Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2016

2016-cı il ərzində dövlət müəssisə və təşkilatları tərəfindən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasına dair

HESABAT

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən təqdim olunan və müvafiq qaydada qeydiyyata alınan yekun protokollara əsasən 2016-cı il ərzində müsabiqə yolu ilə 7772 satınalma həyata keçirilmişdir. Qeyd olunan yekun protokollara əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 1706,8 milyon manat təşkil etmiş, satınalma predmetinin ehtimal olunan qiymətinin (1836,2 milyon manat) 129,5 milyon manatına və ya 7,1 faizinə qənaət edilmişdir. Qənaətin 117,5 milyon manatı və ya 90,7 faizi tender üsulu ilə, 5,4 milyon manatı və ya 4,2 faizi təkliflər sorğusu üsulu ilə, 6,6 milyon manatı və ya 5,1 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 5766 (ümumi sayın 74,2 faizi) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 121,0 milyon manat və ya müsabiqə əsasında keçirilən dövlət satınalmaları nəticəsində bağlanan satınalma müqavilələrinin ümumi məbləğinin (1706,8 milyon manat) cəmi 7,1 faizini təşkil etmişdir.

Hesabat dövründə dövlət büdcəsinin vəsaiti hesabına 6831 müsabiqə keçirilmişdir. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1499,8 milyon manat, bağlanan satınalma müqavilələrinin qiyməti 1404,6 milyon manat təşkil etmiş, dövlət vəsaitinin 95,2 milyon manatına və ya 6,4 faizinə qənaət olunmuşdur. Bundan tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1323,0 milyon manat, qənaət 85,5 milyon manat və ya 6,5 faiz, təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 70,0 milyon manat, qənaət 4,4 milyon manat və ya 6,3 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 106,5 milyon manat, qənaət 5,4 milyon manat və ya 5,0 faiz təşkil etmişdir. O cümlədən:

- Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 5342 satınalma müsabiqəsi nəticəsində bağlanan müqavilələrin qiyməti 1235,7 milyon manat təşkil etmiş, 1325,9 milyon manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 90,2 milyon manatına və ya 6,8 faizinə qənaət edilmişdir;

- Respublikanın şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 1489 satınalma müsabiqələrində 173,9 milyon manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 5,0 milyon manatına və ya 2,9 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 32  satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 209,8 milyon manat məbləğində vəsaitin 9,7 milyon manatına və ya 4,6 faizinə qənaət olunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 909 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 126,6 milyon manat məbləğində ehtimal olunan qiymətinin 24,6 milyon manatına və ya 19,4 faizinə qənaət olunmuşdur.

Dövlət satınalmalarında sövdələşmə hallarının qаrşısının аlınmаsı, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlər və aparılmış maarifləndirmə işləri nəticəsində malgöndərənlərin (podratçıların) dövlət satınalmaları sisteminə etibarı və inamı artmışdır. Hesabat dövründə dövlət müəssisə və təşkilatları tərəfindən keçirilən satınalmaların təşkilinə dair iddiaçılardan 46 şikayət daxil olmuşdur. Şikayət məktublarında qаldırılаn məsələlər «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununa uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrıseçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara qanunvericiliyin tələblərinə uyğun tövsiyələr verilmişdir.

 “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin satınalan təşkilatlara izah edilməsi və onların satınalma prosedurlarının təşkilinə cəlb olunan mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrinin artırılması, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş təbliği, satınalan təşkilatların satınalmaların təşkili və həyata keçirilməsində yaranan suallarının operativ cavablandırılması, müsabiqə prosedurlarının yekun sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə satınalan təşkilatların mütəxəssisləri üçün təlimlərin keçirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının 1000-ə yaxın əməkdaşları üçün təlimlər təşkil olunmuş, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri barədə məlumatlar 670-ə qədər satınalan təşkilatların elektron ünvanlarına göndərilmişdir.

Dövlət satınalmalarını tənzimləyən mövcud qanunvericiliyin təkmilləşdirilməsi, onun beynəlxalq tələblərə uyğunlaşdırılması, dövlət satınalma prosedurlarında müasir satınalma üsullarının tətbiqi məqsədilə yeni qanunun ilkin layihəsi hazırlanaraq rəy və təkliflərin təqdim olunması məqsədilə Maliyyə Nazirliyinə, Ədliyyə Nazirliyinə, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının və Dünya Bankının Azərbaycandakı nümayəndəliklərinə göndərimişdir.

Hazırlanan Qanun Layihəsində aşağıdakı məsələlər əhatə olunmuşdur:

- dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsi, bu məqsədlə dövlət                         satınalmalarının vahid internet portalının yaradılması;

- satınalma müqavilələrinin vahid reyestrinin formalaşdırılması;

- etibarsız malgöndərənlərin (podratçıların) siyahısının hazırlanması;

- açıq tenderdən yayınmaların qarşısının alınması məqsədilə dövlət satınalmalarının əvvəlcədən   planlaşdırılması və bu planların büdcə ili başlananadək dövlət satınalmalarının vahid internet       portalında yerləşdirilməsi;

- satınalma prosedurlarında korrupsiya hallarının qarşısının alınması məqsədilə malgöndərənin     (podratçının) rüşvət verməsi, qeyri-bərabər rəqabət üstünlüyü və maraqların ziddiyyətinə görə       satınalma prosedurlarından kənarlaşdırılması;

- satınalan təşkilatların dövlət satınalma prosedurlarına cəlb olunan əməkdaşlarının davranış         kodeksinin qəbul olunması;

- çərçivə sazişləri və rəqabətli danışıqlar prosedurlarının tətbiqi;

- şikayətlərin verilməsi və baxılması prosedurlarının təkmilləşdirilməsi.

Qeyd olunan müddəaların tətbiqi dövlət satınalma prosedurlarının müasir telekommunikasiya vasitələrindən istifadə etməklə daha səmərəli təşkil olunmasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına, satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyin tələblərinə daha ciddi əməl olunmasına, bununla da dövlət vəsaitlərinin daha qənaətlə istifadəsinə şərait yaradacaqdır.

 

 

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az