Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2013

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2013-cü il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT


Satınalmalar üzrə Dövlət Agentliyi (SDA) «Dövlət satınalmaları haqqında» Azərbayjan Respublikası Qanununa əsaslanaraq 2013-jü il ərzində qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi sənədlərin hazırlanması, korrupsiyanın qarşısının alınması, elektron dövlət satınalmaları sisteminin yaradılması, dövlət təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilən müsabiqələrdə şəffaflığın artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı istiqamətlərində öz fəaliyyətini güjləndirmiş və ədalətli rəqabətin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirmişdir.

Qanunvericilik. Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması, satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması məqsədilə SDA qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Dövlət satınalmalarında korrupsiya hallarının qarşısının alınması, satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamının 14-cü istiqaməti: Dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması bəndləri ilə Agentliyin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Аэентлиk hazırladığı “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsini İÇ/1784 saylı, 06.09.2013 tarixli və İÇ/2470 saylı 04.12.2013 tarixli məktublarla Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmişdir. Elektron satınalmaların tətbiqi istiqamətində müvafiq müddəalar da qeyd olunan Qanun layihəsində əks olunmuşdur.

Qanun layihəsində:

  • Satınalmaların planlaşdırılması və satınalma planlarının rəsmi internet saytında dərc olunması;

  • Elektron satınalmaların tətbiqinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

  • İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması;

  • Ehtimal olunan qiymətin açıqlanması;

  • İddiaçıların sənəd təqdimi prosedurunun sadələşdirilməsi;

  • İddiaçıların qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə müqayisənin istisna edilməsi;

  • Tenderlərdə iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi xərcləri ilə məhdudlaşması;

  • Rəqabətsiz metodlardan istifadə imkanlarının məhdudlaşdırılması məsələləri öz əksini tapmışdır.


Tərəfimizdən təqdim edilən Qanun layihəsinin qəbul edilməsi dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsində satın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsinin qarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin daha keyfiyyətlə icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi riayət olunmasına, elektron satınalmaların tətbiqi üçün qanunvericilik bazasının başlıca istiqamətlərinin formalaşmasına, bununla da korrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitində inkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır. Qanun layihəsi ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarından rəylər alınmışdır. Rəylərin daxil olması yekunlaşdıqdan sonra rəylərdə göstərilmiş irad və təkliflər nəzərə alınaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər həyata keçiriləcəkdir.

Eyni zamanda, Agentlik tərəfindən “Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi üzrə elektron xidmətin inzibati reqlamenti” və “Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi üzrə elektron xidmətin inzibati reqlamenti” hazırlanaraq təsdiq olunmuşdur. İÇ/2114 saylı, 21.10.2013 tarixli məktubla Ədliyyə Nazirliyinə təqdim edilmiş, İnzibati reqlamentlər Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların Dövlət Reyestrinə daxil edilmiş və www.huquqiaktlar.gov.az səhifəsində yerləşdirilmişdir.

Həmçinin, “Dövlət satınalmalarında etibarsız malgöndərənlərin (podratçıların) reyestrinin aparılması Qaydaları” layihəsi hazırlanaraq İÇ/2250 saylı, 08.11.2013 tarixli məktubla Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

USAİD mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində “Satınalma müqavilələrinin qeydiyyatı” və “Ehtimal olunan qiymətin hesablanması”na dair təlimatlar hazırlanmışdır.

Şəffaflığın və satınalmalar barədə informasiyanın yayılması məqsədilə satınalan təşkilatlar tərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçün Agentlik 2012-ci ildə satınalan təşkilatlara göndərdiyi məktublara aldığı cavablar əsasında 130 satınalan təşkilatın 2013-cü il üçün satınalma planları barədə məlumatı dövlət satınalmalarının rəsmi internet saytında – www.tender.gov.az saytında yerləşdirmişdir. Satınalma planlarına dair müddəalar “Dövlət satınalmaları haqqında Qanuna dəyişikliklər edilməsi barədə” Qanun layihəsində də öz əksini tapmışdır.

Elektron satınalma. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli, 813 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraq hazırlanmış “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsində SDA-ya aid tədbirlərin texniki-iqtisadi əsaslandırılmasına dair məlumatlar Agentlik tərəfindən Maliyyə Nazirliyinin təqdim etdiyi formaya uyğun olaraq İÇ/2251 saylı, 08.11.2013 tarixli məktubla RİTN-ə təqdim edilmişdir.

Hazırda Agentliyin saytında “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”, “Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”, “Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”, “Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələri fəaliyyət göstərir, həmçinin:

  • Satınalan təşkilatların bütün tender elanları dərc edilir;

  • Satınalan təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında məlumat verilir;

  • Qanunvericiliyə dəyişikliklər müntəzəm surətdə dərc etdirilir;

  • Xarici ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc olunur.

  • "Müqavilələrin reyestri" bölməsi yaradılmış, bölmədə bağlanılmış satınalma müqavilələri barədə bildirişlərin satınalan təşkilatlar tərəfindən yerləşdirilməsi üçün imkan yaradılmışdır.

  • Növbəti il üçün satınalma planlarının yerləşdirilməsi məqsədilə “Satınalma planları” yarımbölməsi yaradılmışdır.

  • Malgöndərənlər (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün zəruri işlər görülmüşdür.

  • Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət satınalmaları barədə elanların yerləşdirildiyi saytların linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya Almaniya, Fransa, İtaliya, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət satınalmaları üzrə rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının satınalmalar üzrə elanlarının yerləşdirildiyi saytın linki də aiddir.



Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər:

  • SDA və SİGMA-nın birgə əməkdaşlığı çərçivəsində 21 fevral 2013-cü il tarixdə “Dövlət satınalmalarının planlaşdırılması və təşkili”, 17 aprel 2013-cü il tarixdə “Dövlət satınalmalarının monitorinqi” mövzularında satınalan təşkilatlar və satınalma mütəxəssisləri üçün seminarlar keçirilmişdir.

  • USAİD mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində cari ilin 15,16,18 aprel tarixlərində Agentliyin əməkdaşları üçün “Ehtimal olunan qiymətin hesablanması”na dair seminar keçirilmişdir. Həmçinin, “Dövlət satınalmaları haqqında” Qanuna dəyişikliklərlə bağlı hazırlanmış Qanun layihəsində qeyd olunan istiqamət üzrə də müddəalar nəzərdə tutulmuşdur.


Satınalmaların həyata keçirilməsində peşəkarlığın artırılması və metodiki köməklik: Satınalmalar üzrə Dövlət Agentliyi şəffaflığın artırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsi və satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eyni zamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. SDA-nın səlahiyyətli nümayəndələri il ərzində 108-dən çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tender komissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçıların suallarını cavablandırmışlar.


Dövlət satınalmalarında güzəştli rejimdən istifadə: SDA тяряфиндян йерли истещсалын инкишаф етдирилмяси вя ихражын стимуллашдырылмасы мягсядиля Назирляр Кабинетинин 28 октйабр 2002-жи ил тарихли, 165 нюмряли Гярары иля тясдиг едилмиш «Эцзяштлярин щяжми вя тятбиги» Гайдасында нязярдя тутулмуш эцзяштлярдян сатыналма просесиндя истифадя едилмəmишdir.

Şikayətlərin baxılması: Дювлят сатыналмалары цзря тендерлярин тяшкили вя кечирилмяси иля ялагядар иддиачылар тяряфиндян 8 шикайят мяктубу дахил олмушдур. Шикайятляр, ясасян, тендер проседурларынын тяшкили вя кечирилмяси иля ялагяли олмуш, галдырылан мясяляляр Дювлят Аэентлийи тяряфиндян «Дювлят сатыналмалары щаггында» Азярбайжан Республикасы Ганунунун ВЫЫЫ фяслинин тялябляриня уйьун арашдырылмыш, мцсабигялярин обйектив шяраитдя апарылмасы вя нюгсанларын арадан галдырылмасы цчцн сатыналан тяшкилатлара мцвафиг тювсийяляр верилмиш вя лазыми методики кюмякликляр эюстярилмишдир. Арашдырмаларын нятижяляри барядя шикайятчиляр мялуматландырылмышдыр.


Dюvlяt satыnalmalarыnda коррупсийанын гаршысынын алынмасы, шяffaflыьыn artыrыlmasы vя яdalяtli rяqabяtin tяmin edilmяsi mяqsяdilя SDA юz sяlahiyyяtlяri чяrчivяsindя 2013-жü илдя satыnalmalarыn birbaшa mцqavilяlяr (93 sayda) яsasыnda hяyata keчirilmяsi barяdя satыnalan tяшkilatlarыn mцraciяtlяrinя cavab olaraq hяmin satыnalmalarыn mцsabiqя ясасында aparыlmasыnы tюvsiyя etmiшдир.

Ümumilikdə 2013-cü il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 12.412 satınalma həyata keçirilmişdir1. Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 2.041.309,39 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (2.161.798,77 min manat) 120.489,38 min manatına və ya 5,57 faizinə qənaət edilmişdir. Qənaətin 110.087.5 min manatı və ya 91,37 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 10.401,88 min manatı və ya 8,63 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 10.991 (ümumi sayın 88,55 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 181.597,23 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (2.041.309,39 min manat) cəmi 8,9 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 11.430 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1.939.651,63 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1.826.219,01 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 113.432,62 min manatına və ya 5,85 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1.768.090,14 min manat, qənaət 104.219,61 min manat və ya 5,89 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 171.561,49 min manat, qənaət isə 9.213,01 min manat və ya 5,37 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 6420 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 999.764,51 min manat təşkil etmiş və 1.038.937,13 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 39744,34 min manatına və ya 3,77 faizinə qənaət edilmişdir.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 5010 satınalma müsabiqələrində 900.714,5 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 74.260,0 min manatına və ya 8,24 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 30 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 46.807,33 min manat məbləğində vəsait üzrə qənaət olunmamışdır.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 952 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 175.339,81 min manat məbləğində ehtimal olunan qiymətinin 8984,5 min manatına və ya 5,12 faizinə qənaət olunmuşdur.


1 Sadalanan göstəricilər satınalan təşkilatlar tərəfindən Agentliyə təqdim edilmiş məlumatlarla məhdudlaşır. Agentliyə təqdim edilməmiş məlumatlar: - Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış vəsaitlər əsasında bağlanılmış müqavilələr, eləcə də satınalmaları barədə Agentliyə məlumat təqdim etməyən satınalan təşkilatlar tərəfindən həyata keçirilmiş satınalmalar barədə məlumatlar bura daxil deyildir.


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az