Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2011

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2011-ci il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT

Satınalmalar üzrə Dövlət Agentliyi ( bundan sonra - SDA) «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununa əsaslanaraq 2011-ci il ərzində  qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi sənədlərin hazırlanması, korrupsiyanın qarşısının alınması,  elektron dövlət satınalmaları sisteminin yaradılması, dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı istiqamətlərində öz fəaliyyətini gücləndirmiş və ədalətli rəqabətin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirmişdir.   
Qanunvericilik. Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması,  satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi iləşəffaflığın və iştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması məqsədilə SDA qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.   
Bu məqsədlə Аэентлийиn hazırladığı “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə müzakirə olunmuşdur. Satınalan təşkilatlar tərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçün, həmçinin,Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq müddəalar da qeyd olunan Qanun layihəsində əks edilmişdir.
Qanun layihəsində:
ü Satınalmaların planlaşdırılması və satınalma planlarının rəsmi internet saytında dərc olunması;
ü İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin edilməsi;
Ehtimal olunan qiymətin açıqlanması;
İddiaçıların sənəd təqdimi prosedurunun sadələşdirilməsi;
İddiaçıların təkliflərinin qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə müqayisənin istisna edilməsi;
Tenderlərdə iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi xərcləri ilə məhdudlaşması;
Rəqabətsiz metodlardan istifadə imkanlarının məhdudlaşdırılması
məsələləri öz əksini tapmışdır.
Qanun layihəsi hazırlanarkən onun problemlərin əksəriyyəti üçün ümumi olan və törəmə deyil, ən başlıca səbəbləri əhatə edən və bu səbəblərin ən ümumi cəhətləri barədə məsələləri tənzimləyən qaydalar olması nəzərdə tutulmuşdur. Problemlərin həllinə məhz bu cür yanaşma qeyd olunan problemlərdən qurtularaq dövlət satınalmaları sahəsində yeni vəziyyətin– sahənin sağlam rəqabət mühitinin formalaşması məcrasında inkişaf proseslərinin yaranmasına imkan verəcəkdir.
Tərəfimizdən təqdim edilən Qanun layihəsinin qəbulu dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsində satın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsinin qarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin daha keyfiyyətli icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi riayət olunmasına, bununla da korrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitində inkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır.
Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin yerinə yetirilməsi, korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunması  məsələləri Agentlikdə geniş şəkildə müzakirə olunmuş və bunun nəticəsi olaraq tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir.
Ø 01 fevral 2011-ci il tarixli, 14 saylı Əmr imzalanmışdır. Əmrdə:
§  Dövlət satınalmalarının həyata keçirilməsi zamanı rəqabətli metodlardan istifadəyə üstünlük verilməsi və rəqabətli metodlardan istifadədən yayınmanın qarşısının alınması məqsədilə bir mənbədən satınalma üsulundan istifadə ilə bağlı satınalan təşkilatların müraciətlərinə razılığın yalnız bu metoddan istifadə ilə bağlı satınalan təşkilat əsaslandırılmış qərar qəbul etdiyi hallarda verilməsi;
§  Satınalan təşkilatlar, iddiaçılar, malgöndərənlər və digər müraciət edənlər tərəfindən Agentliyə daxil olmuş sənədlərə vaxtında baxılmasına nəzarət və bütövlükdə kargüzarlıq intizamının gücləndirilməsi;
§  Satınalma prosedurlarının şəffaflığının təmin edilməsinə ciddi riayət olunması məqsədilə tender prosedurlarının təşkili, keçirilməsi və onlara nəzarətin gücləndirilməsi
ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır.
AzərbaycanRespublikası Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələrinə əsasən hazırladığı təkliflərlə bağlı Agentlik dövlət satınalmalarının təşkilində yaranan çətinliklər və nöqsanların aradan qaldırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırladığı Qanun layihəsini 05 oktyabr 2011-ci il tarixli, İÇ/1205 saylı məktubla Nazirlər Kabinetinə təqdim etmişdir.
      Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təsdiq edilmək üçün təqdim olunacaq tikinti və layihələndirmə sahəsində satınalma müqavilələrinin nümunəvi formalarının tətbiqi ilə bağlı sənədlərə müsbət rəy bildirilmişdir.
  SDA Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişi çərçivəsində imzalanması nəzərdə tutulan Avropa İttifaqının Dövlət Satınalmaları Sazişinin Azərbaycan dilinə tərcümə olunmasını həyata keçirmiş, həmçinin, tərcümə təhlil edilərək ingilis dili mətni ilə məna uyğunluğu dəfələrlə yoxlanılmışdır. Müqavilə layihəsinin şərtlərini təhlil etmək üçün Satınalmalar üzrə Dövlət Agentliyi Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramı (SİGMA) çərçivəsində dəvət edilmiş təcrübəli mütəxəssislərlə birlikdə Sazişin "Dövlət Satınalmaları haqqında" Qanunla uyğunluğunun təhlilini aparmışdır. Agentlik Dövlət Satınalmaları Sazişi ilə bağlı rəyini bildirmiş, həmçinin Sazişi rəy bildirilməsi üçün İÇ/1601 saylı, 06.12.11-ci il tarixli məktubla İqtisadi İnkişaf Nazirliyinə göndərmişdir.
  Elektron satınalma. Elektron satınalmaların tətbiqi ardıcıl 4 mərhələdə: - tender elanlarının vahid vebportalda dərc olunmasının təmin edilməsi, şərtlər toplusunun elektron formada rəsmi internet saytından əldə olunması, tender təkliflərinin elektron formada təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilir. Agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırmışdır. Standart tender sənədlərinin tətbiqi istiqamətində görülən işlər ikinci mərhələnin tərkib hissəsidir. Hazırda ikinci mərhələ üzrə nəzərdə tutulan işlərdən Şərtlər Toplusunun əldə olunmasını nəzərdə tutan pilot layihəsinin ilkin versiyası saytda yerləşdirilmişdir.
Saytda “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”, “Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”, “Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”, “Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələr vardır.
Hazırda rəsmi internet saytında:
·        Satınalan təşkilatların bütün tender elanları dərc edilir;
·        Satınalan təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında məlumat verilir;
·        Qanunvericiliyə dəyişikliklər müntəzəm surətdə dərc etdirilir;
·        Xarici ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc olunur.
·        Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət satınalmaları barədə elanların yerləşdirildiyi saytların linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan və Gürcüstanın dövlət satınalmaları üzrə rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının satınalmalar üzrə  elanlarının yerləşdirildiyi saytın linki də aiddir.
SDA elektron satınalmaların tətbiqi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.
¾   6 aprel 2011-ci ildə SDA və Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramının (SİGMA) birgə təşəbbüsü ilə “Elektron satınalmalar” mövzusunda seminar keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, o cümlədən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycanda Twinning, TAİEX və SİGMA əməliyyatlarının Tətbiqi (İTTSO) Aİ Layihəsinin nümayəndələri və SDA-nın əməkdaşları iştirak etmişlər. Tədbirdə SDA-nın nümayəndələri Azərbaycanda elektron satınalmaların tətbiqi sahəsindəki vəziyyət, o cümlədən Agentlik tərəfindən bu sahədə görülən işlər və gələcəkdə elektron satınalmaların tətbiqinin başa çatdırılması ilə əlaqədar  həyata keçirilməli olan tədbirlər barədə məlumat vermiş, həmçinin, SİGMA proqramının  məsləhətçisi Sören Lenardsson “Elektron satınalmalar” mövzusunda təqdimat etmişdir.  Cənab Lenardsson Avropada satınalma prosesinin həyata keçirilməsinin mərhələləri barədə, elektron satınalmaların tətbiqinin hansı mərhələləri əhatə etməli olduğu və bütövlükdə satınalma prosesinə verəcəyi faydalar barədə söhbət açmışdır. Həmçinin, o, elektron satınalmaların tətbiqi üçün müvafiq qanunvericilik aktlarının qəbulu ilə yanaşı, bütövlükdə qanunvericilikdə nəzərə alınmalı olan “texnoloji neytrallıq” prinsipinin hər zaman diqqət mərkəzində olmalı olduğunu qeyd etmişdir. Seminar iştirakçıları dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə, şəffaflığın artırılması, haqsız rəqabətlə mübarizə, dövlət satınalmalarına dair qanunvericilik və tənzimləmə, monitorinq və dəyərləndirmə sistemlərindəki boşluqlar, gələcək inkişaf üçün həll olunmalı məsələlər və görüləcək işlərdə elektron satınalmaların mümkün rolu haqqında müzakirələr aparmışlar.  
  2011-ci ilin may ayının 19-da SIGMA layihəsi tərəfindən Tbilisi şəhərində e-satınalmalar mövzusunda seminar təşkil olunmuş, tədbirdə Agentliyin “Elektron məlumat bazasının təşkili” sektorunun müdiri Sahib Mustafayev iştirak etmişdir. Tədbir zamanı Gürcüstan və Makedoniya  Respublikalarının e-satınalmaların tətbiqi sahəsində təcrübələri və e-satınalma sistemi barədə ətraflı məlumat verilmişdir.
  22 iyun 2011-ci il tarixdə SDA və Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramının (SİGMA) birgə təşəbbüsü ilə “Elektron Satınalmalar Perspektivində Dövlət Satınalmalarının Tətbiqi Mərhələləri” mövzusunda seminar keçirilmişdir. Tədbirdə bir çox mərkəzi icra hakimiyyəti orqanlarının və bir sıra dövlət müəssisələrinin nümayəndələri iştirak etmişlər.
  22-24 noyabr 2011-ci il tarixlərdə Dövlət Agentliyinin nümayəndəsi Asiya İnkişaf  Bankı tərəfindən İndoneziyada təşkil olunan "Asiya və Sakit okean ölkələrində elektron dövlət satınalmalarına dair regional konfrans"da iştirak etmişdir.
      Dövlət satınalmalarının rəsmi internet saytının təkmilləşdirilməsi davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə bağlı Dövlət Agentliyinin www.tender.gov.az internet səhifəsində "Elektron xidmət" bölməsi də yaradılmışdır. Bölmədə satınalan təşkilatlar tərəfindən keçirilən müsabiqələr barədə elanların dərc  olunması təmin edilmiş və "Müqavilələrin reyestri" bölməsi yaradılmış, bağlanılmış satınalma müqavilələri barədə bildirişlərin satınalan təşkilatlar tərəfindən bölmədəyerləşdirilməsi üçün imkan yaradılmışdır. Eyni zamanda, malgöndərənlər (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbulu, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün zəruri işlər görülmüşdür.
Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Avropa İttifaqının (Aİ) TAİEX-SIGMA proqramı yardım aləti çərçivəsində 17 mart 2011-ci il tarixdə SDA və Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramının (SİGMA) birgə təşəbbüsü ilə “Satınalmalar sahəsində Potensialın Yaradılması” mövzusunda seminar keçirilmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, o cümlədən “Azərsu” ASC,  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, Azərbaycanda Twinning, TAİEX və SİGMA əməliyyatlarının Tətbiqi (İTTSO) Aİ Layihəsi, Milli Məsləhətçi Mühəndislik Cəmiyyəti (NECSA), ASPI Consulting Engineers, Inc. Şirkəti, «Synergetics» MMC-nin nümayəndələri və Agentliyin bir neçə əməkdaşı iştirak etmişdir.
Tədbirdə SDA-nın nümayəndələri Azərbaycanda Dövlət Satınalmalarındakı vəziyyət, o cümlədən Dövlət Satınalmalarının keçdiyi inkişaf yolu, qanunvericilik, institusional sistem, təcrübə haqqında məlumat verdilər. Həmçinin, iştirakçılar SİGMA proqramının baş məsləhətçisi Daniel İverrsonun hazırladığı “Dövlət Satınalmalarının beynəlxalq səviyyədə qəbul olunmuş prinsipləri” və “Dövlət Satınalmaları Aİ və ÜTT kontekstində: ticarətə maneələrin aradan qaldırılması” mövzularında təqdimatlarla tanış oldular.  Seminarda ehtiyacların müəyyənləşdirilməsi üçün müzakirələr aparılmış və bir sıra vacib məsələlərə toxunulmuşdur.  Belə ki, seminar iştirakçıları dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə, şəffaflığın artırılması, haqsız rəqabətlə mübarizə, Dövlət Satınalmalarına dair qanunvericilik və tənzimləmə, monitorinq və dəyərləndirmə sistemlərindəki boşluqlar, gələcək inkişaf üçün həll olunmalı məsələlər və görüləcək işlər haqqında müzakirələr aparmışlar.  Seminarda satınalmalar sahəsində maarifləndirmə, planlaşdırma, kadr hazırlığı ilə bağlı işlərin həyata keçirilməsi kimi tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
o   Avropa İttifaqının (Aİ) TAİEX-SIGMA proqramı yardım aləti çərçivəsində aprel ayının 6-da növbəti – “Elektron Satınalmaların həyata keçirilməsi” mövzusunda seminar keçirilmişdir.
o   19 aprel 2011-ci il tarixdə Agentliyin əməkdaşları Asiya İnkişaf Bankının regiondakı satınalan təşkilatlar üçün keçirdiyi seminarda iştirak etmişlər.
o   Agentliyin əməkdaşları 16-19 may 2011-ci il tarixlərdə Dünya Bankı və digər kosponsorlar – Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının dəstəyi, o cümlədən Gürcüstan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin ev sahibliyi ilə Tiflis şəhərində baş tutmuş 7-ci Regional Dövlət Satınalmaları Forumunda iştirak etmişlər. “Dövlət satınalmalarının tətbiqi - Korrupsiyasız satınalmalar” mövzusunda konfransda UNCİTRALL-ın yeni model Qanun layihəsi ilə bağlı təqdimat olmuşdur. Tədbirdə səslənən əsas mövzular korrupsiya ilə mübarizə, e-satınalmalar, qanunvericiliyin təkmilləşdirilməsi, şikayətlərə baxılması meylinin çoxalması, ictimai təşkilatlarla əlaqələrin gücləndirilməsi ilə bağlı idi.
o   8-9 iyun 2011-ci il tarixlərdə  SDA və Avropa İttifaqının Dövlət Qurumlarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dəstək Proqramı –SİGMA-nın birgə təşkilatçılığı ilə "Müqavilələrin idarəedilməsinə dair seminar - təlim" keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC,  "Azərsu" ASC, Gənclər və İdman Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, "Azərenerji" ASC, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi, Sənaye və Eergetika Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bakı Şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti, "Bakıelektrikşəbəkə" ASC-nin nümayəndələri və SDA-nın əməkdaşları iştirak etmişlər. Tədbirdə iştirakçılar SİGMA proqramının məsləhətçisi cənab C.Smisin hazırladığı "Müqavilələrin idarəedilməsi” mövzusunda təqdimatla tanış olmuşlar. Təlim 2 gün davam etmişdir. Təlimin birinci günü cənab Smis "Müqavilədən əvvəlki mərhələ" mövzusunda, ikinci günü isə "İcra mərhələsi (müqavilənin)" mövzusunda iştirakçılara mühazirə oxumuşdur. Seminarda Avropada müqavilələrin idarə edilməsi prosesinin həyata keçirilməsinin mərhələləri barədə ümumi məlumat verilmiş, sonra isə bu mərhələlərin hər biri - müqaviləyə tələblərin qısa xülasəsi, müqavilə tələblərinin ətraflı izahı, müqavilənin hazırlanması, müqavilənin icrası zamanı keyfiyyət-vaxt-qiymət üçbucağının nəzərə alınması, satınalan təşkilatların müdafiə olunması mərhələləri barədə söhbət açılmışdır. Seminar iştirakçıları müqavilələrin idarə olunması sahəsində Azərbaycanda mövcud təcrübə və Avropa təcrübəsi ilə müqayisədə onun üstün və çatışmayan cəhətləri, həmçinin müqavilələrin idarə edilməsi sahəsində ən səmərəli mexanizmin müəyyənləşdirilməsi üçün müzakirələr aparmış və bir sıra digər vacib məsələlərə toxunmuşlar.
       22-23 sentyabr 2011-ci il tarixlərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)  "AYİB ölkələrində dövlət satınalmaları təcrübəsinin və qanunvericiliyin vəziyyəti ilə bağlı hesabatın təqdim edilməsi" mövzusunda keçirilmiş seminarda Agentliyin əməkdaşı iştirak etmişdir.
     4 oktyabr 2011-ci il tarixdə Agentliyin əməkdaşı "Hyatt Regency" mehmanxanasında keçirilmiş "Dr. Web antivirus məhsulları ilə korporativ şəbəkələrin internet təhlükələrindən müdafiəsi" mövzusunda seminarda iştirak etmişdir.
      Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində 22 noyabr - 2 dekabr 2011-ci il tarixlərdə Polşanın Varşava şəhərində "Şərq Tərəfdaşlığı Dövlət İdarəçiliyi" mövzusunda keçirilmiş seminarda Dövlət Agentliyinin nümayəndəsi iştirak etmişdir.
      Satınalmaların həyata keçirilməsində peşəkarlığın artırılması və metodiki köməklik:SDA şəffaflığın artırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsi və satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eyni zamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. Satınalmalar üzrə Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri il ərzində 130-dan çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tender komissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçıların suallarını cavablandırmışlar.
Dövlət satınalmalarında güzəştli rejimdən istifadə:SDA tərəfindən yerli istehsalın inkişaf etdirilməsi və ixracın stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli, 165 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştlərin həcmi və tətbiqi» Qaydasında nəzərdə tutulmuş güzəştlərdən satınalma prosesində istifadə edilməmişdir.
Şikayətlərin baxılması: SDA tərəfindən yerli istehsalın inkişaf etdirilməsi və ixracın stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli, 165 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştlərin həcmi və tətbiqi» Qaydasında nəzərdə tutulmuş güzəştlərdən satınalma prosesində istifadə edilməmişdir.
Şikayətlərin baxılması: Dövlət satınalmaları üzrə tenderlərin təşkili və keçirilməsi ilə əlaqədar iddiaçılar tərəfindən 24 şikayət məktubu daxil olmuşdur. Şikayətlər əsasən tender prosedurlarının təşkili və keçirilməsi ilə əlaqəli olmuş, qaldırılan məsələlər Dövlət Agentliyi tərəfindən «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun VIII fəslinin tələblərinə uyğun araşdırılmış, müsabiqələrin obyektiv şəraitdə aparılması və nöqsanların aradan qaldırılması üçün satınalan təşkilatlara müvafiq tövsiyələr verilmiş və lazımi metodiki köməkliklər göstərilmişdir. Şikayətçilər araşdırmaların nəticələri barədə məlumatlandırılmışdır.
Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2011-ci ildə satınalmaların birbaşa müqavilələr (146sayda) və qısa müddət tələb edən (5 sayda) satınalma metodu əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsasında aparılmasını tövsiyə etmişdir.     
Ümumilikdə 2011-ci il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 12499 satınalma həyata keçirilmişdir[1]. Təqdim olunan yekun protokollara əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 2.655.943,73 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (2.849.505,8 min manat) 193.562,07 min manatına və ya 6,79 faizinə qənaət edilmişdir. Qənaətin 180.464,82 min manatı və ya 93,23 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 13.097,25 min manatı və ya 6,77 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 11274 (ümumi sayın 90,2 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 168.083,89 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (2.655.943,73 min manat) cəmi 6,33 faizini təşkil etmişdir.
Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 11685 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 2.204.837,9 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 2.034.083,83 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 170.754,07 min manatına və ya 7,74 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 2.037.973,59 min manat, qənaət 158.567,28 min manat və ya 7,78 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 166.864,31 min manat, qənaət isə 12.186,79 min manat və ya 7,3 faiz təşkil etmişdir, o cümlədən:
Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 7303 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 1.593.911,23 min manat təşkil etmiş və 1.741.185,41 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 147.274,18 min manatına və ya 8,46 faizinə qənaət edilmişdir.
Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4382 satınalma müsabiqələrində 463.652,49 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 23.479,89 min manatına və ya 5,06 faizinə qənaət edilmişdir.
Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 37 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 411.109,75 min manat məbləğində vəsaitin 5.374,49 min manatına və ya 1,31 faizinə qənaət olunmuşdur.
Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 777 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 233.558,15 min manat məbləğində ehtimal olunan qiymətinin 17.433,5 min manatına və ya 7,46 faizinə qənaət olunmuşdur.
Satınalma prosedurlarında aşkar edilmiş nöqsanlar:SDA-ya daxil olmuş dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin nəticələri haqqında yekun protokolların təhlili nəticəsində aşkar olunan nöqsanlar barədə satınalan təşkilatlara 181 məktub göndərilmiş, məktublarda nöqsanların aradan qaldırılmasına dair tövsiyələr, satınalma prosedurlarının təşkili və keçirilməsinə dair geniş izahatlar verilmişdir(Cədvəl əlavə olunur).



[1]Sadalanan göstəricilər satınalan təşkilatlar tərəfindən Agentliyə təqdim edilmiş məlumatlarla məhdudlaşır. Agentliyə təqdim edilməmiş məlumatlar: - Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış vəsaitlər əsasında bağlanılmış müqavilələr, eləcə də satınalmalar barədə Agentliyə məlumat təqdim etməyən satınalan təşkilatlar tərəfindən həyata keçirilmiş satınalmalar barədə məlumatlar buraya daxil deyil.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az