla İş üzrə Dövlət Komitəsi üzrə:

11

181.9

178.7

3.2

1.76

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə:

6

1538.59

1262.79

275.8

17.93

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzrə:

37

2856.71

2722.66

134.05

4.69

 

Dövlət Statistika Komitəsi üzrə:

20

2567.23

2513.69

53.54

2.09

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə:

6

51.68

50.7

0.98

1.9

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə:

9

216.47

213.55

2.92

1.35

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə:

11

257.96

228.38

29.58

11.47

 

Dövlət Gömrük Komitəsi üzrə:

4

39.74

38.34

1.4

3.52

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə:

23

489.54

485.22

4.32

0.88

 

İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə:

33

4879.8

4511.02

368.78

7.56

 

Dövlət Neft Fondu üzrə:

1

361.31

150.54

210.77

58.33

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu üzrə:

12

297.62

282.15

15.47

5.20

 

Milli Elmlər Akademiyası üzrə:

596

16307.31

15843.61

463.7

2.84

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

27

5564.44

5250.97

313.47

5.63

 

AzərTAC Azərbaycan Dövlət Teleqraf Agentliyi üzrə:

6

73

71.97

1.03

1.41

 

Müəllif Hüquqları Agentliyi üzrə:

3

13.4

13.39

0.01

0.07

 

Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi üzrə:

14

13834.55

13740.62

93.93

0.68

 

Dövlət Sosial Müdafiə Fondu üzrə:

64

3220.6

2989.36

231.24

7.18

 

Hesablama Palatası üzrə:

14

174.57

152.43

22.14

12.68

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə:

29

672.13

640.93

31.2

4.64

 

"Aqrolizinq" ASC üzrə:

33

60015.41

58285.07

1730.34

2.88

 

"Təmiz şəhər" ASC üzrə:

47

5521.7

4319.08

1202.62

21.78

 

"Azərbaycan İnvestisiya Şirkəti" ASC

11

124.7

59.47

65.23

52.31

 

"Azəristiliktəchizat" ASC

25

12829.96

12525.21

304.75

2.38

 

Azərenerji” ASC üzrə:

94

2455.7

2333.78

121.92

4.96

 

"Azərbaycan Qızıl Aypara" Cəmiyyəti

2

57.1

57.1

 

Ali Məhkəmə üzrə:

17

359.5

346.35

13.15

3.66

 

Bakı Metropoliteni üzrə:

132

6602.36

4996.39

1605.97

24.32

 

Dövlət Mülki Aviasiya Administrasiyası üzrə:

5

96.43

95.9

0.53

0.55

 

Dövlət Dəniz Administrasiyası üzrə:

17

550.69

531.93

18.76

3.41

 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə:

3

53.6

52.98

0.62

1.16

 

Milli Arxiv İdarəsi üzrə:

5

670.11

650.67

19.44

2.90

 

Milli Televiziya və Radio Şurası üzrə:

7

102.07

99.55

2.52

2.47

 

İnsan hüquqları üzrə müvəkkillik OMBUDSMAN üzrə:

10

64.26

63.28

0.98

1.53

 

Azərbaycan Yazıçılar Birliyi üzrə:

4

45.5

45.28

0.22

0.48


Bakı şəhəri üzrə:

169

132631.09

129690.96

2940.13

2.22


Sumqayıt şəhəri üzrə:

100

8828.78

8626.86

201.92

2.29


Gəncə şəhəri üzrə:

41

13914.6

13793.9

120.66

0.87


Şirvan şəhəri üzrə:

83

3018.87

2903.39

115.48

3.83


Mingəçevir şəhəri üzrə:

61

10717.13

10657.83

59.3

0.55


Cəlilabad rayonu üzrə:

95

3134.9

3076.2

58.7

1.87


Biləsuvar rayonu üzrə:

79

1795.17

1748.6

46.57

2.59


Masallı rayonu üzrə:

58

2115.92

2078.47

37.45

1.77


Şəki rayonu üzrə:

151

5330.97

5068.39

262.58

4.93


Balakən rayonu üzrə:

87

2057.04

1949.09

107.95

5.25


Oğuz rayonu üzrə:

129

1749.96

1618.75

131.21

7.50


Göyçay rayonu üzrə:

52

2998.33

2842.77

155.56

5.19


Ucar rayonu üzrə:

65

1413.02

1390.67

22.35

1.58


Ağdaş rayonu üzrə:

62

3167.13

3026.98

140.15

4.43


Şamaxı rayonu üzrə:

57

3266.51

3248.45

18.06

0.55


Qusar rayonu üzrə:

50

3250.64

3212.23

38.41

1.18


Xaçmaz rayonu üzrə:

36

6017.33

5778.5

238.83

3.97


Quba rayonu üzrə:

42

3091.37

3002.25

89.12

2.88


Lənkəran rayonu üzrə:

76

3641.06

3581.94

59.12

1.62


Astara rayonu üzrə:

71

5847.22

5833.09

14.13

0.24


Siyəzən rayonu üzrə:

30

1098.55

1077.56

20.99

1.91


Şabran rayonu üzrə:

35

2931.67

2893.12

38.55

1.31


Hacıqabul rayonu üzrə:

37

2448.5

2373.97

74.53

3.04


Cəbrayıl rayonu üzrə:

31

324.45

312.84

11.61

3.58


Qobustan rayonu üzrə:

42

940.45

907.92

32.53

3.46


Şuşa rayonu üzrə:

8

230.95

227.42

3.53

1.53


Kürdəmir rayonu üzrə:

97

3046.58

2965.17

81.41

2.67


Salyan rayonu üzrə:

85

4144.13

3985.89

158.24

3.82


Göygöl rayonu üzrə:

55

1870.68

1823.94

46.74

2.50


Ağcabədi rayonu üzrə:

69

4732.42

4558.37

174.05

3.68


İsmayıllı rayonu üzrə:

80

6629.69

6580.15

49.54

0.75


Qax rayonu üzrə:

146

4494.23

4411.24

82.99

1.85


Sabirabad rayonu üzrə:

134

6137.04

5939.165

197.875

3.22


Saatlı rayonu üzrə:

96

3780.77

3696.69

84.08

2.22


Zəngilan rayonu üzrə:

21

363.02

345.69

17.33

4.77


Daşkəsən rayonu üzrə:

36

1298.29

1260.12

38.17

2.94


Abşeron rayonu üzrə:

73

4642.39

4128.11

514.28

11.08


Lerik rayonu üzrə:

107

2338.77

2303.43

35.34

1.51


Tərtər rayonu üzrə:

76

1842.72

1813.81

28.91

1.57


Laçın rayonu üzrə:

33

988.48

967.97

20.51

2.07


Neftçala rayonu üzrə:

89

2540.32

2484

56.32

2.22


Yardımlı rayonu üzrə:

30

829.42

827.8

1.62

0.20


Göranboy rayonu üzrə:

98

2048.28

2013.33

34.95

1.71


Bərdə rayonu üzrə:

59

2130.67

2068.96

61.71

2.90


Zaqatala rayonu üzrə:

57

2317.52

2285.09

32.43

1.40


Samux rayonu üzrə:

16

741.9

723.13

18.77

2.53


Naftalan şəhəri üzrə:

23

1022.29

1017.34

4.95

0.48


Ağsu rayonu üzrə:

31

1256.03

1228.85

27.18

2.16


Kəlbəcər rayonu üzrə:

23

387.17

372.44

14.73

3.80


Ağdam rayonu üzrə:

52

5984.5

5820.81

163.69

2.74


Qəbələ rayonu üzrə:

64

7862.78

7737.27

125.51

1.60


Beyləqan rayonu üzrə:

47

1754.66

1709.88

44.78

2.55


Gədəbəy rayonu üzrə:

17

2628.3

2463.53

164.77

6.27


Şəmkir rayonu üzrə:

20

2031.46

1998.99

32.47

1.60


İmişli rayonu üzrə:

7

582.04

580.31

1.73

0.30


Ağstafa rayonu üzrə:

49

2163.04

2127.48

35.56

1.64


Qazax rayonu üzrə:

62

3128.98

3003.45

125.53

4.01


Zərdab rayonu üzrə:

43

2290.54

2206.77

83.77

3.66


Xızı rayonu üzrə:

45

891.31

868.51

22.8

2.56


Qubadlı rayonu üzrə:

30

629.6

626.57

3.03

0.48


Yevlax rayonu üzrə:

25

1193.07

1187.6

5.47

0.46


Tovuz rayonu üzrə:

41

3051.07

2980.01

71.06

2.33


Xocalı rayonu üzrə:

15

101.17

101.01

0.16

0.16


Füzuli rayonu üzrə:

18

756.56

724.61

31.95

4.22


Xocavənd rayonu üzrə:

26

549.39

536.75

12.64

2.30

II

Beynəlxalq Maliyyə institutlarının ayırdığı kreditlərin xərclənməsi hesabına keçirilən satınalmalar üzrə:

23

90883.45

85744.87

5138.58

5.65

 

Ədliyyə Nazirliyi üzrə:

14

341.55

328.52

13.03

3.81

 

Səhiyyə Nazirliyi üzrə:

1

7

6.05

0.95

13.57

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

1

28

27.85

0.15

0.54

 

Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik üzrə:

1

191.6

169.57

22.03

11.50

 

"Azərsu" SC üzrə:

3

40816.6

36654.11

4162.49

10.20

 

"Azərenerji" ASC üzrə:

1

48216

47355.12

860.88

1.79

 

"Azərpoçt" MMC üzrə:

2

1282.7

1203.65

79.05

6.16

III

Xüsusi vəsaitlər hesabına keçirilmiş satınalmalar üzrə:

917

137054.63

105191.94

31862.69

23.25

 

Daxili İşlər Nazirliyi üzrə:

118

4857.84

4395.7

462.14

9.51

 

Maliyyə Nazirliyi üzrə:

9

303

298.35

4.65

1.53

 

Vergilər Nazirliyi üzrə:

17

703.4

694.21

9.19

1.31

 

Ədliyyə Nazirliyi üzrə:

4

79.35

79.08

0.27

0.34

 

Təhsil Nazirliyi üzrə:

228

11268.16

11043.82

224.34

1.99

 

Səhiyyə Nazirliyi üzrə:

72

11500.92

11194.68

306.24

2.66

 

Mədəniyyət və Turizm Nazirliyi üzrə:

8

159.4

154.56

4.84

3.04

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə:

28

4857.68

4400.49

457.19

9.41

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

8

144.94

141.93

3.01

2.08

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə:

12

103.48

103.45

0.03

0.03

 

Kənd Təsərrüfatı Nazirliyi üzrə:

7

56.84

56.05

0.79

1.39

 

Fövqəladə Hallar Nazirliyi üzə:

4

49.31

49.31

 

Nəqliyyat Nazirliyi üzrə:

28

364.87

363.25

1.62

0.44

 

Dövlət Sosial Müdafiə Fondu üzrə:

23

354.08

337.62

16.46

4.65

 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC üzrə:

8

11162.17

10717.87

444.3

3.98

 

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə:

2

5.78

5.48

0.3

5.19

 

Dövlət Gömrük Komitəsi üzrə:

29

2089.49

1743.28

346.21

16.57

 

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzrə:

29

939.8

915.4

24.4

2.60

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üzrə:

14

281.45

270.88

10.57

3.76

 

Dövlət Sərhəd Xidməti üzrə:

6

76.7

75.05

1.65

2.15

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə:

11

183.55

175.95

7.6

4.14

 

Bakı Metropoliteti üzrə:

56

5663

4556.7

1106.3

19.54

 

"Azərenerji" ASC üzrə:

26

67011.94

39356.63

27655.31

41.27

 

"Azturqaz" ММ üzrə:

1

49.82

49.44

0.38

0.76

 

Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə:

1

97.12

97.12

 

"Azərbaycan Hava Yolları" Dövlət Konserni üzrə:

2

71.6

71.6

 

"Azərbaycan Dəmir Yolları" QSC üzrə:

53

3615.63

3585.96

29.67

0.82

 

Mərkəzi Bank üzrə:

95

8451.16

7878.14

573.02

6.78

 

Beynəlxalq Bank üzrə:

1

670

607.11

62.89

9.39

 

"Azərkimya" Dövlət Şirkəti üzrə:

3

1540

1451.21

88.79

5.77

 

"Azərlotereya" ASC üzrə:

14

342.14

321.61

20.53

6.00


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az