Languages:
 

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
Heydər Əliyev


 

Yeniliklər üçün:











 


2016-cı il üçün satınalma planlarının yerləşdirilməsi

Satınalan Təşkilatın Adı
Büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərc maddəsinin kodu və adı Xərc maddəsi üzrə ayrılmış məbləğ (manat) Xərc maddəsinin maliyyələşmə mənbəyi
Xərc maddəsi üzrə həyata keçiriləcək satınalmanın predmeti Planlaşdırılan satınalmanın rüblər üzrə tarixi (ay göstərilməklə)
Rüb 1Rüb 2Rüb 3 Rüb 4
Qeyd

Məlumat üçün xüsusi qeydlər

Satınalan Təşkilatın adı1 – Satınalmanı həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları, mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanları və ya onların tabeliyində olan lakin, satınalmanı müstəqil həyata keçirən təşkilatlar nəzərdə tutulur. Misal üçün, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi Maddi-Texniki-Təminat Baş İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsi, Təhsil Nazirliyi Ağdaş Rayon Təhsil Şöbəsi, Bərdə Rayon İcra Hakimiyyəti, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Xərc maddəsi üzrə ayrılmış məbləğ (manat)2 – Kodu qeyd edilmiş büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərc maddəsinə ayrılmış vəsaitin həcmi maliyyə mənbəyindən (büdcə vəsaiti, xüsusi vəsait, kredit, qrant və s.) asılı olmayaraq qeyd edilməlidir.

Xərc maddəsinin maliyyələşmə mənbəyi3 – Əgər xərc maddəsinə ayrılmış vəsait bir neçə maliyyə mənbəyindən formalaşıbsa, hər bir maliyyə mənbəyi üzrə ayrılmış vəsait qeyd edilməlidir. Misal üçün, büdcə vəsaiti – 500.000,00 (beş yüz min) manat, qrant – 95.000,00 (doxsan beş min) manat

Xərc maddəsi üzrə həyata keçiriləcək satınalmanın predmeti4 – Satınalma predmeti ümumi adlarla qeyd edilməlidir. Misal üçün, dəftərxana və təsərrüfat malları, minik avtomobilləri ( avtomobilin markasının və ya dəftərxana və təsərrüfat mallarının adlarının ayrı-ayrılıqda qeyd edilməsi nəzərdə tutulmayıb).

Əvvəlki müvafiq sütunlarda qeyd edilmiş xərc maddəsi üzrə bir neçə satınalma predmeti varsa hər biri ayrı ayrılıqda qeyd edilməlidir. Misal üçün, büdcə xərclərinin iqtisadi təsnifatı üzrə xərc maddəsinin kodu və adı sütununda qeyd edilmiş 221320. “Cari təmir” xərc maddəsi üzrə həyata keçiriləcək xərc maddəsi üzrə həyata keçiriləcək satınalmanın predmeti sütununda iki satınalma predmetinin (inzibati binanın cari təmiri və 5 saylı binanın cari təmiri) qeyd edilməsi.

Əgər satınalma predmeti müəyyən bir obyektin tikintisi ilə əlaqədar keçid layihədirsə, yəni keçən illərdə başlamış və bu il sona yetməsi planlaşdırılmışdırsa bu zaman satınalma predmeti müvafiq tikinti işlərinin başa çatdırılması kimi qeyd edilməlidir, keçid layihənin sonlandırılması gələcək illərdə nəzərdə tutulubsa bu zaman satınalma predmeti müvafiq tikinti işlərinin davam etdirilməsi kimi qeyd edilməlidir. Layihənin keçid olması , tikinti işlərinin başlanması və gələcək illərdə sonlandırılması və digər bu kimi hallar Qeyd sütununda göstərilməlidir.

Qeyd5 - Satınalan təşkilatın müəyyən nəzərdə tutulmayan hallara əsasən öz qeydlərini əlavə edə bilər.

    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 








 

 

Müəllif hüquqları qorunur. Saytda yerləşdirilmiş məlumatlardan istifadə zamanı www.tender.gov.az saytına istinad edilməsi mütləqdir. Copyright © 2010-2016.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
E-mail: office@consumer.gov.az
İnternet səhifəsi: www.consumer.gov.az