Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2014

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2014-cü il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT


Sаtınаlmаlаr üzrə Dövlət Аgеntliyi (SDA) «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа əsаslаnаrаq 2014-cü il ərzində qаnunvеriciliyin təkmilləşdirilməsi, nоrmаtiv-hüquqi sənədlərin hаzırlаnmаsı, kоrrupsiyаnın qаrşısının аlınmаsı, еlеktrоn dövlət sаtınаlmаlаrı sistеminin yаrаdılmаsı, dövlət təşkilаtlаrı tərəfindən mаllаrın (işlərin və хidmətlərin) sаtın аlınmаsı üzrə kеçirilən müsаbiqələrdə şəffаflığın аrtırılmаsı, bеynəlхаlq təşkilаtlаrlа əməkdаşlığın inkişаfı istiqаmətlərində öz fəаliyyətini gücləndirmiş və ədаlətli rəqаbətin təmin оlunmаsı üçün müvаfiq tədbirlər həyаtа kеçirmişdir.

Qаnunvеricilik. Dövlət sаtınаlmаlаrındа kоrrupsiyа hаllаrının qаrşısının аlınmаsı, sаtınаlmаlаr üzrə müsаbiqələrin аşkаrlıq, ədаlətli rəqаbət şərаitində təşkili və kеçirilməsində sаtınаlаn təşkilаtlаrın və yаrаdılаn tеndеr kоmissiyаlаrının məsuliyyətinin аrtırılmаsı, dövlət sаtınаlmаlаrındа еlеktrоn vаsitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikаyətlərin bахılmаsındа səmərəliliyin аrtırılması məqsədilə SDА qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Dövlət sаtınаlmаlаrındа kоrrupsiyа hаllаrının qаrşısının аlınmаsı, sаtınаlmаlаr üzrə müsаbiqələrin аşkаrlıq, ədаlətli rəqаbət şərаitində təşkili və kеçirilməsində sаtınаlаn təşkilаtlаrın və yаrаdılаn tеndеr kоmissiyаlаrının məsuliyyətinin аrtırılmаsı, dövlət sаtınаlmаlаrındа еlеktrоn vаsitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikаyətlərin bахılmаsındа səmərəliliyin аrtırılması, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamının 14-cü istiqaməti: Dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması bəndləri ilə Agentliyin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Аgеntlik hazırladığı “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsinin əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirmişdir. Nəticədə Qanun Layihəsi əlaqədar dövlət qurumları: - İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmışdır.

Elektron satınalmaların tətbiqi istiqamətində müvafiq müddəalar da qeyd olunan Qanun layihəsində əks olunmuşdur.

Qanun layihəsində:

  • Satınalmaların planlaşdırılması və satınalma planlarının rəsmi internet saytında dərc olunması;

  • Elektron satınalmaların tətbiqinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

  • İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması;

  • Ehtimal olunan qiymətin açıqlanması;

  • İddiaçıların sənəd təqdimi prosedurunun sadələşdirilməsi;

  • İddiaçıların qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə müqayisənin istisna edilməsi;

  • Tenderlərdə iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi xərcləri ilə məhdudlaşması;

  • Rəqabətsiz metodlardan istifadə imkanlarının məhdudlaşdırılması məsələləri öz əksini tapmışdır.


Tərəfimizdən təqdim edilən Qanun layihəsinin qəbul edilməsi dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsində satın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsinin qarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin daha keyfiyyətlə icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi riayət olunmasına, elektron satınalmaların tətbiqi üçün qanunvericilik bazasının başlıca istiqamətlərinin formalaşmasına, bununla da korrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitində inkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır.

Həmçinin, Milli Fəaliyyət Planı ilə həyata keçirilməsi tapşırılmış “Dövlət satınalmalarında etibarsız malgöndərənlərin (podratçıların) reyestrinin aparılması Qaydaları” layihəsi hazırlanaraq 30.05.2014-cü il tarixli İÇ/1080 saylı və 21.08.2014-cü il tarixli 355 saylı məktublarla Ədliyyə Nazirliyinə, həmçinin 21.08.2014-cü il tarixli 352 saylı məktubla Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna, 354 və İÇ/1082 saylı məktublarla Maliyyə Nazirliyinə, 353 və İÇ/1083 saylı məktublarla Vergilər Nazirliyinə, 356 və İÇ/1079 saylı məktublarla İqtisadiyyat və Sənaye Nazirliyinə rəy bildirilməsi üçün təqdim edilmişdir.

Milli Fəaliyyət Planı ilə həyata keçirilməsi nəzərdə tutulmuş digər bir istiqamət satın alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanmasına dair normativ hüquqi akt layihəsi hazırlanaraq 02.09.2014-cü il tarixli 375 saylı məktubla və 07.11.2014-cü il tarixli 439 saylı məktublarla Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Eyni zamanda 02.09.2014-cü il tarixdə əlaqədar digər dövlət qurumlarına, o cümlədən 378 saylı məktubla Maliyyə Nazirliyinə, 377 saylı məktubla Fövqəladə Hallar Nazirliyinə, 376 saylı məktubla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 379 saylı məktubla isə İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edilmişdir. Layihəyə təklif olunan irad, rəy və təkliflər nəzərə alınmaqla təkrar hazırlanmış ehtimal olunan qiymətinin hesablanmasına dair normativ hüquqi akt layihəsinin yekun variantı 30.12.2014-cü il tarixdə İÇ/2670 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ilə Respublikamızda biznes mühitinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin artırılması, ölkəmizin brendlərinin yaradılması və xarici bazarlarda təşviqi, xarici bazarlarda Azərbaycan mal və xidmətlərinin təşviqi və ixracın stimullaşdırılması da əsas istiqamətlər kimi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq, Satınalmalar üzrə Dövlət Agentliyi xarici ölkələrin mövcud dövlət satınalmaları bazarının və ixrac olunacaq ölkələrin dövlət satınalmalarının həyata keçirilməsi qaydalarının öyrənilməsi, toplanmış məlumatların potensial yerli istehsalçılara (malgöndərənlərə) çatdırılması, yerli məhsulların xarici ölkələrin dövlət satınalmaları bazarına çıxarılması və uğurla realizə olunması sahəsində İqtisadiyyat və Sənaye Nazirliyi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu məqsədlə Agentlik “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını rəhbər tutaraq “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi arasında iqtisadi əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu”nun layihəsini hazırlayaraq 01.12.2014 tarixli, İÇ/2285 saylı məktubla İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmişdir.

Eyni zamanda Agentlik Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunmuş tapşırıqların icrası üçün dövlət satıanlamaları sisteminin inkişaf istiqamətlərini müəyyən edən “2015-ci il üçün dövlət satınalmaları sisteminin Strateji Planı”nı hazırlamışdır.

Şəffaflığın və satınalmalar barədə informasiyanın yayılması məqsədilə satınalan təşkilatlar tərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçün Agentliyin 2014-cü ildə satınalan təşkilatlara göndərdiyi məktublar əsasında 200-ə yaxın satınalan təşkilatın 2015-cü il üçün satınalma planları barədə məlumatı dövlət satınalmalarının rəsmi internet saytında – www.tender.gov.az saytında yerləşdirəcəyi nəzərdə tutulmuşdur. Satınalma planlarına dair müddəalar “Dövlət satınalmaları haqqında Qanuna dəyişikliklər edilməsi barədə” Qanun layihəsində də öz əksini tapmışdır.

Elektron satınalma. Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli, 813 nömrəli Fərmanının 2-ci bəndinə müvafiq olaraq hazırlanmış “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsində, həmçinin Azərbaycan Respublikasının Prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015 ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə SDA-ya tapşırılmış tədbirlərin icrasının vəziyyəti və bunun üçün zəruri olan tələblərin təmin edilməsi ilə əlaqədar Agentlik 16 iyul 2014-cü il tarixdə 312 saylı məktubla RİTN-ə müraciət etmişdir.

Hazırda Agentliyin saytında “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”, “Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”, “Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”, “Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələri fəaliyyət göstərir, həmçinin:

  • Saytın xidmətlərindən istifadənin izahı üçün təlimat xarakterli videoçarxlar hazırlanaraq yerləşdirilmişdir.

  • Satınalan təşkilatların bütün tender elanları dərc edilir.

  • Satınalan təşkilatların elanlarının axtarış sisteminin göstəriciləri artırılmış və təkmilləşdirilmişdir.

  • Satınalan təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında məlumat verilir.

  • Qanunvericiliyə dəyişikliklər müntəzəm surətdə dərc etdirilir.

  • Xarici ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc olunur.

  • "Müqavilələrin reyestri" bölməsi yaradılmış, bölmədə bağlanılmış satınalma müqavilələri barədə bildirişlərin satınalan təşkilatlar tərəfindən yerləşdirilməsi üçün imkan yaradılmışdır.

  • Növbəti il üçün satınalma planlarının yerləşdirilməsi məqsədilə “Satınalma planları” yarımbölməsi yaradılmışdır.

  • Malgöndərənlər (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün zəruri işlər görülmüşdür.

  • Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət satınalmaları barədə elanların yerləşdirildiyi saytların linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya Almaniya, Fransa, İtaliya, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət satınalmaları üzrə rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının satınalmalar üzrə elanlarının yerləşdirildiyi saytın linki də aiddir.

Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər:

  • 11- 14 mart 2014-cü il tarixlərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (BMTƏMP) Davamlı Dövlət Satınalmalarına (DDS) münasibəti adlı 4 günlük təlim kursunda iştirak olunmuşdur.

  • 10 aprel 2014-cü il tarixində Tvinninq, TAİEX və SİGMA Alətlərinin Proqram İdarəetmə Qurumu və Aİ tərəfindən maliyyələşdirilən “Tvinninq, TAİEX və SİGMA Alətlərinin tətbiqinə dəstək (İTTSO)” layihəsi tərəfindən “Nəticələrə yönəldilmiş monitorinqlərin aparılması (ROM)” mövzusunda təlimdə iştirak edilmişdir.

  • 08-09 may 2014-cü il tarixlərdə Gürcüstanda Davamlı Dövlət Satınalmalarının tətbiqi ilə əlaqədar Tbilisi şəhərində keçirilmiş seminarda iştirak olunmuşdur.

  • 2014-cü ilin iyun ayında Belçikanın Brüssel şəhərində Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planına uyğun olaraq Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitənin növbəti iclasında iştirak olunmuşdur.

  • SDA və Avropa İttifaqının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - SİGMA-nın birgə əməkdaşlığı çərçivəsində 31 iyul və 01 avqust 2014-cü il tarixlərində “Dövlət satınalmaları haqqında yeni Aİ direktivləri” mövzusunda, 29 oktyabr 2014-cü il tarixdə isə “Azərbaycanda E-satınalmalar və Avropa təcrübəsi” mövzusunda satınalan təşkilatlar və satınalma mütəxəssisləri üçün təlim-seminarlar keçirilmişdir.

  • 22 sentyabr 2014-cü il tarixində “Bakı Biznes Mərkəzi”ndə Tvinninq, TAİEX və SİGMA Alətlərinin Proqram İdarəetmə Qurumu və Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda institutsional quruculuğa dəstək (SİBA)” adlı texniki yardım layihəsinin konfransında iştirak edilmişdir.

  • Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2013-cü il tarixli, 955 nömrəli Fərmanının 2-ci bəndinə əsasən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Ədliyyə Nazirliyi ilə birlikdə qanundan irəli gələn məsələlərin yoxlayıcı orqanlara və sahibkarlara izah edilməsi məqsədilə Şəki-Zaqatala iqtisadi rayonu üzrə Şəki şəhərində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” mövzusunda 09 oktyabr 2014-cü il tarixdə keçirilmiş təlimdə səlahiyyətli nümayəndənin iştirakı təmin edilmişdir.

Satınalmaların həyata keçirilməsində peşəkarlığın artırılması və metodiki köməklik: Satınalmalar üzrə Dövlət Agentliyi şəffaflığın artırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsi və satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eyni zamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. SDA-nın səlahiyyətli nümayəndələri il ərzində 91- dən çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tender komissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçıların suallarını cavablandırmışlar. Bununla yanaşı Agentliyin əməkdaşları Dünya Bankı və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə baş tutmuş “Dövlət satınalmaları və Müqavilələrin idarə olunması üzrə Təlim Proqramında iştirak edərək tədbirdə iştirak edən satınalan təşkilatların nümayəndələrinə satınalmalara dair geniş məlumat vermiş, onları maraqlandıran suallara cavab vermişlər.


Dövlət satınalmalarında güzəştli rejimdən istifadə: SDA tərəfindən yеrli istеhsаlın inkişаf еtdirilməsi və iхrаcın stimullаşdırılmаsı məqsədilə Nаzirlər Kаbinеtinin 28 оktyаbr 2002-ci il tаriхli, 165 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Güzəştlərin həcmi və tətbiqi» Qаydаsındа nəzərdə tutulmuş güzəştlərdən sаtınаlmа prоsеsində istifаdə еdilməmişdir.

Şikayətlərin baxılması: Dövlət sаtınаlmаlаrı üzrə tеndеrlərin təşkili və kеçirilməsi ilə əlаqədаr iddiаçılаr tərəfindən 55 şikаyət məktubu dахil оlmuşdur. Şikаyətlər, əsаsən, tеndеr prоsеdurlаrının təşkili və kеçirilməsi ilə əlаqəli оlmuş, qаldırılаn məsələlər Dövlət Аgеntliyi tərəfindən «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun VIII fəslinin tələblərinə uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı və nöqsаnlаrın аrаdаn qаldırılmаsı üçün sаtınаlаn təşkilаtlаrа müvаfiq tövsiyələr vеrilmiş və lаzımi mеtоdiki köməkliklər göstərilmişdir. Аrаşdırmаlаrın nəticələri bаrədə şikаyətçilər məlumаtlаndırılmışdır.

Dövlət satınalmalarında kоrrupsiyаnın qаrşısının аlınmаsı, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2014-cü ildə satınalmaların birbaşa müqavilələr (76 sayda) əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsаsındа aparılmasını tövsiyə etmişdir.

Ümumilikdə 2014-cü il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 9549 satınalma həyata keçirilmişdir1. Təqdim olunan yekun protokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1304092.9 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (1363542.76 min manat) 59449.86 min manatına və ya 4.36 faizinə qənaət edilmişdir. Qənaətin 49738.70 min manatı və ya 83.66 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 9711.16 min manatı və ya 16.34 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 8278 (ümumi sayın 86.69 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 175842.11 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1304092.9 min manat) cəmi 13.48 faizini təşkil etmişdir.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 8298 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1263601.57 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1212060.78 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 51540.79 min manatına və ya 4.08 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1108893.3 min manat, qənaət 43298.5 min manat və ya 3.90 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 154708.27 min manat, qənaət isə 8242.29 min manat və ya 5.33 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4440 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 724386.48 min manat təşkil etmiş və 755995.98 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 31609.50 min manatına və ya 4.18 faizinə qənaət edilmişdir.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3858 satınalma müsabiqələrində 507605.59 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 19931.29 min manatına və ya 3.93 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 13 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 276.78 min manat məbləğində vəsaitin 15.67 min manatına və ya 5.66 faizinə qənaət olunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1238 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 99664.41 min manat məbləğində ehtimal olunan qiymətinin 7893.4 min manatına və ya 7.925 faizinə qənaət olunmuşdur.



1 Sadalanan göstəricilər satınalan təşkilatlar tərəfindən Agentliyə təqdim edilmiş məlumatlarla məhdudlaşır. Agentliyə təqdim edilməmiş məlumatlar: - Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış vəsaitlər əsasında bağlanılmış müqavilələr, eləcə də satınalmaları barədə Agentliyə məlumat təqdim etməyən satınalan təşkilatlar tərəfindən həyata keçirilmiş satınalmalar barədə məlumatlar bura daxil deyildir.


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az