Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2012

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2012-ci il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT

Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) «Dövlət satınalmaları haqqında» Azərbayjan Respublikası Qanununa əsaslanaraq 2012-ji il ərzində  qanunverijiliyin təkmilləşdirilməsi, normativ-hüquqi sənədlərin hazırlanması, korrupsiyanın qarşısının alınması,  elektron dövlət satınalmaları sisteminin yaradılması, dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı istiqamətlərində öz fəaliyyətini güjləndirmiş və ədalətli rəqabətin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirmişdir.

 Qanunverijilik. Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması,  satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması məqsədilə SDA qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir. 

 Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması,  satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması məqsədi ilə Agentlik   

“Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsi hazırlamış,  layihə İÇ/1996 saylı, 12 noyabr 2012-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. Elektron satınalmaların tətbiqi istiqamətində müvafiq müddəalar da qeyd edilən Qanun layihəsində əks olunmuşdur.

 Qanun layihəsində:

 

·         Satınalmaların planlaşdırılması və satınalma planlarının rəsmi internet saytında    dərc olunması;

·         Elektron satınalmaların tətbiqinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

·         İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması;

·         Ehtimal olunan qiymətin açıqlanması;

·         İddiaçıların sənəd təqdimi prosedurunun sadələşdirilməsi;

·         İddiaçıların təkliflərinin qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə müqayisənin istisna edilməsi;

·         Tenderlərdə iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi xərcləri ilə məhdudlaşması;

·         Rəqabətsiz metodlardan istifadə imkanlarının məhdudlaşdırılması məsələləri öz əksini tapmışdır.

 

Tərəfimizdən təqdim edilən Qanun layihəsinin qəbulu dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsində satın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsinin qarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin daha keyfiyyətlə icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi riayət olunmasına, elektron satınalmaların tətbiqi üçün qanunvericilik bazasının başlıca istiqamətlərinin formalaşmasına, bununla da korrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitində inkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır. Hazırda Qanun layihəsi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarından rəylər daxil olmaqdadır. Rəylərin daxil olması yekunlaşdıqdan sonra rəylərdə göstərilmiş irad və təkliflər nəzərə alınaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər həyata keçiriləcəkdir.

  Elektron satınalma. Elektron satınalmaların tətbiqi ardıcıl 4 mərhələdə: - tender elanlarının vahid veb-portalda dərcinin təmin olunması, şərtlər toplusunun elektron formada rəsmi internet saytından əldə olunması, tender təkliflərinin elektron formada təqdim edilməsi və ən sonda tenderin nəticələrinin elektron qiymətləndirilməsi mərhələlərində həyata keçirilir. Agentlik birinci mərhələnin tətbiqi üzrə tədbirləri yekunlaşdırmışdır.

Saytda “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”, “Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”, “Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”, “Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələri fəaliyyət göstərir.

Hazırda rəsmi internet saytında:

 

  • Satınalan təşkilatların bütün tender elanları dərc edilir;
  • Satınalan təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında məlumat verilir;
  • Qanunvericiliyə dəyişikliklər müntəzəm surətdə dərc edilir;
  • Xarici ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc olunur;
  • "Müqavilələrin reyestri" bölməsi yaradılmış, bölmədə bağlanılmış satınalma müqavilələri barədə bildirişlərin satınalan təşkilatlar tərəfindən yerləşdirilməsi üçün imkan yaradılmışdır.
  • Malgöndərənlər (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbulu, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün zəruri işlər görülmüşdür.
  • Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət satınalmaları barədə elanların yerləşdirildiyi saytların linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya Almaniya, Fransa, İtaliya, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət satınalmaları üzrə rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının satınalmalar üzrə  elanlarının yerləşdirildiyi saytın linki də aiddir.

 SDA elektron satınalmaların tətbiqi məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.

 

  • Elektron satınalma sisteminin növbəti 2-ci və 3-cü mərhələlərin tətbiqi üçün təqribi xərclər smetası hazırlamış və Agentliyin elektron xidmətlər göstərməsinin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflərini 21 fevral 2012-ci il tarixli, İÇ/222 saylı məktubla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2012-ci il tarixli, 235 saylı Qərarı ilə təsdiq edilmiş və “Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş elektron xidmətlərin 3 növü müvafiq qaydada təsdiq olunmuş inzibati reqlamentlər üzrə hüquqi və fiziki şəxslərə təqdim olunur. Bu xidmətlərin  “Bir pəncərə” sistemi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaradılmış “Elektron hökumət” portalı vasitəsilə təqdim edilməsi üçün müvafiq avadanlıqların alınmasına büdcə sifarişi yerləşdirilmişdir və 2013-cü ilin birinci rübündə bu işin həyata keçirilməsi nəzərdə tutulur.
  • 25-29 iyun tarixlərində SIGMA layihəsinin təşkilatçılığı ilə  Agentlik əməkdaşlarının Polşaya təlim səfəri həyata keçirilmişdir. Səfər zamanı əsasən Polşanın e-satınalmalar sistemi barədə ətraflı məlumat verilmiş, təlim iştirakçıları ilə dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə, şəffaflığın artırılması, haqsız rəqabətlə mübarizə, dövlət satınalmalarına dair qanunvericilik və tənzimləmə, monitorinq və dəyərləndirmə sistemlərindəki boşluqlar, gələcək inkişaf üçün həll olunmalı məsələlər və görüləcək işlərdə elektron satınalmaların mümkün rolu haqqında müzakirələr aparılmış, təcrübə mübadiləsi həyata keçirilmişdir.

Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər:

 

  • 07 fevral 2012-ci il tarixində Agentliyin əməkdaşı Baş Prokurorluğun Tədris Mərkəzində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planı” üzrə işçi qrup üzvlərinin müzakirəsində iştirak etmişdir.
  • 02 mart 2012-ci il tarixində Agentliyin əməkdaşı “Ambassador” mehmanxanasında keçirilmiş “Azərbaycan Respublikasının Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planının layihəsi” üzrə dəyirmi masada iştirak etmişdir.
  • 12 iyun 2012-ci il taixində SDA SİGMA ilə birlikdə “Hilton Bakı” mehmanxanasında “Ehtimal olunan qiyməti müəyyən olunmuş son həddən aşağı olan satınalmalar” mövzusunda seminar keçirmişdir.
  • 14  iyun 2012-ci il tarixində SDA SİGMA ilə birlikdə “Hilton Bakı” mehmanxanasında “Dövlət Satınalmaları – ticarət və inkişafa təkan verən amil kimi” mövzusunda seminar keçirmişdir.
  • 20 sentyabr 2012-ci il tarixində Aİ tərəfindən maliyyələşdirən “Twinninq, TAIEX və SIQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən “Layihə dövrünün idarə edilməsi” mövzusunda keçirilmiş seminarda Agentliyin əməkdaşları iştirak etmiş, seminarın sonunda iştirak edən iştirakçılara sertifikatlar verilmişdir.
  • 27 sentyabr 2012-ci il tarixində Agentliyin əməkdaşları Aİ tərəfindən maliyyələşdirən “Twinninq, TAIEX və SIQMA əməliyyatlarının tətbiqinə dəstək” layihəsi tərəfindən keçirilmiş TAİEX alətinə həsr edilmiş seminarda iştirak edilmişdir.
  • SDA ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi ilə birgə “Dövlət satınalmaları haqqında” Qanuna elektron satınalmaların tətbiqi məqsədilə  təklif olunan dəyişikliklərin layihəsini hazırlamış və baxılması üçün müvafiq instansiyalara təqdim etmişdir.
  • 25-29 iyun 2012-ci il tarixlərində SIGMA layihəsinin təşkilatçılığı ilə  Agentlik əməkdaşlarının Polşaya təlim səfəri həyata keçirilmişdir. Səfər zamanı əsasən Polşanın e-satınalmalar sistemi barədə ətraflı məlumat verilmiş, təcrübə mübadiləsi həyata keçirilmişdir. Tədbirdə Polşanın Dövlət Satınalmalarındakı vəziyyət, o cümlədən Dövlət Satınalmalarının keçdiyi inkişaf yolu, qanunvericilik, institusional sistem, təcrübə haqqında məlumat verilmişdir. 
  • 27 dekabr 2012-ci il tarixində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi üzrə eksperti Simyon Sahaydaçnının iştirakı ilə Agentlik əməkdaşları üçün elektron dövlət satınalmaları sisteminə dair seminar təşkil edilmişdir. Seminarda elektron satınalmaların tətbiqi ehtiyaclarının müəyyənləşdirilməsi üçün müzakirələr aparılmış və bir sıra vacib məsələlərə toxunulmuşdur.  Belə ki, seminar iştirakçıları dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə, şəffaflığın artırılması, haqsız rəqabətlə mübarizə, Dövlət Satınalmalarına dair qanunvericilik və tənzimləmə, monitorinq və dəyərləndirmə sistemlərindəki boşluqlar, gələcək inkişaf üçün həll olunmalı məsələlər və görüləcək işlərdə elektron satınalmaların mümkün rolu haqqında müzakirələr aparmışlar.  Seminarda satınalmalar sahəsində maarifləndirmə, planlaşdırma, kadr hazırlığı ilə bağlı işlərin həyata keçirilməsi kimi tədbirlərin görülməsinin də vacibliyi vurğulanmışdır.

 Satınalmaların həyata keçirilməsində peşəkarlığın artırılması və metodiki köməklik: Satınalmalar üzrə Dövlət Agentliyi şəffaflığın artırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsi və satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eyni zamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. SDA-nın səlahiyyətli nümayəndələri il ərzində 153-dən çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tender komissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçıların suallarını cavablandırmışlar.

Dövlət satınalmalarında güzəştli rejimdən istifadə: SDA tərəfindən yеrli istеhsаlın inkişаf еtdirilməsi və iхrаcın stimullаşdırılmаsı məqsədilə Nаzirlər Kаbinеtinin 28 оktyаbr 2002-ci il tаriхli, 165 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Güzəştlərin həcmi və tətbiqi» Qаydаsındа nəzərdə tutulmuş güzəştlərdən sаtınаlmа prоsеsində istifаdə еdilməmişdir. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən təklif edilən güzəştli düzəlişin tətbiqi ilə bağlı qanunvericiliyə dəyişiklikləri nəzərdə tutan hüquqi normativ akt layihəsinin qəbulunun Qanuna dəyişiklik edilməsi ilə deyil, satınalan təşkilatlara qanunvericiliyin yaratdığı bu imkandan istifadə etməsi barədə Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul olunması yolu ilə həyata keçirilməsi barədə rəy 14 fevral 2012-ci il tarixli, İÇ/179 saylı məktubla  İİN-ə təqdim edilmişdir.

Şikayətlərin baxılması: Dövlət sаtınаlmаlаrı üzrə tеndеrlərin təşkili və kеçirilməsi ilə əlаqədаr iddiаçılаr tərəfindən 35 şikаyət məktubu dахil оlmuşdur. Şikаyətlər, əsаsən, tеndеr prоsеdurlаrının təşkili və kеçirilməsi ilə əlаqəli оlmuş, qаldırılаn məsələlər Dövlət Аgеntliyi tərəfindən «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun VIII fəslinin tələblərinə uyьun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı və nöqsаnlаrın аrаdаn qаldırılmаsı üçün sаtınаlаn təşkilаtlаrа müvаfiq tövsiyələr vеrilmiş və lаzımi mеtоdiki köməkliklər göstərilmişdir. Аrаşdırmаlаrın nəticələri bаrədə şikаyətçilər məlumаtlаndırılmışdır.

Agentliyə 2012-ci ildə daxil olmuş şikayətlərdən biri Təhsil Nazirliyi tərəfindən I və V siniflər üçün dərsliklərin hazırlanması və çap edilməsi işlərinin satın alınması üzrə keçirilən ikimərhələli tenderdə yol verilmiş nöqsanlar barədə olmuşdur. Şikayətin araşdırılması zamanı müəyyən edilmişdir ki, Təhsil Nazirliyinin tender komissiyasının sədri “Altun-kitab” nəşriyyatı və “Aspoliqraf” nəşriyyatı tərəfindən çap olunan dərslik və digər vəsaitlərin müəllifi və həmmüəllifidir və bu cəhətdən onlar arasında qarşılıqlı asılılıq münasibətləri mövcuddur. Bu da, I və V siniflər üçün dərsliklərin hazırlanması və çapı üzrə keçirilən ikimərhələli tenderdə maraqların ziddiyyətini yaradır. “Dövlət satınalmaları haqqında” Qanunun 13.2-ci bəndinə əsasən satınalma prosedurlarından əvvəlki 3 il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçı ilə asılılıq münasibətləri olanlar satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bütün bunları nəzərə alaraq Agentlik “Dövlət satınalmaları haqqında” Qanunun 57.3.7-ci yarımbəndini rəhbər tutaraq sözügedən tenderə xitam verilməsi barədə Təhsil Nazirliyinə 17.07.2012-ci il tarixli, İÇ/1273 saylı məktub göndərmişdir. Eyni zamanda Agentlik şikayətlə əlaqədar Təhsil Nazirliyi tərəfindən keçirilmiş tenderdə yol verilmiş nöqsanlar və Agentliyin gördüyü tədbirlər barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna 19.07.2012-ci il tarixli, İÇ/1277 saylı məktubla məlumat vermişdir. Hal-hazırda Prokurorluqda sözügedən məsələ ilə əlaqədar istintaq aparılır.

Dövlət satınalmalarında kоrrupsiyаnın qаrşısının аlınmаsı, şəffaflıьın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2012-ci ildə satınalmaların birbaşa müqavilələr (159 sayda) əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsаsındа aparılmasını tövsiyə etmişdir.

Ümumilikdə 2012-ci il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 14169 satınalma həyata keçirilmişdir#. Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 4.428.143,11 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (4.730.477,11 min manat) 302.334,0 min manatına və ya 6,39 faizinə qənaət edilmişdir. Qənaətin 290.280,24 min manatı və ya 96,01 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 12.053,76 min manatı və ya 3.99 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 12713 (ümumi sayın 89,72 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 192.560,66 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (4.428.143,11 min manat) cəmi 4,35 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 13088 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 2.842.459,97 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 2.704.456,6 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 138.003,37 min manatına və ya 4,86 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 2.659.369,49 min manat, qənaət 127.053,18 min manat və ya 4,78 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 183.090,48 min manat, qənaət isə 10.950,19 min manat və ya 5,98 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 8616 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 1.637.674,0 min manat təşkil etmiş və 1.745.407,47 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 107.733,47 min manatına və ya 6,17 faizinə qənaət edilmişdir.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4472 satınalma müsabiqələrində 1.097.052,5 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 30.269,9 min manatına və ya 2,76 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 31 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 470.926,1 min manat məbləğində vəsaitin 43.968,44 min manatına və ya 9,34 faizinə qənaət olunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1050 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 1.417.091,04 min manat məbləğində ehtimal olunan qiymətinin 120.362,2 min manatına və ya 8,49 faizinə qənaət olunmuşdur.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az