Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2015

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatları tərəfindən

2015-ci il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinə dair

HESABAT

 

Sаtınаlmаlаr üzrə Dövlət Аgеntliyi (SDA) «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа əsаslаnаrаq 2015-ci il ərzində  qаnunvеriciliyin təkmilləşdirilməsi, nоrmаtiv-hüquqi sənədlərin hаzırlаnmаsı, kоrrupsiyаnın qаrşısının аlınmаsı,  еlеktrоn dövlət sаtınаlmаlаrı sistеminin yаrаdılmаsı, dövlət təşkilаtlаrı tərəfindən mаllаrın (işlərin və хidmətlərin) sаtın аlınmаsı üzrə kеçirilən müsаbiqələrdə şəffаflığın аrtırılmаsı, bеynəlхаlq təşkilаtlаrlа əməkdаşlığın inkişаfı istiqаmətlərində öz fəаliyyətini gücləndirmiş və ədаlətli rəqаbətin təmin оlunmаsı üçün müvаfiq tədbirlər həyаtа kеçirmişdir.

     Qаnunvеricilik. Dövlət sаtınаlmаlаrındа kоrrupsiyа hаllаrının qаrşısının аlınmаsı,  sаtınаlmаlаr üzrə müsаbiqələrin аşkаrlıq, ədаlətli rəqаbət şərаitində təşkili və kеçirilməsində sаtınаlаn təşkilаtlаrın və yаrаdılаn tеndеr kоmissiyаlаrının məsuliyyətinin аrtırılmаsı, dövlət sаtınаlmаlаrındа еlеktrоn vаsitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikаyətlərin bахılmаsındа səmərəliliyin аrtırılması məqsədilə SDА qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Dövlət sаtınаlmаlаrındа kоrrupsiyа hаllаrının qаrşısının аlınmаsı,  sаtınаlmаlаr üzrə müsаbiqələrin аşkаrlıq, ədаlətli rəqаbət şərаitində təşkili və kеçirilməsində sаtınаlаn təşkilаtlаrın və yаrаdılаn tеndеr kоmissiyаlаrının məsuliyyətinin аrtırılmаsı, dövlət sаtınаlmаlаrındа еlеktrоn vаsitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikаyətlərin bахılmаsındа səmərəliliyin аrtırılması, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin  5 sentyabr 2012-ci il tarixli, 2421 nömrəli Sərəncamının 14-cü istiqaməti: Dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması bəndləri ilə Agentliyin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Аgеntlik hazırladığı “Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsinin əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılması istiqamətində fəaliyyətlər həyata keçirmişdir. Nəticədə Qanun Layihəsi əlaqədar dövlət qurumları: - İqtisadiyyat və Sənaye Nazirliyi, Ədliyyə Nazirliyi və Mərkəzi Bankla razılaşdırılmışdır.

Elektron satınalmaların tətbiqi istiqamətində müvafiq müddəalar da qeyd olunan Qanun layihəsində əks olunmuşdur.

     Qanun layihəsində:

ü Satınalmaların planlaşdırılması və satınalma planlarının rəsmi internet saytında    dərc olunması;

ü Elektron satınalmaların tətbiqinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi;

ü İddiaçılara ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması;

ü Ehtimal olunan qiymətin açıqlanması;

ü İddiaçıların sənəd təqdimi prosedurunun sadələşdirilməsi;

ü İddiaçıların qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə müqayisənin istisna edilməsi;

ü Tenderlərdə iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi xərcləri ilə məhdudlaşması;

ü Rəqabətsiz metodlardan istifadə imkanlarının məhdudlaşdırılması məsələləri öz əksini tapmışdır.

 

Tərəfimizdən təqdim edilən Qanun layihəsinin qəbul edilməsi dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsində satın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsinin qarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin daha keyfiyyətlə icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi riayət olunmasına, elektron satınalmaların tətbiqi üçün qanunvericilik bazasının başlıca istiqamətlərinin formalaşmasına, bununla da korrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitində inkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır.

Satınalmalar üzrə Dövlət Agentliyi dövlət satınalmalarının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə əlaqədar təkliflərini də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 12 fevral 2015-ci il tarixində təqdim etmiş, bu təklif cənab Prezident tərəfindən müsbət qarşılanaraq məsələnin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Satınalmalar üzrə Dövlət Agentliyi isə, öz növbəsində, bu sistemin tətbiqi üçün Azərbaycan Respublikası Prezidenti Administrasiyasına İÇ/293 saylı, 18.02.2015-ci tarixli məktubla, Nazirlər Kabinetinə isə İÇ/294 saylı, 18.02.2015-ci il tarixli və İÇ/330 saylı, 20.02.2015-ci il tarixli məktublarla təkliflərini təqdim etmişdir. 

Şəffaflığın və satınalmalar barədə informasiyanın yayılması məqsədilə satınalan təşkilatlar tərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçün Agentliyin 2014-cü ildə satınalan təşkilatlara göndərdiyi məktublar əsasında 600-dən  artıq satınalan təşkilatın 2015-ci il üçün satınalma planları barədə məlumatı dövlət satınalmalarının rəsmi internet saytında – www.tender.gov.az saytında yerləşdirilmişdir. Satınalma planlarına dair müddəalar “Dövlət satınalmaları haqqında Qanuna dəyişikliklər edilməsi barədə” Qanun layihəsində də öz əksini tapmışdır.

Rəsmi internet saytında (www.tender.gov.az) 2015-ci ildə Azərbaycan Respublikasında dövlət təşkilat və müəssisələri tərəfindən keçirilən müsabiqələr haqqında elektron bildirişlərin yerləşdirilməsi fasiləsiz təmin edilmişdır. Eyni zamanda 2015-ci ildən dövlət təşkilat və müəssisələri üçün öz satınalma planları haqqında məlumatları rəsmi internet saytına təqdim edib və  yerləşdirmək imkanı yaradılmış və həyata keçirilmişdir. Saytda olan məlumatlar mütəmadi olaraq yenilənir.

Yekun protokolların elektron bazasının formalaşdırılması zamanı qalib malgöndərən (podratçı) təşkilatın VÖEN-inin Vergilər Nazirliyinin müvafiq elektron bazası vasitəsilə onlayn yoxlanılması təmin edilmiş, istifadəçilərə bu bazadan olan əsas məlumatlarla (təşkilatın adı, satınalma predmetinin adı, satınalmanın məbləği və qalib şırkətin adı) müvafiq elektron xidmət təqdim edilməklə tanış olmaq imkanı yaradılmışdır. Xarici ölkələrin elektron dövlət satınalma təcrübəsi ilə tanışlıq davam etdirilmişdir .

Bu sahədə işlər 2015-ci ildə əsasən 3 istiqamətdə davam etdirilmişdir

  1.        Təqdim edilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, avtomatlaşdırılma səviyyəsinin genişləndirilməsi
  2.        Rəsmi internet www.tender.gov.az saytının təkmilləşdirilməsi
  3.       Mövcud elektron məlumat bazasının müasir tələblərə uyğunlaşdırılması

“Dövlət  orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanına əsasən Agentlik tərəfindən təqdim edilən elektron xidmətlər Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 2015-ci ildə qiymətləndirilmişdir. Göstərilən xidmətlərin səviyyəsi qənaətbəxş hesab edilərək onların təkmilləşdirilməsi üçün tədbirlər müəyyən edilib həyata keçirilmişdir:

- Server otağında yenidənqurma işləri görülmüş, təhlükəsizlik, havalandırma təmin edilmişdir;

- “Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi” elektron xidmətinin göstərilməsinin nəticəsi barədə istifadəçiyə elektron məlumat almaq imkanı yaradılmışdır;

- “Keçirilməsi  nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi” və “Keçirilmiş müsabiqələr və qalib malgöndərən(podratçı) haqqında məlumatların verilməsi” elektron xidmətlərinin uçotu məqsədilə onlayn statistik hesabat cədvəli saytda yaradılmışdır.

          Hazırda Agentliyin saytında “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”, “Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”, “Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”, “Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələri fəaliyyət göstərir, həmçinin:

·        Saytın xidmətlərindən istifadənin izahı üçün təlimat xarakterli videoçarxlar hazırlanaraq yerləşdirilmişdir.

·        Satınalan təşkilatların bütün tender elanları dərc edilir.

·        Satınalan təşkilatların elanlarının axtarış sisteminin göstəriciləri artırılmış və təkmilləşdirilmişdir.

·        Satınalan təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında məlumat verilir.

·        Qanunvericiliyə dəyişikliklər müntəzəm surətdə dərc etdirilir.

·        Xarici ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc olunur.

·        "Müqavilələrin reyestri" bölməsi yaradılmış, bölmədə bağlanılmış satınalma müqavilələri barədə bildirişlərin satınalan təşkilatlar tərəfindən yerləşdirilməsi üçün imkan yaradılmışdır.

·        Növbəti il üçün satınalma planlarının yerləşdirilməsi məqsədilə “Satınalma planları” yarımbölməsi yaradılmışdır.

·        Malgöndərənlər (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün zəruri işlər görülmüşdür.

·        Yerli şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət satınalmaları barədə elanların yerləşdirildiyi saytların linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya Almaniya, Fransa, İtaliya, Belçika, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrin dövlət satınalmaları üzrə rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının satınalmalar üzrə  elanlarının yerləşdirildiyi saytın linki də aiddir.

  Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər:

· 9 - 12 iyun 2015-ci il tarixində Gürcüstan Respublikasının Batumi şəhərində Dünya Bankının təşkilatçılığı ilə Ümumdünya Ticarət Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), SİGMA və UNCİTRAL-ın nümayəndələrinin iştirakı ilə keçirilmiş ənənəvi “11-ci Dövlət Satınalmaları Biliklər Mübadiləsi Forumu”nda Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etmişlər.

·  05-06 oktyabr 2015-ci il tarixlərdə, Filippinin Manila şəhərində yerləşən Asiya İnkişaf Bankının (AİB) baş qərargahında Asiya Sakit Okean Dövlət Elektron Satınalmalar Şəbəkəsinin Təqdimat Konfransı keçirilmişdir. AİB tərəfindən təşkil olunan konfransda, rəsmi dəvətə əsasən Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etmişlər.

·  20-22 oktyabr 2015-ci il tarixlərdə, Avstriyanın Vyana şəhərində yerləşən Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Birləşmiş Vyana İnstitutu (BVİ) ilə birgə  Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün Dövlət Satınalmaları üzrə Regional Seminar keçirilmişdir. ÜTT tərəfindən təşkil olunan konfransda, rəsmi dəvətə əsasən Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndəsi də iştirak etmişdir.

· 01-03 dekabr 2015-ci il tarixlərdə Avstriyanın Vyana şəhərində “Dövlət xərclərinin şəffaflığı və effektivliyinin ölçülməsi üçün E-satınalmalara dair məlumatlardan istifadə” mövzusunda forum keçirilmişdir. Dünya Bankı (DB) tərəfindən təşkil olunmuş forumda rəsmi dəvətə əsasən Satınalmalar üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak etmişlər.

·    Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Avropa Komissiyası ilə birgə Avropa İttifaqının TAİEX (Texniki yardım və informasiya mübadiləsi) aləti çərçivəsində “Dövlət qulluğunda motivasiya və qulluqda qalma” mövzusunda keçirdiyi seminarda  iştirak edilmişdir.

          Satınalmaların həyata keçirilməsində peşəkarlığın artırılması və metodiki köməklik: Satınalmalar üzrə Dövlət Agentliyi şəffaflığın artırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsi və satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eyni zamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsas istiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin artırılmasına yönəltmişdir. SDA-nın səlahiyyətli nümayəndələri il ərzində 58 - dən çox tender komissiyasının iclaslarında müşahidəçi qismində iştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tender komissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçıların suallarını cavablandırmışlar.

           2015-ci il ərzində Satınalmalar üzrə Dövlət Agentliyi  bir sıra satınalan təşkilatlarda keçirilmiş satınalmaların və bağlanmış satınalma müqavilələrinin icrasının qanunvericiliyə uyğun təşkilinə nəzarəti həyata keçirmişdir:

· Dövlət Miqrasiya Xidməti tərəfindən 2013, 2014, 2015-ci illər (01.07.2015-ci ilədək) üzrə keçirilmiş satınalmaların və bağlanmış satınalma                müqavilələrinin icrasının qanunvericiliyə uyğun təşkilinin səviyyəsi yoxlanılmış və müvafiq Arayış hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edilmişdir;

 

·  Bakı Metropoliteni QSC tərəfindən 2013, 2014 və 2015-ci illər (01.07.2015-ci ilədək) üzrə keçirilmiş satınalmaların və bağlanmış satınalma müqavilələrinin icrası zamanı satınalmalar haqqında qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasının təhlili aparılmışdır və aparılmış təhlillərin nəticələri barədə Arayış hazırlanaraq Azəraycan Respublikasının Prezidenti Administrasiyasına təqdim edilmişdir.

 

Dövlət satınalmalarında güzəştli rejimdən istifadə: SDA tərəfindən yеrli istеhsаlın inkişаf еtdirilməsi və iхrаcın stimullаşdırılmаsı məqsədilə Nаzirlər Kаbinеtinin 28 оktyаbr 2002-ci il tаriхli, 165 nömrəli Qərаrı ilə təsdiq еdilmiş «Güzəştlərin həcmi və tətbiqi» Qаydаsındа nəzərdə tutulmuş güzəştlərdən sаtınаlmа prоsеsində istifаdə еdilməmişdir.

Şikayətlərin baxılması: Dövlət sаtınаlmаlаrı üzrə tеndеrlərin təşkili və kеçirilməsi ilə əlаqədаr iddiаçılаr tərəfindən 24 şikаyət məktubu dахil оlmuşdur. Şikаyətlər, əsаsən, tеndеr prоsеdurlаrının təşkili və kеçirilməsi ilə əlаqəli оlmuş, qаldırılаn məsələlər Dövlət Аgеntliyi tərəfindən «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun VIII fəslinin tələblərinə uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı və nöqsаnlаrın аrаdаn qаldırılmаsı üçün sаtınаlаn təşkilаtlаrа müvаfiq tövsiyələr vеrilmiş və lаzımi mеtоdiki köməkliklər göstərilmişdir. Аrаşdırmаlаrın nəticələri bаrədə şikаyətçilər məlumаtlаndırılmışdır.

Dövlət satınalmalarında kоrrupsiyаnın qаrşısının аlınmаsı, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi məqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2015-ci ildə satınalmaların birbaşa müqavilələr (37 sayda) əsasında həyata keçirilməsi barədə satınalan təşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqə əsаsındа aparılmasını tövsiyə etmişdir.

Ümumilikdə 2015-ci il ərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 8334 satınalma həyata keçirilmişdir [1] . Təqdim olunan yekun protokollara əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1326933,06 min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin (1380719,12 min manat) 53786,06 min manatına və ya 3.90 faizinə qənaət edilmişdir. Qənaətin 43434.09 min manatı və ya 80.75 faizi tender üsulu ilə keçirilən satınalmalarda, 10351.97 min manatı və ya 19.25 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 6848 (ümumi sayın 82.17 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 151260.12  min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1326933.06 min manat) cəmi 11.40 faizini təşkil etmişdir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Möhtərəm cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqi zamanı bildirdiyi “Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir”,”Büdcə xərclərinin strukturuna yenidən baxılmalıdır və büdcə vəsaiti qənaətlə xərclənməlidir. Bir sözlə, maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir” kimi fikirlərini Agentlik öz fəaliyyətində rəhbər tutaraq bir sıra tədbirlər həyata keçirmişdir. Bu tədbirlər əsasında fəaliyyətini təşkil etmiş satınalan təşkilatların 2015-ci ilin sonuncu rübü ərzində həyata keçirdiyi müsabiqələrdə qənaət 12,2% (11140618.23 manat) həcmində olmuşdur.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 6930 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1137770.86 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1091241.76 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 46529.10 min manatına və ya 4.09 faizinə qənaət olunmuşdur. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1014154.58 min manat, qənaət 38275.14 min manat və ya 3.77 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 123616.28 min manat, qənaət isə 8253.96 min manat və ya 6.68 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3571 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 606843.46 min manat təşkil etmiş və 637134.94 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 30291.48 min manatına və ya 4.75 faizinə qənaət edilmişdir.

Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3359 satınalma müsabiqələrində 500635.92 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 16237.62 min manatına və ya 3.24 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 14 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 34169.64 min manat məbləğində vəsaitin 2776.08 min manatına və ya 8.12 faizinə qənaət olunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1390 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 208778.62 min manat məbləğində ehtimal olunan qiymətinin 4480.9 min manatına və ya 2.15 faizinə qənaət olunmuşdur.

 



[1] Sadalanan göstəricilər satınalan təşkilatlar tərəfindən Agentliyə təqdim edilmiş məlumatlarla məhdudlaşır. Agentliyə təqdim edilməmiş məlumatlar: - Nazirlər Kabinetinin sərəncamı ilə ayrılmış vəsaitlər əsasında bağlanılmış müqavilələr, eləcə də satınalmaları barədə Agentliyə məlumat təqdim etməyən satınalan təşkilatlar tərəfindən həyata keçirilmiş satınalmalar barədə məlumatlar bura daxil deyildir.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az