Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2013

   

Azərbaycan Respublikasının dövlət müəssisə və təşkilatlarıtərəfindən

2013-cü il ərzində keçirilmiş dövlət satınalmalarının nəticələrinədair

HESABAT


Satınalmalar üzrə DövlətAgentliyi (SDA) «Dövlət satınalmaları haqqında» Azərbayjan RespublikasıQanununa əsaslanaraq 2013-jü il ərzində qanunvericiliyin təkmilləşdirilməsi,normativ-hüquqi sənədlərin hazırlanması, korrupsiyanın qarşısının alınması,elektron dövlət satınalmaları sisteminin yaradılması, dövlət təşkilatlarıtərəfindən malların (işlərin və xidmətlərin) satın alınması üzrə keçirilənmüsabiqələrdə şəffaflığın artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığıninkişafı istiqamətlərində öz fəaliyyətini güjləndirmiş və ədalətli rəqabətintəmin olunması üçün müvafiq tədbirlər həyata keçirmişdir.

Qanunvericilik. Dövlət satınalmalarında korrupsiya hallarınınqarşısının alınması, satınalmalar üzrə müsabiqələrin aşkarlıq, ədalətli rəqabətşəraitində təşkili və keçirilməsində satınalan təşkilatların və yaradılantender komissiyalarının məsuliyyətinin artırılması, dövlət satınalmalarındaelektron vasitələrin tətbiqi ilə şəffaflığın və iştirakçılığın, şikayətlərinbaxılmasında səmərəliliyin artırılması məqsədilə SDA qanunvericiliyintəkmilləşdirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Dövlət satınalmalarındakorrupsiya hallarının qarşısının alınması, satınalmalar üzrə müsabiqələrinaşkarlıq, ədalətli rəqabət şəraitində təşkili və keçirilməsində satınalantəşkilatların və yaradılan tender komissiyalarının məsuliyyətinin artırılması,dövlət satınalmalarında elektron vasitələrin tətbiqi ilə şəffaflığın vəiştirakçılığın, şikayətlərin baxılmasında səmərəliliyin artırılması “AçıqHökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nıntəsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr2012-ci il tarixli, 2421 nömrəli Sərəncamının 14-cü istiqaməti: Dövlətsatınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması bəndləri iləAgentliyin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədiləАэентлиk hazırladığı “Dövlət satınalmaları haqqında Azərbaycan RespublikasıQanununa əlavə və dəyişikliklər edilməsi barədə” Qanun layihəsini İÇ/1784saylı, 06.09.2013 tarixli və İÇ/2470 saylı 04.12.2013 tarixli məktublarlaAzərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etmişdir. Elektronsatınalmaların tətbiqi istiqamətində müvafiq müddəalar da qeyd olunan Qanunlayihəsində əks olunmuşdur.

 Qanun layihəsində:

  •  Satınalmaların  planlaşdırılması və satınalma planlarının rəsmi internet  saytında dərc olunması;
  •  Elektron  satınalmaların tətbiqinin ümumi prinsiplərinin  müəyyənləşdirilməsi;
  •  İddiaçılara  ayrı-seçkiliyin tətbiqini istisna edən mühitin təmin olunması;
  •  Ehtimal  olunan qiymətin açıqlanması;
  •  İddiaçıların  sənəd təqdimi prosedurunun sadələşdirilməsi;
  •  İddiaçıların  qiymətləndirilməsi zamanı tələb olunmayan göstəricilər üzrə  müqayisənin istisna edilməsi;
  •  Tenderlərdə  iştirak haqqının tender elanı xərcləri, tender sənədlərinin  çoxaldılması, paylanması və ehtiyac olduğu hallarda tərcüməsi  xərcləri ilə məhdudlaşması;
  •  Rəqabətsiz  metodlardan istifadə imkanlarının məhdudlaşdırılması  məsələləri öz əksini tapmışdır.

Tərəfimizdən təqdimedilən Qanun layihəsinin qəbul edilməsi dövlət vəsaitlərindən daha səmərəli vəqənaətlə istifadəyə, nəzarətdən yayınmanın qarşısının alınması nəticəsindəsatın alınan malların (işlərin və xidmətlərin) qiymətlərinin şişirdilməsininqarşısının alınmasına, satınalmalar nəticəsində bağlanmış müqavilələrin dahakeyfiyyətlə icrasına, dövlət satınalmaları sahəsində şəffaflığın artmasına,satınalma prosedurlarında və müqavilələrin icrasında qanunvericiliyintələblərinə daha ciddi riayət olunmasına, elektron satınalmaların tətbiqi üçünqanunvericilik bazasının başlıca istiqamətlərinin formalaşmasına, bununla dakorrupsiya imkanlarının məhdudlaşdırılmasına, sahənin sağlam rəqabət mühitindəinkişafına və şəffaflığın təmin edilməsinə şərait yaradacaqdır. Qanun layihəsiilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarından rəylər alınmışdır. Rəylərindaxil olması yekunlaşdıqdan sonra rəylərdə göstərilmiş irad və təkliflər nəzərəalınaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər həyatakeçiriləcəkdir.

Eyni zamanda, Agentliktərəfindən “Keçirilmiş müsabiqələr vəqalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi üzrə elektronxidmətin inzibati reqlamenti” və “Keçirilməsi nəzərdə tutulan dövlətsatınalmalarına dair məlumatların verilməsi üzrə elektron xidmətin inzibatireqlamenti” hazırlanaraq təsdiq olunmuşdur. İÇ/2114 saylı, 21.10.2013 tarixliməktubla Ədliyyə Nazirliyinə təqdim edilmiş, İnzibati reqlamentlər ƏdliyyəNazirliyi tərəfindən hüquqi aktların Dövlət Reyestrinə daxil edilmiş və www.huquqiaktlar.gov.azsəhifəsində yerləşdirilmişdir.

Həmçinin, “Dövlətsatınalmalarında etibarsız malgöndərənlərin (podratçıların) reyestrininaparılması Qaydaları” layihəsi hazırlanaraq İÇ/2250 saylı, 08.11.2013 tarixliməktubla Ədliyyə Nazirliyinə təqdim edilmişdir.

USAİD mütəxəssisləri iləəməkdaşlıq çərçivəsində “Satınalma müqavilələrinin qeydiyyatı” və “Ehtimalolunan qiymətin hesablanması”na dair təlimatlar hazırlanmışdır.

Şəffaflığın vəsatınalmalar barədə informasiyanın yayılması məqsədilə satınalan təşkilatlartərəfindən illik satınalma planlarının hazırlanması və dərc olunması üçünAgentlik 2012-ci ildə satınalan təşkilatlara göndərdiyi məktublara aldığıcavablar əsasında 130 satınalan təşkilatın 2013-cü il üçün satınalma planlarıbarədə məlumatı dövlət satınalmalarının rəsmi internet saytında – www.tender.gov.azsaytında yerləşdirmişdir. Satınalma planlarına dair müddəalar “Dövlətsatınalmaları haqqında Qanuna dəyişikliklər edilməsi barədə” Qanun layihəsindədə öz əksini tapmışdır.

 Elektron satınalma. Azərbaycan Respublikası Prezidentinin 5 fevral2013-cü il tarixli, 813 nömrəli Fərmanının 2.1-ci bəndinə müvafiq olaraqhazırlanmış “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətləringenişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”layihəsində SDA-ya aid tədbirlərin texniki-iqtisadi əsaslandırılmasına dairməlumatlar Agentlik tərəfindən Maliyyə Nazirliyinin təqdim etdiyi formaya uyğunolaraq İÇ/2251 saylı, 08.11.2013 tarixli məktubla RİTN-ə təqdim edilmişdir.

Hazırda Agentliyinsaytında “Standart tender sənədləri”, “Satınalma müqaviləsinin nümunəsi”,“Şikayətlər barədə məlumatlar”, “Etibarsız malgöndərənlərin siyahısı”,“Keçirilmiş müsabiqələrin reyestri”, “Güzəştlərin həcmi və tətbiqi”,“Hesabatlar”, “Sual-cavab”, “Təlim”, “Qanunvericilik” və s. bölmələri fəaliyyətgöstərir, həmçinin:

  • Satınalan  təşkilatların bütün tender elanları dərc edilir;
  •  Satınalan  təşkilatlar tərəfindən keçirilmiş satınalmalar haqqında  məlumat verilir;
  •  Qanunvericiliyə  dəyişikliklər müntəzəm surətdə dərc etdirilir;
  •  Xarici  ölkələrdə keçirilən tenderlər haqqında məlumat dərc  olunur.
  •  "Müqavilələrin  reyestri" bölməsi yaradılmış, bölmədə bağlanılmış  satınalma müqavilələri barədə bildirişlərin satınalan  təşkilatlar tərəfindən yerləşdirilməsi üçün imkan  yaradılmışdır.  
  •  Növbəti  il üçün satınalma planlarının yerləşdirilməsi məqsədilə  “Satınalma planları” yarımbölməsi yaradılmışdır.
  •  Malgöndərənlər  (podratçılar) tərəfindən şikayətlərin Dövlət Agentliyinə  elektron formada təqdim edilməsi, tələb olunan sənədlərin  skan edilmiş surətlərinin elektron formada qəbul edilməsi, bu  barədə göndərən şəxsə təsdiqetmə bildirişinin  göndərilməsi və həmin sənədlərə qanunvericiliklə müəyyən  edilmiş qaydada və müddətdə baxılmasını təmin etmək üçün  zəruri işlər görülmüşdür.
  •  Yerli  şirkətlərin xarici ölkələrin dövlət satınalmalarında  iştirakını stimullaşdırmaq üçün xarici ölkələrin dövlət  satınalmaları barədə elanların yerləşdirildiyi saytların  linkləri də Agentliyin saytında yerləşdirilmişdir. Buraya  Almaniya, Fransa, İtaliya, Belçika, Türkiyə, Rusiya, Ukrayna,  Qazaxıstan və digər ölkələrin dövlət satınalmaları üzrə  rəsmi saytlarının linkləri, həmçinin Dünya Bankının  satınalmalar üzrə elanlarının yerləşdirildiyi saytın linki  də aiddir.
  • Təcrübə Mübadiləsi: Dövlət satınalmalarının təkmilləşdirilməsi və inkişaf etmiş ölkələrin müasir satınalma təcrübələrinə uyğunlaşdırılması üçün Agentliyin əməkdaşları bir sıra tədbirlərdə iştirak etmişlər:
  •  SDA  və SİGMA-nın birgə əməkdaşlığı çərçivəsində 21 fevral  2013-cü il tarixdə “Dövlət satınalmalarının  planlaşdırılması və təşkili”, 17 aprel 2013-cü il tarixdə  “Dövlət satınalmalarının monitorinqi” mövzularında  satınalan təşkilatlar və satınalma mütəxəssisləri üçün  seminarlar keçirilmişdir.  
  •  USAİD  mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində cari ilin  15,16,18 aprel tarixlərində Agentliyin əməkdaşları üçün  “Ehtimal olunan qiymətin hesablanması”na dair seminar  keçirilmişdir. Həmçinin, “Dövlət satınalmaları haqqında”  Qanuna dəyişikliklərlə bağlı hazırlanmış Qanun layihəsində  qeyd olunan istiqamət üzrə də müddəalar nəzərdə  tutulmuşdur.
Satınalmaların həyata keçirilməsindəpeşəkarlığın artırılması və metodiki köməklik: Satınalmalar üzrə Dövlət Agentliyi şəffaflığınartırılması məqsədilə dövlət satınalmalarını tənzimləyən normativ-hüquqisənədlərin geniş yayılması, həmin sənədlərə dair ətraflı izahatların verilməsivə satınalmaların təşkilində yaranan çətinliklərin aradan qaldırılması, eynizamanda elektron satınalmaların təşkili ilə əlaqədar fəaliyyətinin əsasistiqamətini dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisassəviyyələrinin artırılmasına yönəltmişdir. SDA-nın səlahiyyətli nümayəndələriil ərzində 108-dən çox tender komissiyasının iclaslarında müşahidəçi qismindəiştirak edərək prosedur qaydalarına dair məsləhət və tövsiyələr vermiş, tenderkomissiyalarının üzvlərinə lazımi metodiki köməklik göstərmiş və iddiaçılarınsuallarını cavablandırmışlar.

Dövlət satınalmalarındagüzəştli rejimdən istifadə: SDA tərəfindənyerli istehsalın inkişaf etdirilməsi və ixracın stimullaşdırılması məqsədiləNazirlər Kabinetinin 28 oktyabr 2002-ci il tarixli, 165 nömrəli Qərarı ilətəsdiq edilmiş «Güzəştlərinhəcmi və tətbiqi» Qaydasında nəzərdətutulmuş güzəştlərdən satınalma prosesindı istifadə edilməmişdir.

Şikayətlərin baxılması:  Dövlət satınalmaları üzrə tenderlərintəşkili və keçirilməsi ilə əlaqədar iddiaçılar tərəfindən 8 şikayət məktubudaxil olmuşdur. Şikayətlərəsasən tender prosedurlarının təşkili və keçirilməsiilə əlaqəli olmuş, qaldırılan məsələlər Dövlət Agentliyi tərəfindən «Dövlət Satınalmaları haqqında» Azərbaycan Respublikası tərəfindən Qanunun VIIIfəslinin tələblərinə uyğun araşdırılmış, müsabiqələrin obyektiv şəraitdəaparılması və nöqsanların aradan qaldırılması üçün satınalan təşkilatlaramüvafiq tövsiyyələr verilmiş və lazımi metodiki köməkliklər göstərilmişdir.Araşdırmaların nəticələri barədə şikayətçilər məlumatlandırılmışdır.

Dövlət satınalmalarında korrupsiyanın qarşısınınalınması, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsiməqsədilə SDA öz səlahiyyətləri çərçivəsində 2013-cü ildə satınalmalarınbirbaşa müqavilələr (93 sayda) əsasında həyata keçirilməsi barədə satınalantəşkilatların müraciətlərinə cavab olaraq həmin satınalmaların müsabiqəəsasında aparılmasını tövsiyyə etmişdir.

Ümumilikdə 2013-cü ilərzində respublikanın dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yoluilə 12.412 satınalma həyata keçirilmişdir1.Təqdim olunan yekunprotokollarına əsasən bağlanan satınalma müqavilələrinin qiyməti 2.041.309,39min manat təşkil etmişdir və satınalma predmetinin ehtimal olunan qiymətinin(2.161.798,77 min manat) 120.489,38 min manatına və ya 5,57 faizinə qənaətedilmişdir. Qənaətin 110.087.5 min manatı və ya 91,37 faizi tender üsulu iləkeçirilən satınalmalarda, 10.401,88 min manatı və ya 8,63 faizi isə kotirovkasorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdırki, kotirovka sorğusu üsulu ilə 10.991 (ümumi sayın 88,55 faizi) müsabiqəkeçirildiyinə baxmayaraq, onların ümumi məbləği 181.597,23 min manat və ya keçiriləndövlət satınalmalarının ümumi məbləğinin (2.041.309,39 min manat) cəmi 8,9faizini təşkil etmişdir.

Dövlət büdcəsininvəsaiti hesabına aparılan satınalmalarda 11.430 müsabiqə keçirilmişdir.Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti1.939.651,63 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti1.826.219,01 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin113.432,62 min manatına və ya 5,85 faizinə qənaət olunmuşdur. Bundan, tenderüsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1.768.090,14 minmanat, qənaət 104.219,61 min manat və ya 5,89 faiz, kotirovka sorğusu üsulu iləkeçirilən satınalmalarda ehtimal olunan qiymət 171.561,49 min manat, qənaət isə9.213,01 min manat və ya 5,37 faiz təşkil etmişdir, o cümlədən:

Nazirlik, komitə, dövlətmüəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş6420 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 999.764,51 minmanat təşkil etmiş və 1.038.937,13 min manat məbləğində tender predmetininehtimal olunan qiymətinin 39744,34 min manatına və ya 3,77 faizinə qənaətedilmişdir.

Respublikanın şəhər vərayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digərtəşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 5010satınalma müsabiqələrində 900.714,5 min manat məbləğində olan tenderpredmetinin ehtimal olunan qiymətinin 74.260,0 min manatına və ya 8,24 faizinəqənaət edilmişdir.

Dövlət müəssisə vətəşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, Beynəlxalqmaliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 30satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrəayrılmış 46.807,33 min manat məbləğində vəsait üzrə qənaət olunmamışdır.

Dövlət müəssisə və təşkilatlarınınxüsusi vəsaitləri hesabına 952 satınalma müsabiqəsi həyata keçirilmişdir.Satınalma predmetlərinin 175.339,81 min manat məbləğində ehtimal olunanqiymətinin 8984,5 min manatına və ya 5,12 faizinə qənaət olunmuşdur.



 1  Sadalanangöstəricilər satınalan təşkilatlar  tərəfindənAgentliyə təqdim edilmiş məlumatlarla məhdudlaşır.  Agentliyə təqdim edilməmiş məlumatlar: -Nazirlər  Kabinetinin sərəncamı iləayrılmış vəsaitlər əsasında  bağlanılmışmüqavilələr, eləcə də satınalmaları barədə  Agentliyə məlumat təqdim etməyən satınalantəşkilatlar  tərəfindən həyata keçirilmişsatınalmalar barədə məlumatlar  buradaxil deyildir.

 

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az