Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 

Tenderə dəvət

MƏRKƏZİ BANK AÇIQ TENDERƏ DƏVƏT EDİR:

Tender 1 lot üzrə keçirilir::

lot 1 - Əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin sığortasından ibarət olan birləşdirilmiş sığorta xidmətləri



Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, R.Behbudov 90 (Əlaqələndirici şəxs :Elvin Şirdanov (Hüquq departamenti); Ceyhun Səməndov (İnzibati departament), telefon :493-11-22 (daxili 428; 599)) ünvanından ala bilərlər .

İştirak haqqı

lot 1 - 300 manat

Hesab: AZ25NABZ01701190000000001944
VÖEN 9900071001
Bank: Mərkəzi Bank 
Kodu: 501004
VÖEN: 9900071001
M/H: AZ74NABZ01451700000000001944
S.W.İ.F.T: S.W.I.F.T. BİK NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış
  6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  10. Digər sənədlər: enderdə iştirak üçün ərizə; - iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış) notariat qaydasında təsdiq edilmiş surətləri; - iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığın (lisenziyanın) və əmlakın, o cümlədən nağd pulun yanğından və digər risklərdən sığortalanmasına, habelə avtonəqliyyat vasitələrinin (CASCO) könüllü və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair verilmiş razılığın surəti; - təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir); - Əsas Şərtlər Toplusunda müəyyən edilmiş reytinqə malik olan Təkrarsığortaçılar tərəfindən riskin qəbul edilməsini təsdiq edən məlumat; - tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd; - tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı; - iki nüsxə (əsli və surəti) Azərbaycan dilində tender təklifi (tender təklifi 08 oktyabr 2018-ci il tarixinədək qüvvədə olmalıdır); - tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (tenderin Əsas Şərtlər Toplusuna əlavə edilən bank qarantiyası formasında); - son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı; - vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi üzrə vaxtı keçmiş öhdəliklərinin olmaması barədə dövlət orqanlarından arayış; - tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-08-13 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-08-24 18:00qədər Bakı şəhəri, R.Behbudov 90 ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2018-08-27 15:00 tarixində Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binası ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

TENDER KOMİSSİYASI

Açıq tenderlər

Təşkilat adı: Predmet: Tarix intervalı:

Təşkilatın adı

Malların (işlərin və xidmətlərin) adı

Ətraflı

Kəlbəcər Rayon İcra HakimiyyətiKəlbəcərli məcburi köçkünlərin sıx məskunlaşdıqları Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun 6 saylı yataqxanasının ətrafında, Ehsan bulağından Gülçülüyə gedən yolun sol sahilində yerləşən yaşayış massivində məhəllələrarası yollarda təmir işləriƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 15:00
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu (İkinci Elan)Bərk inventarlarƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 12:54
Azərbaycan Hava Yolları QSCElektrik mallarıƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 10:17
Azərbaycan Hava Yolları QSCTikinti materiallarıƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 10:12
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi DepartamentiAbşeron yarımadasında neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi aparılmaqla, gölməçələrin qurudulması və təmizlənməsi üçün məsləhətçi şirkətin cəlb olunması işləriƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 09:41
Azərişıq ASCİnformasiya toplam terminalları cihazı, aksessuarları və digər ehtiyat hissələri, xüsusi geyim dəstləri və rəngləyici maddələrƏtraflı
Göndərilmə tarixi-2018-09-19, 09:00
Bakı Metropoliteni QSC (İkinci Elan)İşçi alətləri üçün sərfiyyat materiallarıƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 16:08
Azərbaycan Dövlət Neft və Sənaye UniversitetiDəftərxana və təsərrüfat malları, idarənin xərcləri üzrəƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 14:34
Cənub Qaz Dəhlizi QSC2017 və 2018-ci illər üzrə Əməliyyat Xidməti Müqaviləsi (Operating Service Agreement) çərçivəsində ayrılmış vəsaitlərin Əvvəlcədən Razılaşdırılmış Prosedurlara (AUP) uyğun olaraq müstəqil yoxlama xidmətiƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 14:15
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İkinci Elan)Efir və montaj studiyasının avadanlığı, hesablama texnikası avadanlığı, dekorasiyalar və proqram təminatıƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 12:24
Daxili İşlər Nazirliyi Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika HospitalıBərk inventarlar, dəftərxana ləvazimatları və cari təmir işləriƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 10:39
Birləşmiş Sukanal MMC Şəki Sukanal TSC (İkinci Elan)Şəki şəhərində su və kanalizasiya xəttinin cari təmiri işləriƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 10:35
Mərkəzi Bank“Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi xidmətiƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 10:28
Bakı Metropoliteni QSCBənövşəyi xətti üzrə şərti adı B03 stansiyası üçün 3 ədəd və Elmlər Akademiyası stansiyası üçün 1 ədəd sərnişin liftinin alınması, quraşdırılması, sazlanması və işə buraxılması işləriƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 10:14
Milli Arxiv İdarəsiElektron Arxiv Sisteminin (EAS) aparat platformalarının təkmilləşdirilməsi və kağız əsaslı arxiv sənədlərinin rəqəmləşdirilməsi üzrə mallar, xidmətlər, SERP proqram təminatının 1 illik dəstəklənməsi xidmətiƏtraflı
Göndərilmə tarixi-2018-09-18, 09:00
Əvvəlki    

Səhifə - 1

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2018.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az