Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Hesabat 2017

2017-ci il ərzindədövlətmüəssisə və təşkilatları tərəfindən dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasına dair

HESABAT

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dövlət müəssisə və təşkilatları tərəfindən təqdim olunan və müvafiq qaydada qeydiyyata alınan yekun protokollara əsasən 2017-ci il ərzində müsabiqə yolu ilə 7630 satınalma həyata keçirilmişdir. Sözügedən yekun protokollara əsasən bağlanan satınalma müqavilələrinin qiyməti1.799,3 milyon manat təşkil etmiş, satınalma predmetinin ehtimal olunan qiymətinin (1.945,1 milyon manat) 145,8 milyon manatına və ya 7,5 faizinə qənaət edilmişdir. Qənaətin 132,9 milyon manatı və ya 91,2 faizi açıq tender üsulu ilə,6,9 milyon manatı və ya 4,7 faizi təkliflər sorğusu üsulu ilə, 6,0 milyon manatı və ya 4,1 faizi isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunmuşdur. Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 5471 (ümumi sayın 71,7 faizi) müsabiqə keçirilməsinə baxmayaraq, onların ümumi məbləği 125,8 milyon manat və ya müsabiqə əsasında keçirilən dövlət satınalmaları nəticəsində bağlanan satınalma müqavilələrinin ümumi məbləğinin (1.799,3 milyon manat) cəmi 7,0 faizini təşkil etmişdir.

Hesabat dövründə dövlət büdcəsinin vəsaiti hesabına 5813 müsabiqə keçirilmişdir .Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1.318,9 milyon manat, bağlanan satınalma müqavilələrinin qiyməti 1.232,3 milyon manat təşkil etmiş, büdcə vəsaitinin 86,6 milyon manatına və ya 6,6 faizinə qənaət olunmuşdur. Bundan açıq tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1.063,8 milyon manat, qənaət 76,4 milyon manat və ya 7,2 faiz, təkliflər sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 161,2 milyon manat, qənaət 6,2 milyon manat və ya 3,9 faiz, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 93,9 milyon manat, qənaət 4,1 milyon manat və ya 4,3 faiz təşkil etmişdir. O cümlədən:

-  Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4263 satınalma müsabiqəsi nəticəsində bağlanan müqavilələrin qiyməti 955,5 milyon manat təşkil etmiş, 1.036,4 milyon manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 80,9 milyon manatına və ya 7,8 faizinə qənaət edilmişdir;

-  Respublikanın şəhər və rayon icra hakimiyyəti orqanları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 1550 satınalma müsabiqələrində 282,5 milyon manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 5,7 milyon manatına və ya 2,0 faizinə qənaət edilmişdir.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollara əsasən beynəlxalq maliyyə-kreditqurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 117 satınalma üzrə müsabiqə həyata keçirilmişdir. Satınalma predmetləri üzrə ayrılmış 260,1 milyon manat məbləğində vəsaitin 33,3 milyon manatına və ya 12,8 faizinə qənaə tolunmuşdur.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1700 satınalma müsabiqəsi həyata keçirilmişdir. Satınalma predmetlərinin 366,1 milyon manat məbləğində ehtimal olunan qiymətinin 25,9 milyon manatına vəya 7,1 faizinə qənaət olunmuşdur.

Dövlət satınalmalarında sövdələşmə hallarının qаrşısının аlınmаsı, şəffaflığın artırılması və ədalətli rəqabətin təmin edilməsi sahəsində həyata keçirilmiş tədbirlər və aparılmış maarifləndirmə işləri nəticəsində malgöndərənlərin (podratçıların) dövlət satınalmaları sisteminə etibarı və inamı artmışdır. Hesabat dövründə dövlət müəssisə və təşkilatları tərəfindən keçirilən satınalmaların təşkilinə dair iddiaçılardan 70 şikayət daxil olmuşdur. Şikayət məktublarında qаldırılаn məsələlər «Dövlət sаtınаlmаlаrı hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununa uyğun аrаşdırılmış, müsаbiqələrin оbyеktiv şərаitdə аpаrılmаsı, iddiaçılara qarşı ədalətli münasibət göstərilməsi və ayrıseçkiliyə yol verilməməsi məqsədilə satınalan təşkilatlara müvafiq tövsiyələr verilmiş, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilmişdir.

“Dövlətsatınalmaları haqqında” Аzərbаycаn Rеspublikаsı Qаnununun tələblərinin satınalan təşkilatlara çatdırılması və onların satınalma prosedurlarının təşkilinə cəlb olunan mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrinin artırılması, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş təbliği, satınalan təşkilatların satınalmaların təşkili və həyata keçirilməsində yaranan suallarının operativ cavablandırılması, müsabiqə prosedurlarının yekun sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması məqsədilə satınalan təşkilatların mütəxəssisləri üçün Bakıda və regionlarda təlimlərin təşkili davam etdirilmişdir.

Belə ki, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Bakı şəhərində, habelə Ağdaş, Abşeron, Qobustan, Zərdab, Qax, Goranboy, Lerik, Tovuz, Samux, İmişli, Salyan və Hacıqabul rayonlarında mərkəzi və yerli icrahakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının dövlət satınalmaları ilə məşğulolan əməkdaşları üçün təlim kursları keçirilmişdir. Eyni zamanda, malları (işləri,xidmətləri) dövlət vəsaitləri hesabına satın alan mərkəzi və yerli icrahakimiyyəti orqanlarının əməkdaşlarının maarifləndirilməsi və məlumatlandırılması, həmin orqanlar tərəfindən satınalmaların təşkili zamanı dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməsi məqsədilə satınalmaların təşkili prosedurları ilə bağlı maarifləndirici məlumatlar satınalan təşkilatlara göndərilmişdir.

 

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az