Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 




Lənkəran Dövlət Universitetində istehlakçı hüquqları ilə bağlı maarifləndirmə

Oktyabrın 21-də Lənkəran Dövlət Universitetində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda tədbir keçirilib.
Təhsil müəssisəsinin 150-dən çox müəllim və tələbənin iştirakı ilə keçən seminarda məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə olub. 

Seminarda "İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər" mövzusunda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin  əhəmiyyətindən danışıb, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, istehlakçıların maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edən müxtəlif konfrans və seminarlar təşkil edilir, KİV-lərdə istehlakçı hüquqları ilə bağlı maarifləndirici məlumatlar yayılır, ticarət və ictimai-iaşə obyektlərinin xidmət personalı üçün təlimlər keçirilir, istehlakçı hüquqlarına dair müxtəlif əyani vəsaitlər paylanılır.
Seminar iştirakçılarına istehlakçıların hüquqları sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, iştirakçılara maarifləndirici materiallar paylanıb. 





İstehlakçı hüquqları barədə növbəti tədbir – bu dəfə tələbələr üçün

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda növbəti tədbir oktyabrın 18-də Azərbaycan Milli Konservatoriyasında keçirib. Tədbirdə 100-dən çox müəllim və tələbə iştirak edib.

İştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik bazası, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Seminarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb və onlara istehlakçı hüquqlarına dair maarifləndirici  materiallar paylanıb.





Səhiyyə və Ədliyyə nazirliklərinin mütəxəssisləri üçün təlimlər keçirilib

Oktyabrın 4-5-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində Səhiyyə və Ədliyyə nazirliklərinin dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 80-dan artıq mütəxəssis iştirak edib.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin maarifləndirilməsi və onların nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunan tədbirdə Dövlət Xidmətinin əməkdaşları tərəfindən “Satınalma prosesi rəqabət, ədalət və səmərəlilik” və “Dövlət satinalmaları sahəsində mövcud qanunvericilik və onun tətbiqi prosedurları” mövzularında ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb. 





Dövlət satınalmalarına cəlb olunan mütəxəssislər maarifləndirilir

Mərkəzi icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün maarifləndirmə tədbirləri davam edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təşkil olunan "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda növbəti təlimlər 28-29 sentyabr tarixlərində keçirilib. Təlimlərdə 100-dən artıq mütəxəssis iştirak edib.

İştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədi ilə təşkil edilir.




, Sonrakı xəbərlər


    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az